Azəri
Thursday 18th of July 2024
0
نفر 0

Ayətullah Şəbüstəri: `İngilis şiəliyi ən qısa zamanda aradan qaldırılmalıdır`

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Təbriz şəhərinin imam cüməsi Ayətullah Müctəba Şəbüstəri Şərqi Azərbaycan əyalətinin imamları ilə keçirdiyi iclasda çıxış edərək, bəzi mühüm məsələlərə toxunub.
Ayətullah Şəbüstəri: `İngilis şiəliyi ən qısa zamanda aradan qaldırılmalıdır`

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Təbriz şəhərinin imam cüməsi Ayətullah Müctəba Şəbüstəri Şərqi Azərbaycan əyalətinin imamları ilə keçirdiyi iclasda çıxış edərək, bəzi mühüm məsələlərə toxunub.

Çıxışında "Ali İmran" surəsinin son ayələrinə diqqətə çəkərək, "Allah-Təala bu ayələrdə müsəlmanlar üçün üç göstəriş nazil edib. Birincisi: Fərdi müsibət və itaətdə səbr etmək, ikincisi, İctimai səbr və üçüncüsü, dinin liderlərini qorumaq. Dinin liderlərini qorumaqda məqsəd, İslamı və İslam cəmiyyətinin əqidə və təfəkkürünü müdafiə etmək üçün ən ön cərgələrdə yer almaqdır. Xüsusi olaraq günümüzdə düşmənin müsəlman gənclərimizin irəliləyişini dayandırmaq və onları azdırmaq üçün mədəni təcavüzlə yanaşı, şübhəlilik zəhərini saçır" söyləyib.

Ayətullah Müctəba Şəbüstəri sözlərinə belə davam edib: "İfratcılığa, təkfirçiliyə, London şəiliyinə və Amerika sünniliyinə qarşı mübarizə aparmaq alimlərimizin vəzifəsidir.

Düşmən bu gün təkfirçiliyə qarşı İslam aləmində şiə fanatizmini yaratmaq niyyətindədir. İngilis şiəçiliyi bidət və xurafatlar ilə müsəlmanların qətlə yetirilməsi üçün Amerika vahabizminin əlinə əsas verir

Biz indiyə qədər London şiəliyi haqqında süqut etdik. Aşkar şəkildə şiələri hədəf alan aksiya və ifadələrinə görə, özünü mərcə-təqlid kimi tanıdan Sadiq Şirazi axınını ifşa etməyi vəzifə bilirik. Xurafat və xəncər vurmağı canlandıraraq, Əhli-Beytin pak adını xəncər və xurafatlarla əlaqələndirmək niyyətindədirlər. Bu cərəyan ən qısa zamanda aradan qaldırılmalıdır.

Şiə və sünni müsəlmanlar ayıq olmalıdırlar və düşmənin fitnələrinə yol verməməlidir. Hər zamankından daha çox vəhdət və vahid vücud olaraq düşmənə qarşı səfərbər olmalıdırlar."

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


source : abna
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Misir Ordusu 241 terroristi öldürüb
Fəllucə şəhərin mərkəzi İŞİD-dən azad edildi
Oman Sultanlığı azanda “Əliyyən Vəliyyullah” (ə) kəlməsinin deyilməsini ...
İmаm Rİzа әlеyhİssәlаmın hәyаtı bаrәdә qısа mә’lumаt
İİR kanal 1-in verdiyi bəyanatda Ramazan Ayının hilalı görünüb
Rusiyadan İŞİD-lə bağlı sərt qərar
Hacı İlqar İbrahimoğlu aşurafoblardan yazdı.
Həzrət Əbülfəzlil Əbbasın hərəmində azyaşlı uşaqlara Quran Dərsləri ...
Səudiyyə döyüş təyyarələri Səna Beynəlxalq Aeroportunu növbəti dəfə ...
“İŞİD” Liviyanın neft yataqlarına hücum edib

 
user comment