Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Məkkə və Mədinə hərəmlərinə xiyanət edən və əli minlərlə İslam Ümmətinin qanına bulanmış Səud sülaləsinin padşahı Səlman bin Əbdül Əziz ötən gün səhər radələrində Kəbə Evinin daxili divarlarını yuyub. (!)
O, həmçinin Məscidul Hərəmin genişləndirmə layihəsinə baxış keçirərək tikinti işlərinin gedişatından xəbərdar olub.
Qeyd edək ki, Səudiyyə rejim padşahının belə bir addım atması onun Yəmənə təcavüz etməsi barədə verdiyi fərmanından 67 gün sonra baş verib.