Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Almaniyanın Qarmiş Partenkirxen şəhərində G 7 kampaniyasına qarşı keçirilən aksiyada 100-dən çox vətəndaşın yaralandığı bildirilir.
Bu haqda РИА «Новости» agentliyi etirazçıların STOP G7 birliyinin rəsmi nümayəndəsinə istinadla xəbər verir.
“Etiraz sırf sülhamiz şəraitdə keçirilirdi. Polisin rəftarları qəddarcasına və əsassız idi. Gərginləşməyə görə və insanları dəyənəklə döyməkin məsuliyyəti tamamilə hüquq-mühafizə orqanları əməkdaşlarının öhdəsinə düşür. Həmçinin polisin acıbibər qazından istifadə etməsi tam əsassız idi. Qeyd olunan polis zorakılığı nəticəsində bizim 100-dən çox qurbanımız vardır”- deyə birliyin rəsmi nümayəndəsi deyib.