Azəri
Friday 19th of July 2024
0
نفر 0

Qumda təhsil almış alim MTN-ə çağrıldı

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Höccətül İslam Elsəvər Əliyev Milli Təhlükəsizlik Nazirliyinin rayon şöbəsinə çağırılıb. Buna səbəb ötən gün baş verən hadisə olub. Belə ki, Tərtər rayon Cümə məscidinin axundu ilahiyyatçıya dini libas geyindiyinə görə irad bildirib. Ruhani Elsəvər Əliyev isə bununla razılaşmayıb və çıxışlarına həmin geyimlə davam edib. Bundan sonra axund ilahiyyatçıda
Qumda təhsil almış alim MTN-ə çağrıldı

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Höccətül İslam Elsəvər Əliyev Milli Təhlükəsizlik Nazirliyinin rayon şöbəsinə çağırılıb.

Buna səbəb ötən gün baş verən hadisə olub. Belə ki, Tərtər rayon Cümə məscidinin axundu ilahiyyatçıya dini libas geyindiyinə görə irad bildirib. Ruhani Elsəvər Əliyev isə bununla razılaşmayıb və çıxışlarına həmin geyimlə davam edib. Bundan sonra axund ilahiyyatçıdan polisə şikayət edib. Şikayət əsasında Elsəvər Əliyev bir neçə saatlıq polis tərəfindən saxlanılıb. Ardınca ilahiyyatçı sərbəst buraxılıb. Bu gün yenidən təzyiqlərə məruz qalan ilahiyyatçı E.Əliyev MTN-nin Tərtər rayon şöbəsinə çağırılıb.

Onu da qeyd edək ki, Tərtər rayonundan Suriya və İraqa döyüşmək üçün gedən terrorçuların sayı elə də az deyil. Bununla bağlı mətbuatda dəfələrlə məlumat dərc olunub. Bu gün sözügedən rayondan vəhhabilərin çoxluq təşkil etdiyi halda, Şiə ilahiyyatçının təzyiqlərə məruz qalması suallar doğurur.

Dini rəvayətlərə görə, ilahiyyatçının geyindiyi libas Peyğəmbər (s) libası ilə eynidir.

Məsələ ilə bağlı “Müsəlman Birliyi Hərəkatı”nın sədri, ilahiyyatçı Tale Bağırzadə AzadXeber.az-a açıqlamasında hadisəni pislədiyini və dərhal təzyiqlərə son qoyulmasını tələb etdiyini bildirib.

Həmçinin "Milli-Mənəvi Dəyərlər" İctimai Birliyinin sədri ilahiyyatçı Ruhullah Novruzzadə İslamazeri.az-a Elsevər Əliyevə olunan təzyiqlərdən danışıb: "Elsevər Əliyevlə şəxsi tanışlığım var. Qum hövzəsində uğur qazanmış tələbələrdən, din üçün canı yanan və çalışan ruhanilərdəndir. Onun buna görə hüquq-mühafizə orqanlarına çağırılması səbəbi yersiz olduğu kimi, utanc vericidir. Peyğəmbər libasına görə ruhaninin saxlanılması həqiqətən gülüncdür. Şükürlər olsun ki, artıq ölkədə dini ainlərə qarşı hörmətsizlik olduqda ictimai qınağa tuş gəlir. Dindar və ruhanilərin bu hadisəyə öz etirazlarını dil və lazım gələrsə əməldə göstərəcəyinə şübhəmiz yoxdur."

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


source : abna24
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Əsl balı necə seçməli?
Ayətullah Safi: “Keçmişin tərəqqisidən geri qalmamalıyıq”
Nazİr Elmarın qətlİlə bağlı ABŞ səfİrİnə nə deyİb?
İsrailin etirafı: Fələstinlilərin anti-İsrail hərəkətləri misilsizdir
Ayətullah Sistaninin nümayəndəsi İraqın siyasi böhranı barədə xəbərdarlıq ...
Gert Vilders ABŞ-da antiislam nümayişə qatılacaq
"Diqqət! "MÖVLUD OLİMPİADASI"na qeydiyyatın bitməsinə 1 gün qaldı!
Moskvada elektirik qalmaqalı
Pakistanda terror qurbanlarının sayı 23-ə çatdı
BMT Bəhreyndə qətlə yetirilən etirazçılar barədə araşdırma aparılmasını ...

 
user comment