Azəri
Saturday 21st of December 2024
0
نفر 0

Məhərrəm ayının 13-cü günü

Əhli-beyt (ə) əsirləri ibn Ziyadın məclisində 2-Übeydullah ibn Ziyadın Yezidə məktubu 3-Abdullah ibn Əfifin şəhadəti 1-Əhli-beyt (ə) əsirləri ibn Ziyadın məclisində Hicri təqvimi ilə 61-ci il, məhərrəm ayının 13-cü günü, Kərbəla şəhidlərinin müqəddəs başlarını Kufə şəhərində doladırdıqdan sonra İmam Hüseynin (ə) Əhli-beytini (ə) İbn Ziyadın “Darül-imarə”-sinə daxil etdilər. O məl`un, göstəriş verdi ki, Əba Əbdüllahül- Hüseynin (ə) başını onunla üzbəüz qoysunlar. Bu zaman, əsir qadınları və həz
Məhərrəm ayının 13-cü günü

Əhli-beyt (ə) əsirləri ibn Ziyadın məclisində
2-Übeydullah ibn Ziyadın Yezidə məktubu
3-Abdullah ibn Əfifin şəhadəti

1-Əhli-beyt (ə) əsirləri ibn Ziyadın məclisində
Hicri təqvimi ilə 61-ci il, məhərrəm ayının 13-cü günü, Kərbəla şəhidlərinin müqəddəs başlarını Kufə şəhərində doladırdıqdan sonra İmam Hüseynin (ə) Əhli-beytini (ə) İbn Ziyadın “Darül-imarə”-sinə daxil etdilər. O məl`un, göstəriş verdi ki, Əba Əbdüllahül- Hüseynin (ə) başını onunla üzbəüz qoysunlar.  Bu zaman, əsir qadınları və həzrətin uşaqlarını İmam Səccad (ə) ilə birlikdə kəndirlə bağlı halda onun məclisinə gətirdilər.
Nəql olunub ki, həzrət Zeynəb (ə.s), tanınmaz surətdə və köhnə libasda məclisə daxil oldu. Qəsrin bir guşəsində,  qadınların yanında oturdu. İbn Ziyad soruşdu: “ O, kim idi ki, orada , qadınların yanında oturdu?”  Həzrət Zeynəb cavab vermədi.  İbn Ziyad ikinci dəfə soruşdu. Nəhayət kənizlərdən biri dedi: Bu xanım, Fatimənin (ə.s) qızı, Allah Rəsulunun qızıdır. İbn Ziyad, həzrət Zeynəbə üz tutaraq dedi: “ Allaha şükür ki, sizi rüsvay edib öldürdü və sizin dedikləriniz yalan çıxdı.”
Həzrət Zeynəb (ə.s) buyurdu: “Allaha şükür ki, bizi öz peyğəmbəri Məhəmmədlə (s) əziz edib pisliklərdən pakladı. Fasiq rüsvay olur, günahkarlar yalan danışır və biz o şəxs deyilik, başqasıdır.”
Məl`un ibn Ziyad dedi: “Allahın qardaşınla və öz Əhli-beytinlə etdiyini necə görürsən?”
Həzrət Zeynəb cavab verdi: “Allah tərəfindən gözəllikdən başqa bir şey görmədim. Onlar bir qrup şəxs idi ki, Allah onlar üçün şəhadəti qərar vermişdi və onlar öz əbədi yerləri üçün tələsdilər və orada uyudular.”
Übeydullah ibn Ziyad həzrətin əzici sözlərindən çox qəzəbləndi və onu qətlə yetirməyi qərara aldı, lakin Ömər ibn Haris dedi: “ O qadındır, qadını sözlərinə görə qınamazlar.”  İmam Səccadın (ə) əzizci cavablarına görə də o həzrəti qətlə yetirmək qərarına gəldi, lakin həzrət Zeynəbi vasitəçiliyi ilə o, öz alçaq niyyətindən daşındı. (Əl-İrşad: c. 2, s. 115)
Bu nifrətli məclisdən sonra Übeydullah göstəriş verdi ki,  İmam Hüseynin (ə) Əhli-beytini  Kufə zindanına aparıb qasidlər, İmam Hüseynin (ə) qətlə  yetirilməsi xəbərini hər yerdə yaysınlar.  Əmaliye-Şeyx Səduq: s. 229. – Tarixi-Təbəri: c. 5, s. 234)
2-Übeydullah ibn Ziyadın Yezidə məktubu
Hicri təqvimi ilə 61-cı il, məhərrəm ayının 13- cü günü, Übeydullah Yezidə məktub yazdı və ona İmam Hüseyn (ə) və onun Əhli-beytinin şəhadəti barədə məlumatlandırdı.  Məktub, Yezidin çatdı və onun məzmunu ilə tanış oldu. Məktubun cavabında yazdı ki, İmam Hüseyn (ə) və digər şəhidlərin müqəddəs başlarını əsirlərlə birlikdə Şama tərəf gətirsinlər. (Lühuf: s. 207. – Biharül-ənvar: c. 45, s. 124)
3-Abdullah ibn Əfifin şəhadəti
Əbdullah Əfif Əzdi, Əmirəlmömininin (ə) böyük səhabələrindən biri idi. Cəməl və Süffeyn döyüşlərində o həzrətlə birgə döyüşmüş və hər iki gözünü itirmişdi. Ondan sonra isə ibadətlə məşğul idi.O, hicri təqvimi ilə 61-ci il, Übeydullah ibn Ziyadın gösərişi ilə şəhadətə çatdırıldı. Onun şəhadəti belə baş verdi:
Kufə məscidində o, Übeydullahın sözlərinə qulaq asırdı. İbn Ziyad  dedi: “Həmd olsun O Allaha ki, haqqı, haqq əhlini və həqiqəti qələbəyə çatdırdı, Yezid və onun tərəfdarlarına kömək edib yalançını və yalançı oğlunu öldürdü”.  Abdullah Əfif bunu eşidəndə tam şücaət və qəhrəməncasına yerindən qalxdı və dedi: “Ey Mərcanənin oğlu! Yalançı sənsən, sənin atandı. Səni və atanı bu simət məqamına yerləşdirəndi. Ey Allahın düşməni! Peyğəmbər (s) övladlarını qılıncdan keçirib möminlərin minbərində belə danaşmağa cəsarət tapırsan?!”
Belə bir hadisənin baş verəcəyini gözləməyən Übeydullah ibn Ziyad, çox qəzəblə dedi: “ Onu mənim yanıma gətirin.” Məmurlar hər tərəfdən hücum etdi. Amma Abdulla ibn Əfifin güclü müqviməti ilə üzləşib onu tuta bilmədirlər. İbn Ziyadın çirkin məmurları gecə ikən onun evinə töküldülər. O böyük şəxsi evdən çıxarıb qılınc zərbələri ilə öldürdülər. Məl`un ibn Ziyad göstərişi ilə onun başını bədənindən ayırıb və bədənini Kufədə dara çəkdilər.  (lüfuf: s. 203 – Biharül-ənvar: c. 45, s. 119)


source : sibtayn
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Müqəddəs məkanlarımız təhlükədədir
Hüseyndir Xaliqi əzəm fədası..
Hz. Muhəmmədin (s) peyğənbərliyin təsdiq edən qədim İncil tapıldı
Həzrət Əli ələyhis-salam, beytül-mala xəyanət edənlə necə rəftar edirdi?
ABNA, İslam Peyğəmbəri (s) və 6-cı İmamın (ə) mövludu münasibəti ilə təbrik ...
Kərbəlada Hz. Abbasın (ə) hərəminin "Qızıl Eyvanı"na yazılan Quran ...
Bu gün Xanım Zəhranın (s) Şəhadətidir
ABNA olaraq həzrəti Fatimeyi Zəhranın (s) mövlud bayramı münasibətilə təbrik ...
Həzrət Əli (ə)- Haqq aynası
ABŞ-ın Denver şəhərində Xanım Fatiməi Zəhranın (s) əzadarlıq mərasimi qeyd ...

 
user comment