Azəri
Thursday 26th of December 2024
0
نفر 0

"Səhifeyi-Səccadiyyə" kitabı haqqında

İmam Səccad əleyhissəlamın dualar toplusu Səhifeyi-Səccadiyyə adlanır. Bu kitab Quran və Nəhcül-bəlağədən sonra ən böyük və ən mühüm İlahi maarif xəzinəsi sayılır. Belə ki hələ qədim dövrlərdən bizim görkəmli alimlərimiz ona “Uxtul-Quran” (Quranın bacısı) “İncilu-Əhli-beyt” (Əhli-beytin İncili) və “Zəburi-Ali-Məhəmməd (s)” (Məhəmməd (s) ailəsinin Zəburu) ləqəblərini vermişlər. Səhifeyi-Səccadiyyə təkcə
"Səhifeyi-Səccadiyyə" kitabı haqqında

İmam Səccad əleyhissəlamın dualar toplusu Səhifeyi-Səccadiyyə adlanır. Bu kitab Quran və Nəhcül-bəlağədən sonra ən böyük və ən mühüm İlahi maarif xəzinəsi sayılır. Belə ki hələ qədim dövrlərdən bizim görkəmli alimlərimiz ona “Uxtul-Quran” (Quranın bacısı) “İncilu-Əhli-beyt” (Əhli-beytin İncili) və “Zəburi-Ali-Məhəmməd (s)” (Məhəmməd (s) ailəsinin Zəburu) ləqəblərini vermişlər.
Səhifeyi-Səccadiyyə təkcə Allahın dərgahına dua etmək və hacət istəməkdən ibarət deyil. Bu kitab eyni zamanda islami elmlər və maarif dəryasıdır. Onun içində əqidəvi mədəni ictimai siyasi və bir sıra təbiət və şəriət qayda-qanunları vardır ki dua şəklində bəyan olunmuşdur. Hicri-qəməri tarixi ilə 1353-cü ildə (altımış yeddi il bundan qabaq) mərcəi-təqlid mərhum Ayətullah əl-üzma Mərəşi Nəcəfi “Səhifeyi-Səccadiyyə”nin bir nüsxəsini özünün müasiri olan “Təntavi” təfsirinin müəllifi və İskəndəriyyə müftisinə hədiyyə göndərir. İskəndəriyyə müftisi bu qiymətli hədiyyəni aldıqdan sonra buna görə çoxlu təşəkkür etmiş və Ayətullah əl-üzma Mərəşi Nəcəfinin cavabında yazmışdı: “Bu bizim bədbəxtliyimizdəndir ki bu vaxta qədər nübüvvət irsindən olan belə bir əbədi və qiymətli əsərdən xəbərsiz qalmışıq. Mən nə qədər ona baxıram onu bəşər kəlamından üstün Tanrı kəlamından isə aşağı görürəm.”
Səhifeyi-Səccadiyyənin misilsiz etibar və əhəmiyyətinə görə İslam tarixi boyu ona ərəb və fars dillərində çoxlu şərh yazılmışdır.
Mərhum Şeyx Ağabüzürg Tehrani çox qiymətli “Əz-Zəriətu ila təsanifiş-şiə” kitabında Səhifeyi-Səccadiyyəyə yazılmış əlli şərhin (tərcümələrdən başqa) adını çəkmişdir. Bu şərhlərdən əlavə, keçmiş və müasir alimlərin bir dəstəsi bu kitabı dəfələrlə ayrı-ayrılıqda tərcümə etmiş və onların bir çoxu son illərdə nəşr edilmişdir.
Səhifeyi-Səccadiyyə əlli dörd duadan ibarətdir. Onların mündəricatı aşağıdakı şəkildədir:
1. Allaha sitayiş;
2. Məhəmməd (səlləllahu əleyhi və alih) və onun ailəsinə salam;
3. Asimanı daşıyan mələklərə salam;
4. Peyğəmbərlərin ardıcılları üçün rəhmət istəmək;
5. İmam Səccad əleyhissəlamın özü və dostları üçün duası;
6. Səhər və axşam vaxtı dua;
7. O Həzrətin çətinliklər mühüm hadisələr və qəm-qüssə vaxtında oxuduğu dua;
8. Pis və bəyənilməz işlərdə Allaha pənah aparmaq barədə dua;
9. Bağışlanmaq üçün dua;
10. Allah dərgahına pənah aparmaq üçün dua;
11. Aqibətin yaxşı nəticələnməsi üçün dua;
12. Günahlara etiraf və tövbə etmək üçün dua;
13. Hacətlərin istənilməsi üçün dua;
14. Zalımlardan şikayət zülm olunan zaman yaxud zalımlardan xoşuna gəlmədiyi iş gördüyü zaman oxuduğu dua;
15. Xəstəlik çətinlik və kədər irəli çıxan zaman oxuduğu dua;
16. Günah və eyblərin bağışlanması üçün dua;
17. Şeytan şərrini dəf etmək və onun hiylə və düşmənçiliyindən Allaha pənah aparmaq üçün dua;
18. Xətər sovuşduqdan və hacətin tez qəbul olmasından sonra oxuduğu dua;
19. Quraqlıq vaxtı yağış yağması üçün oxunan dua;
20. Gözəl və bəyənilmiş əxlaq üçün oxunan dua
21. Qəm-qüssə vaxtı oxunan dua;
22. Çətinlik və müşkülat zamanı oxunan dua;
23. Sağlamlıq (təmizlik) istəmək və onun üçün şükr etmək barədə dua;
24. O Həzrətin ata-anası üçün duası;
25. Öz övladları barədə dua;
26. Qonşu və dostları barədə dua;
27. İslam ölkəsinin sərhədçiləri üçün dua;
28. Allaha pənah aparmaq barədə dua;
29. Ruzinin azaldığı zaman oxunan dua;
30. Borcun ödənilməsi üçün Allahdan kömək istəmək barədə dua;
31. Tövbə etmək və tövbə zikri barədə dua;
32. Gecə namazından sonra oxunan dua;
33. Xeyir istəmək barədə dua;
34. Çətinlik zamanı və günah rüsvayçılığına giriftar olmuş şəxsi görərkən oxunan dua;
35. Dünya əhlini görən zaman razılıq etmək üçün dua;
36. Göy gurultusu eşitdikdə bulud və şimşək gördükdə oxunan dua;
37. Allahın nemətlərinin şükrünü yerinə yetirməyin mümkün olmadığını etiraf etmək barədə dua;
38. Bəndələrin hüquqlarını yerinə yetirərkən naqislik olunan zaman oxunan dua;
39. Əfv və rəhmət istəyərkən oxunan dua;
40. Kiminsə ölümündən xəbərdar olduqda yaxud ölümü yad edərkən oxunan dua;
41. Günah qarşısına pərdə çəkilməsini istəmək üçün dua;
42. Quranı xətm edərkən oxunan dua;
43. Təzə çıxmış ayı gördükdə və ona baxarkən oxunan dua;
44. Ramazan ayının əvvəlinin duası;
. Fitr bayramı və cümə günləri oxunan dua;
47. Ərəfə günü oxunan dua;
48. Qurban bayramı və cümə günləri oxunan dua;
49. Düşmənlərin hiyləsini dəf etmək üçün oxunan dua;
50. Allahdan qorxmaq barədə oxunan dua;
51. Ağlamaq və sızıldamaq barədə oxunan dua;
52. Allahdan xahiş etməkdə israr barədə oxunan dua;
53. Allah qarşısında kiçiklik üçün oxunan dua;
54. Qəm-qüssənin çəkilməsi üçün oxunan dua.

(Tarixül-xüləfa, səh.224.
Cameu bəyanil-elmi və fəzlihi (Qurtəbi), c. 2, səh. 200.
Əl-etisam (İbrahim Şatibi), c. 1, səh. 26. O, buna oxşar əlavə nümunələr də gətirmişdir.
Əz-Zəriətu ila təsanifiş-şiə, c.15.səh.18.
Riyazus-salikin, səh.4-5.
Səhifeyi-Səccadiyyənin tərcüməsi (Mütərcim: Seyyid Sədrəddin Sədr Bəlaği, Müqəddimə, səh.37)
Əz-Zəriətu ila təsanifiş-şiə, c.133 səh.345-359.)

Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.


source : sibtayn
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İmam Səccad (ə)
İSMAİLİYYƏNİN İMAMƏTƏ OLAN BAXIŞI
KİTAB ƏHLİNİN ƏFV OLUNDUĞUNU BƏYAN EDƏN AYƏNİN NƏSXİ
Xanım Fatimeyi-Zəhranın(s.ə) mübarək mövlud günü
İSRAİL REJİMİ VƏ ONUN ÇİRKİN NİYYƏTLƏRİ (1)
Ramazan ayında şərab içməyin cəzası
Dünya möminin zindanı, kafirinsə behiştidir
ALTINCI FƏSİL: MƏHDİLİK ƏQİDƏSI BARƏSİNDƏ YARANAN MANEƏLƏR VƏ XOŞAGƏLMƏZ ...
Niyə Şiələr namazları cəm edərək ( Zöhr,Əsr və Məğrib ,İşa) qılırlar?
İMAM MƏHDİ (Ə) QURAN VƏ RƏVAYƏTLƏRDƏ

 
user comment