Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İlham və təmsil etdiyi tayfası xristian və yəudi məsləkli olduğunu bir daha ortaya qoydu...
Belə ki, qondarma iddialar ilə, 26 Noyabr, 2015 tarixdə Nardaranda Qətliam törədərək Şiələrə qarşı genişmiqyaslı hücuma keçən İlham “əmi” Şiəliyin Azərbaycanda yayılmasının qarşısını almaq üçün konstitusiya qanunlarına dəyişilik etdi.
Dəyişikliyə əsasən, xaricdə dini təhsil alan Azərbaycan vətəndaşlarının İslam dininə aid ayin və mərasimləri aparması qadağan ediləcək. Buna görə “Cinayət Məcəlləsi”nə də müvafiq əlavə (168-1 maddə) ediləcək. İslam dininə aid ayin və mərasimlərin xaricdə dini təhsil alan Azərbaycan Respublikasının vətəndaşı tərəfindən aparılmasına görə 1000 manatdan 5 min manata qədər cərimə və ya 1 ilədək müddətdə azadlıqdan məhrumetmə cəzası tətbiq olunacaq.
Lakin qeyd etməliyikl ki, bu qanunsuzluq sırf İslam və bu dini daşıyanlara aid edilir. Buna görə də, xaricdə dini təhsil almış şəxslərə Azərbaycandakı xristian, katolik kilsələrində və yəhudi sinaqoqlarında mərasim aparmaq qadağan edilməyib.
Bu barədə strateq.az-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib.
Onun sözlərinə görə, bu günlərdə “Dini etiqad azadlığı haqqında” Qanuna dəyişiklik xarici ölkələrdə dini təhsil alan xristian, yəhudi və digər dinlərə mənsub olan vətəndaşlara şamil edilməyəcək.
“Dini etiqad azadlığı haqqında” Qanunda edilmiş son dəyişikliyə əsasən, xaricdə dini təhsil almış Azərbaycan Respublikasının vətəndaşlarına İslam dininə aid ayin və mərasimlərin aparılması qadağandır”.
Sədr müavinin sözlərinə görə, qanunda edilmiş dəyişiklik isə bundan əvvəlki dövrə aid edilməyəcək.
“Göründüyü kimi, bu müddəa digər dinlərə mənsub dini qurumlara aid edilmir. Əvvəldə qeyd etdiyim kimi, İslam dini ilə bağlı din xadimi hazırlayan təhsil müəssisələrimiz olsa da, nəzərə almalıyıq ki, ölkəmizdə nə xristianlıq, nə yəhudilik, nə də digər dinlərə aid din xadimi hazırlayan təhsil ocağı var”.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır
source : abna24