Azəri
Tuesday 23rd of July 2024
0
نفر 0

Rəbiul Əvvəl ayının 8-i İmam Həsən Əskərinin (ə) Şəhadət günüdür – İmam Həsən Əskərinin (ə) Kəlamları

Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Hicri Qəməri tarixi ilə Rəbiul Əvvəl ayının ayının 8-zi (miladi tarixi ilə 874-cü il) əziz İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alih) nəvəsi, on üçüncü Məsum və on birinci İmam həzrəti Həsən Əskərinin (əleyhi səlam) şəhadət günüdür.
Rəbiul Əvvəl ayının 8-i İmam Həsən Əskərinin (ə) Şəhadət günüdür – İmam Həsən Əskərinin (ə) Kəlamları

Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Hicri Qəməri tarixi ilə Rəbiul Əvvəl ayının  ayının 8-zi (miladi tarixi ilə 874-cü il) əziz İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alih) nəvəsi, on üçüncü Məsum və on birinci İmam həzrəti Həsən Əskərinin (əleyhi səlam) şəhadət günüdür.

Biz ABNA olaraq bu kədərli olay münasibətilə başda İmam Zaman (Allah onun şərəfli gəlişini tezləşdirsin) həzrətlərinə, onun haqq naibi İmam Xamenei cənablarına, Ali Təqlid Mərcələrinə, Müsəlman dünyasına baş sağlığı verir və Allahdan hər birimizə Məsumlarımızın (əleyhimus səlam) həyat yolunu səbrlə davam etdirməyi arzu edirik.


İmam Həsən Əskərinin (əleyhi səlam) İncilə Dolu Kəlamları


Mübahisə və Zarafat etməkdən çəkin!



قالَ الاِْمامُ الْعَسْكَرى عليه السلام
«لا تُمارِ فَيَذْهَبَ بَهاؤُكَ وَ لا تُمازِحْ فَيُجْتَرَأَ عَلَيْكَ»
 (تحف العقول ص 486)

İmam Həsən Əskəri (əleyhi səlam) buyurub: “Mübahisə etmə (hətta əgər haq səninlə ola)! Yoxsa dəyərdən düşərsən. Və zarafat etmə! Yoxsa sənə qarşı həyasız olarlar.”


Məclisin şərafətli olmayan hissəsində əyləşməyin dəyəri!



قالَ الاِْمامُ الْعَسْكَرى عليه السلام:
«مَنْ رَضِىَ بِدُونِ الشَّرَفِ مِنَ الَْمجْلِسِ لَمْ يَزَلِ اللّهُ وَ مَلائِكَتُهُ يُصَلُّونَ عَلَيْهِ حَتّى يَقُومَ»



İmam Həsən Əskəri (əleyhi səlam) buyurub: “Hər kim məclisin şərafətli olmayan yerində əyləşməyə razı olarsa Allah və onun məlaikələri şəxsə məclisdən durub gedənəcən salavat və rəhmət göndərərlər.”


Başcı olmağa can atmaq və sirri ifşa etmək insanı həlak edər!


قالَ الاِْمامُ الْعَسْكَرى عليه السلام:
«دَعْ مَنْ ذَهَبَ يَمينًا وَ شِمالاً، فَإِنَّ الرّاعِىَ يَجْمَعُ غَنَمَهُ جَمْعَها بِأَهْوَنِ سَعْى وَ إِيّاكَ وَ الاِْذاعَةَ وَ طَلَبَ الرِّياسَةِ، فَإِنَّهُما يَدْعُوانِ إِلَى الْهَلَكَةِ»


İmam Həsən Əskəri (əleyhi səlam) buyurub: “Sağa və sola gedənin ardıyca düşmə! Çünki çoban sürünün hammısını sadə bir səyi ilə ətrafına yığar. Məbada sirrləri ifşa edəsən və başcı olmağa can atasan! Çünki bunun hər ikisi insanı təhlükəyə doğru aparır.”


Bağışlanmayan Günah!


قالَ الاِْمامُ الْعَسْكَرى عليه السلام:
«مِنَ الذُّنُوبِ الَّتى لا تُغْفَرُ : لَيْتَنى لا أُؤاخَذُ إِلاّ بِهذا. ثُمَّ قالَ: أَلاِْشْراكُ فِى النّاسِ أَخْفى مِنْ دَبيبِ الَّنمْلِ عَلَى الْمَسْحِ الاَْسْوَدِ فِى اللَّيْلَةِ الْمُظْلِمَةِ»

İmam Həsən Əskəri (əleyhi səlam) buyurub: “Bağışlanmayan günahlardan biri də budur ki, insan deyə: Ey kaş məni tək elə bu günah ilə cəzalandıraydılar.” Daha sonra İmam buyurdu: “İnsanlar arasında şirk (Allaha şərik qoşmaq) qarışqanın qaranlıq gecədə qara əşya üzərində hərəkət etməsindən də, gizlidir.”


İsmi Əzəmə ən yaxın olan!


قالَ الاِْمامُ الْعَسْكَرى عليه السلام:
«بِسْمِ اللّهِ الرَّحمنِ الرَّحيمِ أَقْرَبُ إِلَى اسْمِ اللّهِ الاَْعْظَمِ مِنْ سَوادِ الْعَيْنِ إِلى بَياضِها.» 



İmam Həsən Əskəri (əleyhi səlam) buyurub: “Bismillahir Rəhmanir Rəhim kəlməsi İsmi Əzəmə (admin: Allah cəllə cəlaluhunun əzəmətli adı. O adı çəkmək ilə insan qeyriadi işlərin bir sözlə möcizəyə oxşar işlərin görməsinə qadir olur) gözün qarasının ağına yaxın olmasından da yaxındır.”


 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


source : abna24
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

1969-cu il Azərbaycana total qorxu gətirirdi (1)
İmam Baqir (ə) bu ayəni oxuduqdan sonra buyurmuşdur:
Tezliklə kafirlərin qəlblərinə Allahın, (haqq olmasına dair) heç bir yetərli ...
Təqvası ilə seçilən mərhum Axund Kaşi...
Hz. Əbülfəzlil Əbbasın (ə) hərəmində “İmam Hüseyn (ə) Sərdabı” layihəsi
BƏDƏNIN MÜDAFIƏ SISTEMI
Əhli-sünnə alimin Fatimeyi-Zəhra (s.ə) haqda nəql etdiyi kəramət
Əhli-Beyt (ə.s) Aşiqlərinin Xüsusiyyətləri
Yəməndə Səna Məscidində yenidənqurma işləri aparılarkən Quran Kərimin qədim ...
Övladlar arasında ədalət

 
user comment