Azəri
Saturday 20th of July 2024
0
نفر 0

Azərbaycan möminləri tərəfindən İslam ümmətinin yenilməz sərkərdəsi cənab Qasim Süleymaniyə müraciət

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Azərbaycan Respublikasının Mömün təbəqəsi General Qasim Süleymaniyə müraciəti: Bismillahir-Rəhmanir-Rəhim
Azərbaycan möminləri tərəfindən İslam ümmətinin yenilməz sərkərdəsi cənab Qasim Süleymaniyə müraciət

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Azərbaycan Respublikasının Mömün təbəqəsi General Qasim Süleymaniyə müraciəti:

Bismillahir-Rəhmanir-Rəhim

Zəmanəmizin Malik Əştəri, İslam ümmətinin bükülməz qolu, məzlumların ümid yeri, haqq cəbhəsində gecə-gündüz yorulmaq bilmədən vuruşan canlı şəhid Hacı Qasim Süleymaniyə Azərbaycan Respublikası möminlərinin isti salamlarını çatdırırıq.

Cənab Süleymani, bilirik ki, bu gün İslam ümməti üçün tarixdə misli görünməmiş ağır şərait yaranıb. Müstəmləkəçi güclər, sionist-təkfirçi ittifaq sanki İslam dini və İslam ümmətini həmişəlik dizə çökürmək üçün geniş miqyaslı hücumlara başlayıb. İslam düşmənləri dünyanın hər yerində öz məxfi və aşkar qüvvələrini işə salaraq bizə qarşı iqtisadi, siyasi, ideoloji və hərbi müharibəyə başlayıb. Başa düşürük ki, bütün bu çətinliklərin ağırlığı Ümmət Rəhbərinin, eləcə də Sizin üzərinizə düşür. Şükürlər olsun ki, ən ağır böhran şəraitində belə müvazinəti itirmədən sükanı əlinizdə möhkəm saxlamısınız, qarşı tərəfin uzun müddət hazırlayıb həyata keçirmək istədiyi məkirli planları zərərsizləşdirə bilmisiniz.

Dünyada İslam hərəkatına aid ümumi proseslərdən əlavə, düşmənlərin 3-4 ölkədə başladığı hərtərəfli müharibənin, bir neçə ölkədə yarım müharibə şəraitinin idarə olunmasının nə demək olduğunu da gözəl anlayırıq. Siz haqqa arxalanıb, Allaha təvəkkül edib bütün bu çətinliklərin öhdəsindən məharətlə gəlmisiniz. Azərbaycan möminləri Hacı Qasim adı ilə qürur duyur, Sizi dua edir, daha böyük müvəffəqiyyətlər əldə etməyinizi arzulayır. İşləriniz nə qədər çox və mürəkkəb olsa da, İslam ümmətinin bir parçası olan Azərbaycan müsəlmanlarına da diqqət ayırmağınızı istəyirik. Bizim ölkədə də həssas bir tarixi şərait yaranıb. 20 ildən artıqdır ki, ölkəmizin 20 faizini kafir ermənilər, qalan hissəsini dinsizlikdə ermənilərdən geri qalmayan Əliyevlər ailəsi işğal edib. Ötən illər ərzində bu mənfur ailə öz yəhudi-xristian ağaları ilə əl-ələ verərək yeraltı-yerüstü sərvətlərimizi çapıb-talayıb, adət-ənənələrimizə, mədəniyyətimizə od vurublar. Bu zəngin diyarın gəncləri bir parça çörək dalınca müxtəlif ölkələrə üz tutublar. Hər vasitə ilə insanları dindən uzaqlaşdırmağa çalışır, həyasızcasına deyirlər ki, hicab taxıb, namaz qılıb, mömin olmaq istəyirsinizsə İrana, Ərəbistana gedin. İslama qarşı xristian ölkələrində belə mövcud olmayan qadağalar tətbiq edir. Həyatımızın hər bir sahəsində varlığımıza ağalıq edən zalım rejim, dinimizi də təhrif edərək onu öz mənafelərinə uyğun şəkildə bizə qəbul etdirmək istəyir.

Mübariz insanları, mömin gəncləri, vətənpərvər şəxsləri və din alimlərini şərləyərək həbs edirlər. İbtidai şəkildə belə etirazını bildirənlərin evlərində axtarış aparır, saxta ittiham hazırlamaq üçün əvvəlcədən yerləşdirdikləri narkotik maddə və silah-sursatı aşkarlayıb, qarşı tərəfi uzun müddətə azadlıqdan məhrum edirlər. Bu günə qədər evlərimizdən çıxarılan silah-sursat bir yerə toplansaydı, bir ordunu silahlandırmaq olardı. Maraqlıdır ki, heç vaxt bu silahların, narkotik maddələrin haradan əldə olunması barədə müttəhimə sual verilmir. Qısası budur ki, İslam düşmənləri bizim ölkədə də müsəlmanlar üzərinə hücuma keçib və bu müharibə hər gün genişlənməkdə, güclənməkdədir. Əgər onlar Suriya, İraq, Yəmən, Livan və Fələstində qaynar müharibəyə girişiblərsə, Azərbaycanda da siyasi-ideoloji hücumlarla soyuq müharibəyə start veriblər. Bütün bunlardan dolayı Sizdən istəyirik ki, qeyd etdiyimiz ölkələrdə məzlum müsəlmanların harayına yetişdiyiniz kimi bizim də dadımıza çatasınız. Təkcə son bir neçə həftə ərzində Azərbaycanda yüzdən çox mömin insan və din alimi saxta ittihamlarla, qanunsuz silah-sursat saxlamaq adıyla həbs edilib. Qeyd etdiyimiz kimi, onsuz da bizi silahlı dəstə yaratmaq ittihamı ilə şərləyib tuturlar. Bizi çıxılmaz duruma salıblar. Ya həbsxanalarda çürüməli, ya ölkədən didərgin düşüb qürbət ellərdə yaşamılı, ya zilləti qəbul edib sionist əlaltılarına nökərlik etməli, ya da silahlanıb müqavimətə başlamalı, bu zalım rejimi və erməni işğalçılarını ölkəmizdən qovub çıxarmalıyıq.

Xahiş edirik bizi silahlandırın. Bizə təlimat verib, mübarizəyə hazırlayın. Bizi də İslam ümmətinin müqavimət cəbhəsinə qoşun. Əlimizə silah verin ki, hər gün bizi şərləyən Əliyev rejimi silahlı möminlərin kim olduğunu anlasın. Şübhə yoxdur ki, bu iş Sizin üçün su içmək qədər asan bir işdir. Çünki siz İsrailin üzük qaşı kimi mühasirədə saxladığı və az qala zərrəbin altda izlədiyi Qəzzə zolağını, əliyalın Fələstin xalqını çox asanlıqla silahlandırdınız. Onların ayaqları altında İsrailin və onları himayə edən hegemon qüvvələrin yuxusunu qaçıracaq raket bazaları yaratdınız. Biz də bu işdə əlimizdən gələni əsirgəməyəcəyimizə söz veririk. Şəhidlərimizin qanını, işğal olunmuş torpaqlarımızı və məzlumların intiqamını almaq yolunda axır damla qanımıza qədər vuruşacağımıza söz veririk.



Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


source : abna24
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Dünya çempionu: “Ailəm qarşı çıxdı – Onları dediklərinə peşman etdim”
Əsl balı necə seçməli?
Ayətullah Safi: “Keçmişin tərəqqisidən geri qalmamalıyıq”
Nazİr Elmarın qətlİlə bağlı ABŞ səfİrİnə nə deyİb?
İsrailin etirafı: Fələstinlilərin anti-İsrail hərəkətləri misilsizdir
Ayətullah Sistaninin nümayəndəsi İraqın siyasi böhranı barədə xəbərdarlıq ...
Gert Vilders ABŞ-da antiislam nümayişə qatılacaq
"Diqqət! "MÖVLUD OLİMPİADASI"na qeydiyyatın bitməsinə 1 gün qaldı!
Moskvada elektirik qalmaqalı
Pakistanda terror qurbanlarının sayı 23-ə çatdı

 
user comment