Azəri
Thursday 18th of July 2024
0
نفر 0

İmam Xamenei,Ayətullah Sistani və Ayətullah Lənkərani Ayətullah Nimrin edamına etiraz etdi

Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Ərəbistana qeyriqanuni yollarla hakim kəsilmiş vəhhabi səud sülaləsi 02. 01. 2016 tarixdə yerli vaxtla səhər radələrində 47 günahsız insanı qondarma terrorçu ittaham ilə şərləyərək hamısını edam etdi. Baş vermiş cinayət hadisəsindən dərhal sonra dünya ictimaiyyəti o cümlədən ölkə başçılaeı, rəsmilər, siyasət
İmam Xamenei,Ayətullah Sistani və Ayətullah Lənkərani Ayətullah Nimrin edamına etiraz etdi

Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Ərəbistana qeyriqanuni yollarla hakim kəsilmiş vəhhabi səud sülaləsi 02. 01. 2016 tarixdə yerli vaxtla səhər radələrində 47 günahsız insanı qondarma terrorçu ittaham ilə şərləyərək hamısını edam etdi. Baş vermiş cinayət hadisəsindən dərhal sonra dünya ictimaiyyəti o cümlədən ölkə başçılaeı, rəsmilər, siyasətçilər, aktivistlər və Ali Təqlid Mərcələri etirazla dolu çıxışlar edərək bu əməli məhkum etməyə başlayıblar.

Bu gün Tehran vaxtı ilə, səhər radələrində Ümümdünya Müsəlmanlarının Ali Lideri həzrət Ayətullah Xamenei cənabları Fiqhin Dərsi Xaricində- fiqhin elmi məruzəsində (müctehidlik dərsində) Səudiyyə rejimi tərəfindən Böyük Nufuza malik olan Ərəbistanın mömün və məzlum Şiə Ruhanisi Ayətullah Baqir Nimrin edam edilməsini məhkum edib.

Ayətullah Xamenei dünya ictimaiyyətinin bu cinayət və həmçinin Səudiyyənin Bəhreyn və Yəməndə həyata keçirtdiyi oxşar cinayətlər qarşısında məsuliyyətli olmaqlarının zəruriliyini vurğulayaraq bildirib: “Bu Şəhidin nahaq yerə axıdılan qanı şübhəsiz tez bir zamanda öz təsirini qoyacaq və şübhəsiz İlahi intiqam Səudiyyə siyasətçilərinin yaxasın tutacaq!”

İmam Xamenei bildirib: “Bu məzlum alim nə xalqı silahlı mübarizəyə təşviq edir və nə də, gizli sürətdə planlar cızırdı. Onun sadəcə işi dini qeyrətdən doğan emosiyalar iə aşkara etiraz edib əmr be məruf və nəhy əz munkər (admin: xalqı yaxşı işlərə dəvət etmək və pis işlərdən çəkindirmək) etmək idi.”

Mərhum Ayətullah Fazil Lənkəraninin oğlu Ali Təqlid MƏrcəsi Ayətullah Cavad Lənkərani də, öz növbəsində Səudiyyənin bu vəhşi addımını məhkum edib.

Ayətullah Lənkəraninin bəyanatında deyilir:

 

Bismillahir Rəhmanir Rəhim

İnnə lilləh və innə ileyhi raciun

Mucahid Alim, Höccətül İslam vəl Müslimin cənab Şeyx Baqir Nimrin amerikapərəst Səudiyyə rejimi tərəfindən məzlumcasına Şəhid edilməsi xəbəri bütün Müsəlmanların, Şiələrin və Elmi Hövzələrin kədərlənməsinə səbəb oldu.

Bu Mübariz Ruhani İslam, Quran və Dini maarifə əsaslanaraq zülm və ədalətsizliyə qarşı həmçinin Səudiyyə rejiminin cinayətəlrinə qarşı dayanaraq həbsə, işgəncələrə və nəhayət arzu etdiyi Şəhadətə çatdı.

Ali Səud vəhşi höküməti bilsin ki, bu Böyük Şəhidin qanından yüzlərlə mübariz insanlar meydana gələcək və həmişəlik olaraq onların rejimini tarixin zibilliyinə tullayacaqlar.

Amma insanı ən çox təsüfləndirən hal isə, bu kimi alçaq rejimlər Hərəmeyni Şərifeyni (Məkkə və Mədinə hərəmləri) murdarlayan vəhhabi saray mollalarının əli ilə, həyata keçirirlər.

İslam Dünyası xüsusi ilə də, Misir, Hicaz və s ölkələrdə olan Böyük Sünni Alimləri bu vəhşi əməl qarşısında mütləq susmamalıdırlar.

Mən bu böyük müsibətlə bağlı Hicaz Şiələrinə təsliyyət deyərək mübariz alimin Şəhadətini onlara təbrik deyirəm. Onlar bilsinlər ki, bu şəhadət Hicaz Şiələri və Ruhaniləri əlində qızıl kart və böyük bir iftixardır.

İslamın əzəməti və Müsəlmanların izzət tapmaqları üçün Allah Təaladan diləyirəm.

Məsələ ilə bağlı Ali Təqlid Mərcəsi Ayətullah Sistani cənabalrı da, təsliyyət bəyanatın yazıb.

Ayətullah Seyyid Əli Sistani cənabları bəyanatda bildirib: “Böyük hüzn və ağrı dolusu ilə bir qrup mömün qardaşlarımızın pak və müqəddəs torpaqlar üzərinə qanlarının axıdılması xəbərini eşitdik. Şəhid olanlar arasında mərhum Şeyx Baqir Nimr əl Nimrin adının olduğunu da müşahidə etdik...”

Bəyanatda daha sonra deyilir: “Biz bu işi məhkum edir və sizə xüsusi ilə də, bunların ailələrinə təsliyyət ərz edirik. Allah Təaladan istəyirik ki, öz rəhməti ilə bu Şəhidləri rahatlığa çıxarda və onları İslam Peyğəmbər (səlləllahu əleyhi və alih) onun pak Əhli Beyt (əleyhim salam) və Övliyaullahlar ilə məşhur etsin. Allah Təala Şəhidlərin ailə üzvlərinə, yaxınlarına səbr versin. Ali və Böyük Məqam Sahibi olan Allahdan (cəllə cəlaluh) başqa qüdrət və qüvvət yoxdur.”

 


source : abna24
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Pakistanda terror qurbanlarının sayı 23-ə çatdı
BMT Bəhreyndə qətlə yetirilən etirazçılar barədə araşdırma aparılmasını ...
Tunis əlaqələrinin İsrail rejimi ilə adiləşdirilməsini qadağan edən qanun ...
Seyyid Həsən Nəsrullah Bir Daha Çıxış Edəcək
Fəllucə əməliyyatı davam edir, İraq Ordusu terrorçuları belə darmadağın edir
33 günlük İsrail-Hizbullah müharibəsinin ildönümü günü Seyyid Həsən ...
İraq sakini kamikadzeni qucaqlayaraq onlarla insanı xilas edib - FOTOLAR
Sudan prezidentin Ayətullah Xamenei ilə görüşü
Avstriyada İranın islami sənət işləri sərgisi təşkil olunub
İranda gələn beş il ərzində 50 000 Quran məktəbi fəaliyyət göstərəcək

 
user comment