Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, ötən ilin (2015) Dekabr ayında Nigeriya hərbi qüvvələri ölkə prezidentinin rəsmi əmri ilə Şiələrə qarşı soyqırım əməliyyatı həyata keçirərək minlərlə Şiəni Şəhadətə yetirdi və Nigeriya Şiələrinin Lideri Şeyx Zəkzaki cənablarını da göz və sinə nahiyyəsindən yaralayaraq yüzlərlə yaralı Şiə ilə birlikdə həbs etdi.
Bu haqsız həbslərə və baş vermiş soyqırıma etiraz əlaməti olaraq Nigeriya xalqı ölkənin müxtəlif bölgələrində etiraz aksiyaları keçirdir.
Aşağıda müşahidə edəcəyiniz fotolar Nigeriyanın Nasarava şəhər sakinlərinin keçirtdiyi möhtəşəm etiraz aksiyasına məxsusdur.