Azəri
Wednesday 17th of July 2024
0
نفر 0

İran İslam Respublikasına məxsus 3 min dəyərli fossil Amerikadan qaytarılıb

Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İran İslam Respublikası Prezident Aparatının hüquq və beynəlxalq məsələlər üzrə mərkəzi bildirib: Bu mərkəzin səyi nəticəsində yerşünaslığın 3-cü dövrünə aid öznəməxsus 3000-dən çox fossil 40 ildən sonra nəhayət ötən həftə Amerikanın xərci ilə H
İran İslam Respublikasına məxsus 3 min dəyərli fossil Amerikadan qaytarılıb

Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İran İslam Respublikası Prezident Aparatının hüquq və beynəlxalq məsələlər üzrə mərkəzi bildirib: Bu mərkəzin səyi nəticəsində yerşünaslığın 3-cü dövrünə aid öznəməxsus 3000-dən çox fossil 40 ildən sonra nəhayət ötən həftə Amerikanın xərci ilə Hollandiyanın Amsterdam şəhərinə nəql olunub və yenidən baxıldıqdan sonra, İrana nəql edilib və İslam Respublikasının Ətraf Mühiti Mühafizə Təşkilatına təhvil verilib.

40 il öncə İran və Amerika tədqiqatçılarından ibarət bir qrup Kaliforniya Universitetinin müəllimi Bernard Kampelin başçılığı ilə Marağa və Urmiyə gölü ətrafındakı məntəqələrdə 3-cü dövr yerşünaslığa aid özünəməxsus 3000 fossili kəşf edib.

Fossillərin kəşfindən sonra, onların bir hissəsi araşdırma və müəyyənləşdirmə üçün Amerikaya göndərilib və qərara alınıb ki araşdırma və nəticədən sonra 6 ay 1 il ərzində İrana qaytarılsın. Lakin Los Ancelesin Kanti muzeyi araşdırmanın yekunlaşmadığını əsas gətirərək və əlavə araşdırmaya ehtiyac duyulduğunu bildirərək onların qaytarılmasına qarşı çıxıb.

Nəhayət İranın Amerikada hüquq yolu ilə davamlı şəkildə məsələni izləməsi və məhkəmə iclaslarından sonra Amerika hökuməti 2014-cü ildə bu əmlakın hökumətin xərci ilə İrana qaytarılmasına şəraitin yaradılması üzrə əməkdaşlığa hazır olduğunu elan edib.

Bu məlumata görə, İran İslam REspublikasının Amerikadan qalan əmlakının qaytarılması üçün səylər davam edir. 

 


Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


source : abna24
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Pakistanda terror qurbanlarının sayı 23-ə çatdı
BMT Bəhreyndə qətlə yetirilən etirazçılar barədə araşdırma aparılmasını ...
Tunis əlaqələrinin İsrail rejimi ilə adiləşdirilməsini qadağan edən qanun ...
Seyyid Həsən Nəsrullah Bir Daha Çıxış Edəcək
Fəllucə əməliyyatı davam edir, İraq Ordusu terrorçuları belə darmadağın edir
33 günlük İsrail-Hizbullah müharibəsinin ildönümü günü Seyyid Həsən ...
İraq sakini kamikadzeni qucaqlayaraq onlarla insanı xilas edib - FOTOLAR
Sudan prezidentin Ayətullah Xamenei ilə görüşü
Avstriyada İranın islami sənət işləri sərgisi təşkil olunub
İranda gələn beş il ərzində 50 000 Quran məktəbi fəaliyyət göstərəcək

 
user comment