Azəri
Tuesday 23rd of July 2024
0
نفر 0

Ali Təqlid Mərcələri İran xalqını seçkilərdə iştirak etməyə səslədilər

- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İran İslam Respublikası Hicri Şəmsi Tarixi ilə 1394-cü ilin son günlərində ən mühüm daxili siyasi hadisə ərəfəsin yaşayır. Belə ki, İslam Şurası Məclisinin-parlament və Rəhbərlik Ekspertiza Məclisinin seçkiləri məh
Ali Təqlid Mərcələri İran xalqını seçkilərdə iştirak etməyə səslədilər

- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İran İslam Respublikası Hicri Şəmsi Tarixi ilə 1394-cü ilin son günlərində ən mühüm daxili siyasi hadisə ərəfəsin yaşayır.

Belə ki, İslam Şurası Məclisinin-parlament və Rəhbərlik Ekspertiza Məclisinin seçkiləri məhz bu tarixə təsadüf edir.

Bu səbəbdən də, Ali Təqlid Mərcələri bəyanatlar verərək İran Xalqını seçkilərdə yaxından iştirak etməklərini zəruri sayıblar.

Ayətullah Nuri Həmədani Məscid Əzəmdə etdiyi “Fiqh Elmi Məruzələri”- (Dərse Xarece Fiqh) zamanı bildirib: “Seçkilərdə iştirak etmək İslam İnqilabının qüdrətinin göstəricisi və hammı üçün bir dini vəzifədir. Buna görə də, seçki hüququ olanlar hamı bir nəfər kimi seçkilərdə iştirak etməlidir.

Bilməliyik ki, Seçkilərdə iştirak etməkliyimiz bizə namaz və oruc kimi vacib bir məsələdir. Çün ki, bu İslam Hakimiyyətinin Əzəmətinin göstəricisidir...”

Ayətullah Nuri Həmədani hansı namizədlərə rəy verilməsinə işarə edərək bildirib: “Gərək elə şəxslərə rəy verəsiz ki, xalqın dərdi ilə şərik və onun çətin günlıərini görmüş və hiss etmiş bir adam olsun. Qeyri sürətdə xalqın problemlərini həll etmək iqtidarında olmayacaqdır.”

Ayətullah Cəfər Sübhanə həzrətləri də, 26 Fevral Seçkilərini həssa sayaraq bildirib: “Quran təlimlərinə görə, gərək elə şəxsi seçəsiniz ki, işində əmanətdar, İslam əsaslarına həqiqi iman gətirmiş, təfəkkür və əməl baxımından qüdrətli, digərlərinin hiyləsinə aldanmayan bir şəxsə rəy verəsiniz ki, ölkə üçün düzgün proqram tökməyi bacara...”

Ayətullah Cavadi Amoli həzrətləri də “Fiqh Elmi Məruzələri”- (Dərse Xarece Fiqh) zamanı bildirib: “Seçici hüququna malik olanların hamısı sabahkı seçkilərdə ehtirasla, əfsanəvi və intellektual şəkildə iştirak etməlidir. Xalq Ekspertizia və İslam Şurası Məclislərinə hər bir cəhətdən pak və etimadlı şəxsləri seçməlidirlər ki, İslam İnqilabının bayrağını əsil sahibinə (İmam Zaman (ə.f) həzrətlərinə) çatdırsın.”

Ayətulah Məkarim Şirazi seçkilərdə iştirak etməyi həm əxlaqi həm də, şəri baxımdan vacib olduğunu bildirərək deyib: “Xalq “Yovmullah 22 Bəhmən-11 fevral” yürüşündə geniş iştirak edərək düşmənin canına xof saldıqları kimi inşəAllah 26 Fevral seçkilərində də, iştirak etməklə bir daha düşmənləri lərzəyə gətirər.

Xalq rəy verdikləri zaman gərək ləyaqətli şəxslərə rəy versinlər. Hər hansı bir partiyaya üzv olmaq seçicinin rəy verməsinə təsir etməməlidir. Əsas odur ki, hər kim olursa olsun ləyqəti hamıdan artıq olan şəxs məclisə seçilməlidir...”

Ayətullah Seyyid Ələvi Qurqani həzrətləri də bəyanat yayımlayaraq daim səhnədə olan İran xalqını seçkilərdə iştirak etməyə dəvət edərək bildirib: “Ey inqilabçı və əziz İran xalqı! Dübarə seçki zamanı gəlib. Başa düşən, mömin  xalq növbəti imtahan astanasındadır. Düşmənin təbliğat makinasının işə düşərək zehinlərdə çaşqınlıq yaratmaq istədiyi bir zamanda, həm Ekspertizia və həm də, İslam Şurası Məclisinin seçkilərində canla-başla iştirak edib Ali Rəhbər başda olmaqla bütün dahi şəxsiyyətlərin göstərişlərinə uyğun olan ləyaqətli nümayəndələrə səs verin! Düşmənin təbliğ etdiyi şəxslərə səs verməydən ciddi sürətdə çəkinin! Seçkilərdə iştirak edib səs vermək dini və milli bir vəzifə olduğu kimi İslama ürəyi yanan, təqvalı və mömün şəxslərə də səs vermək ən böyük vəzifədir... ”

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


source : abna24
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

111-ci xütbə
Niyə İslamı məhv etmək səyləri həmişə təsirsiz qalmışdır?
İmamzadə İbrahim bin İmam Baqir (ə) ziyarətgahının açılışı oldu
1969-cu il Azərbaycana total qorxu gətirirdi (1)
İmam Baqir (ə) bu ayəni oxuduqdan sonra buyurmuşdur:
Tezliklə kafirlərin qəlblərinə Allahın, (haqq olmasına dair) heç bir yetərli ...
Təqvası ilə seçilən mərhum Axund Kaşi...
Hz. Əbülfəzlil Əbbasın (ə) hərəmində “İmam Hüseyn (ə) Sərdabı” layihəsi
BƏDƏNIN MÜDAFIƏ SISTEMI
Əhli-sünnə alimin Fatimeyi-Zəhra (s.ə) haqda nəql etdiyi kəramət

 
user comment