Xəbər Agentliyi- Ağız qoxusu insanların bədən, ruh və sosial sağlamlığına mənfi təsir edən amillərdən biridir.
Bir çox insan bu mənfi fəsaddan əziyyət çəkir və ağızlarından gələn iyi gün ərzində özünü və ətrafındakıları diskomfort edir.
Ağız qoxusu burun, nəfəs yolları və ağciyərlə bağlı infeksiyalar, şəkər xəstəliyi, böyrək və qaraciyər çatışmazlığı, metabolizma pozuntuları, badamcıq iltihabı və diş əti narahatlıqlarının xəbərçisidir.
Ağızdan gələn xoşagəlməz iy dost-tanış çevrəsindən uzaqlaşma, sosial mühitdən olmaqda çəkinmək kimi narahatlıqlara səbəb olur.
Buna görə də, İslam Dini ağızın və dişlərin təmizliyinə tiayət etməsinə, misvak- diş fırçası və diş ipindən istifadə edilməsinə, həmçinin xoşətirli maddələrdən istifadə olunmasına xüsusi diqqət yetirir. Hətta Şəriət bu məsələyə vurğu ilə yanaşaraq ağızın və dişlərin təmiz saxlanılmasına tövsiyələr edir.
Biz bu məqaləmizdə qeyd olunan məsələyə dair gəlmiş Hədisi Şəriflərə işarə edərək ağızın pis qoxusundan yaxa qurtarmaq üçün bəzi təcrüblərəi də açıqlayacağıq.
Ağzı pis qoxuyan insanın aqibəti
Əziz İslam Peyğəmbəri (səlləllahu əleyhi və alih) ağız gigeniyasına və dişlərinin təmizliyinə diqqət yetirməyib yanına gələn şəxsləri tənqid edib buyurardı: “Nə üçün misvak-fırça vurmadan sarı dişləriniz ilə mənim hüzuruma gəlirsiniz?!” (Əl Məhasin, cild 2, səh. 381.)
İmam Sadiq (əleyhi səlam) buyurub: “Həzrət İbrahim Peyğəmbər (əla Nəbiyyina və alihi və əleyhi səlam) Kəbə Evini yenidən təmir etdikdən sonra Kəbə Evi müşriklərin murdar əllərindən və ağızlarının üfünətli qoxularından Allaha (Cəllə Cəlaluh) şikayət etdi. Elə bu an Allah Təala Kəbə Evinə buyurdu: Axir Zamanda bir qrup insanları sənin yanına göndərəcəyəm. Onlar təmizliyə diqqət yetirənlərdir. Dişlərini misvakla fırçalayır və aralarında qalmış qalıqları təmizləyərək öz paklıqlarına riayət edirlər.” (Təfsir Qummi, cild 1, səh. 87)
Ağız boşluğunun pis qoxu verməsinin səbəbləri
1- Aç olmaq və mədənin boş qalması.
İmam Sadiq (əleyhi səlam) buyurublar: Mömün şəxs üçün daha yaxşıdır ki, mənzildən çıxarkən bir şeylər meyl etsin. Çünki bu iş onun izzətini qoruyar. (Əl Məhasin, cild 2, səh. 160 və 236)
2- Dişlərin arasında xörək qırıntılarının qalması
İslam Peyğəmbəri həzrət Muhəmməd Mustəfa (səlləllahu əleyhi və alih) buyurublar: “Xörəkdən sonar dişlərinizin arasında qalmış xörək qırıntılarını təmizləyin. Çünki Mələklər üçün ən nifrət edici hal insanın dişlərinin arasında xörək qırıntılarının qalmasıdır.” (Əl Məhasin, cild 1, səh. 332)
Başqa bir hədisdə isə İslam Peyğəmbəri (səlləllahu əleyhi və alih) buyurublar: Ağzınızı xəlal (yəni dişlərinizin arasındakı xörək qalıqlarını təmizləmək) etmək ilə, paklayın. Çünki sizing ağızlarınız sizləri qoruyan o iki mələkin qaldığı yerdir. Onlar sizing gördüyünüz bütün əməlləri yazırlar. Diliniz onların qələmi, ağzınızın suyu isə, onların mürəkkəbidir. Onlar üçün ən əzablı anlar sizin dişləriniz arasında xörək qalıqlarının qalması anlarıdır.” (Məkarimul Əxlaq, cild 1, səh. 330)
Pis qoxu verən xörəklərdən istifadə etmək
İmam Sadiqin (əleyhi səlam) səhabələrindən olan Muhəmməd ibn Sənan deyir ki, İmam Sadiqdən (əleyhi səlam) soğan və tərə yeyilməsi haqda soruşdum. İmam cavab verdilər: “Həm bişirilmiş və həm də, kal sürətdə onları yeyə bilərsiniz lakin əgər hər kim onlardan istifadə etsə Məscidə getməsin. Çünki onun kənarında əyləşənlər pis qoxudan əziyyət çəkərlər.” (İləlulu Şərae, cild 2, səh. 278, bab 295.)
Cənabətli qalmaq
Həzrət İmam Sadiqdən (əleyhi səlam) nəql olunan hədisdə gəlib: “Cənabət halında (yəni insane cinsi yaxınlıq etdikdən və ya sperma ondan xaric olduqdan sonar özünə qüsul verməzsə) qalmaq ağızın pis qoxu verməsinə səbəb olur.” (Əl İhticac, cild 2, səh. 239-240)
Ağız qoxusundan qurtulmağın 10 yolu:
1. Misvak (dişlərin fırıçalanması üçün təbii fırça) və yaxud umşaq yox, sərtliyi orta səviyyəli olan diş fırçalarından istifadə edin.
2. Bakteriya və qida artıqlarını təmizləmək üçün dişlər gündə ən azı iki dəfə fırçalanmalıdır və hər gün diş ipindən istifadə edilməlidir.
3. Ağız qoxusuna səbəb olan amillərdən biri də dildəki təbəqələşmədir. Buna görə dili fırçalamağı da adət etməniz yaxşı olar. Dişləri fırçalayarkən ağız qoxusunun 20, dili fırçalayarkən isə 80 faizindən xilas olarsınız.
4. Ağız qoxusundan xilas olmaq üçün satılan mayelərin bir qisminin tərkibində spirt var deyə iyi daha da arta bilər. Bu növ mayelərdən çəkinin.
5. Sink tərkibli diş pastası və tərkibində sink olan saqqızlar ağız iyinə qarşı yaxşı vasitədir.
6. Diş və diş əti xəstəlikləri ağız qoxusuna səbəb olduğu üçün ağız müayinəsi və dişlərə qulluq üçün həkimə müraciət edə bilərsiniz.
7. Ağızdan gələn arzuedilməz iyinin qarşısını almaq üçün diş çürükləri, qırıqları və s. kimi diş problemləri müalicə edilməlidir.
8. Protez, dolğu, diş körpülərinin aralarına yığılan və orada qalan qidalar da pis qoxuya səbəb olur. Ona görə də hər gün protezi çıxarıb yumaq və təmizləmək vacibdir.
9. Ağız quruduğu zaman da pis qoxuya səbəb olur. Ağzınızın qurumaması üçün mütləq çoxlu su içmək lazımdır.
10. Cəfəri təbii olaraq nəfəsi təmizləyir. Qəhvə dənələri, limon qabıqları da ağız qoxusuna qarşı yaxşı vasitədir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır
source : abna24