Azəri
Friday 19th of July 2024
0
نفر 0

Möminlərin bir-biri ilə rabitəsi necə olmalıdır?

- Xəbər Agentliyi- Ustad Hüseyn Ənsarianın dəyərli nəzərlərinə əsasən, möminlərin bir-biri ilə rabitəsinin üsulu Qurani-Kərimdə və Məsumlardan (ə) gələn hədislərdə bəyan olunmuşdur. Onlardan bir neçəsinə işarə edək: 1 - Dostcasına: Qurani-Kərim buyurur ki, möminlərin bir-biri ilə rabitəsi dostcasına və vilayətcəsinə olmalıdır. Vilayət - iki şeyin bir-birinə yaxın olmasıdır, daha çox dostluq, rəhbərlik, ixtiyar sahibi olmaq mənasındadır
Möminlərin bir-biri ilə rabitəsi necə olmalıdır?

Xəbər Agentliyi- Ustad Hüseyn Ənsarianın dəyərli nəzərlərinə əsasən, möminlərin bir-biri ilə rabitəsinin üsulu Qurani-Kərimdə və Məsumlardan (ə) gələn hədislərdə bəyan olunmuşdur. Onlardan bir neçəsinə işarə edək:

1 - Dostcasına: Qurani-Kərim buyurur ki, möminlərin bir-biri ilə rabitəsi dostcasına və vilayətcəsinə olmalıdır. Vilayət - iki şeyin bir-birinə yaxın olmasıdır, daha çox dostluq, rəhbərlik, ixtiyar sahibi olmaq mənasındadır, köməkçi mənasındadır. Ona görə də gərək mömin kişi və qadınlar bir tərəfdən bir-birinin yardımçısı olmalı, başqa tərəfdən də bir-birinin üzərində vilayətləri olmalıdırlar və bir-birinin bəzi işlərinə dəxalət edə bilərlər. Çünki bu cür vilayəti Allah onlara vermişdir və bir-birinin haram və ləyaqətsiz əməllərinə, dini, əxlaqi və ictimai vəzifələrini tərk etməyə görə haqları vardır ki, məsuliyyət hiss etsinlər, əmr-be-məruf və nəhy-əz-munkər etsinlər.

2 - Qardaşcasına: Quran möminləri bir-biri üçün qardaş adlandırmışdır, ona görə də onlar təkcə bir-birinin qəm və şadlıqlarına şərik olmaqla yanaşı, eyni zamanda həqiqi qardaşları üzərində olan hüquqlara da malikdirlər. Ona görə də bir-birini məsxərəyə qoymaqdan, pis ləqəb qoymaqdan və bir-birinə çirkin adlar qoymaqdan, qeybətdən, töhmətdən, xəyanətdən uzaq olmalıdırlar.

Dostluq və qardaşlıq münasibətləri, möminlərin bir-birinə qarşı məsuliyyətlərinin olmasına səbəb olur, o cümlədən:

  • Əgər möminlərin arasında münaqişə yaranarsa, başqaları sakit oturmasınlar, tamaşaçı olmasınlar. Əksinə çalışmalıdırlar ki, onların arasında sülh bərqərar olsun. 

 

  • Səfər zamanı bir-birinin vəziyyətindən məktub vasitəsilə xəbərdar olsunlar. Gələn zaman bir-biri ilə görüşsünlər. 

 

  • Narahatlıq, çətinliyə düşəndə, müsibətdə birlikdə çalışmalıdırlar. İmam Sadiq (ə) möminlərin birlikdə çalışmaqları haqda buyurur: “Hər kəs ki, öz dini qardaşı üçün baş verən müsibətə və çətinliyə görə şad olsa, dünyadan o zamana qədər getməz ki, Allah da onu bu müsibətə düçar edər”. 

 

  • Bir-birinə qarşı əmin olsunlar və əmanəti sahibinə versinlər. 

 

  • O zaman ki, mömin qardaşı xəstələndi, onu ziyarət etsinlər. 

 

  • Hər nə ki, özü çox istəyir, özü üçün yaxşı şey sayır, din qardaşı üçün də yaxşı hesab etməlidir. 

 

  • O zaman ki, məhkəmədə və ya başqa yerdə onun şəhadətinə ehtiyac olsa, bunu etsin, şəhadət zamanı da haqqı söyləsin. 

 

  • O zaman ki, dindaşı dünyadan getdi - cənazə, kəfən və dəfn mərasimlərində iştirak etsin. 

 

  • O zaman ki, mömin qardaşı məclisə daxil oldu, oturanlar gərək ona yer versinlər. 

 

  • Möminlər gərək bir-birini böyük qiymətləndirsinlər, əziz tutsunlar və gülərüzlə qarşılaşsınlar. Bir-birinə salam versinlər. Əl verib tutuşsunlar, əgər səfərdən gəliblərsə, əl tutmaqdan başqa qucaqlaşsınlar. 

 

  • Mömin gərək möminin sirrini saxlaya bilsin. Onların sirlərini açmaqdan, xətalarını və eyblərini ifşa etməkdən çəkinməlidirlər və onların səhvlərinə görə istədikləri üzrləri qəbul etməlidirlər və onları bağışlamalıdırlar. 

 

  • Onları danlamaqdan uzaq olsunlar, Peyğəmbər (s) buyurur: “Hər kim mömini danlaya, o zamana qədər dünyadan getməz ki, başqalarını danladığı o əmələ, xətaya və ya bəlaya düçar olmasın”. İmam Sadiq (ə) buyurur: “Hər kim mömini danlayar və məzəmmət edər, Allah onu dünya və axirətdə danlayacaqdır”. 

 

  • Əhd və peymanına qarşı sadiq və vəfalı olmalıdır. 

 

  • Möminlər başqa möminlərlə rəftarda gərək təvazökar və səbirli olsunlar, onları öz dostları hesab etsinlər, kafir və qeyri-möminləri öz həqiqi dostları kimi qəbul etməsinlər. 

 

  • Hansı ləqəbi və ya adı sevir, onunla çağırmalıdırlar. 

 

  • Allaha iman, cihad, din və dindarlıq xidmətlərində başqalarından irəlidə gedənlərə duaçı olmalıdırlar. 

 

Qurani-Kərim mühacir və ənsarlardan sonra gələn müsəlmanlara müraciət edir: “Onlar Allaha dualarında deyirlər: Pərvərdigara! Bizi və imanda bizdən irəlidə olan qardaşlarımızı bağışla və qəlbimizdə möminlərə qarşı kin və həsədi qərar vermə. Pərvərdigara! Sən rəhimli və mehribansan! “

Hər kəs ki, yaxşılıq istəyir, təkcə özü üçün istəməsin, bütün səyləri cəm üçün olsun. Əgər hər cür kin, düşmənçilik, paxıllıq, həsəd insanların qəlbindən silinsə, bu əsl İslam cəmiyyəti olar.


source : abna24
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Əsl balı necə seçməli?
Ayətullah Safi: “Keçmişin tərəqqisidən geri qalmamalıyıq”
Nazİr Elmarın qətlİlə bağlı ABŞ səfİrİnə nə deyİb?
İsrailin etirafı: Fələstinlilərin anti-İsrail hərəkətləri misilsizdir
Ayətullah Sistaninin nümayəndəsi İraqın siyasi böhranı barədə xəbərdarlıq ...
Gert Vilders ABŞ-da antiislam nümayişə qatılacaq
"Diqqət! "MÖVLUD OLİMPİADASI"na qeydiyyatın bitməsinə 1 gün qaldı!
Moskvada elektirik qalmaqalı
Pakistanda terror qurbanlarının sayı 23-ə çatdı
BMT Bəhreyndə qətlə yetirilən etirazçılar barədə araşdırma aparılmasını ...

 
user comment