Azəri
Saturday 4th of May 2024
0
نفر 0

Ayətullah Bəhcətdən 6 nəsihət: “Hər kim bildiyinə əməl edərsə, Allah ona bilmədiyi elmi öyrədər...”

Xəbər Agentliyi- Əgər kamala çatmağımızı istəyiriksə, gərək Allahı sevək. Əgər Allahı seviriksə, gərək nəbisini-peyğəmbəri və vəsisini-imamları da sevək. Əks halda ya özümüzün dostu deyilik, ya da feyz Əta Edənin dostu deyilik.
Ayətullah Bəhcətdən 6 nəsihət: “Hər kim bildiyinə əməl edərsə, Allah ona bilmədiyi elmi öyrədər...”

Xəbər Agentliyi- Əgər kamala çatmağımızı istəyiriksə, gərək Allahı sevək. Əgər Allahı seviriksə, gərək nəbisini-peyğəmbəri və vəsisini-imamları da sevək. Əks halda ya özümüzün dostu deyilik, ya da feyz Əta Edənin dostu deyilik.

Deməli, səadət yolu Allahı yada salıb sevməkdən keçir. Özünü tərbiyə edib Allah yoluna qədəm qoyan ariflərdən biri bizlərə gözəl nəsihətlər verir ki, əgər qulaq versək faydamıza olar.

Zamanəmizin böyük Əxlaq Ustadı, Arif, Fəqih və sözün əsil mənasında desək Allah Təalanın bəndəsi Bəhcət ağanın 6 nəsihətinə diqqət edək.

1. Nəsihət cüzi şeylərə görə verilər, moizə daha ümumi. Bir-birini tanımayan insanlar bir-birinə nəsihət verə bilməz.

2. Hər kim bildiyinə əməl edərsə, Allah ona bilmədiyi elmi öyrədər. Hər kim bildiyinə əməl edərsə, bilmədiyinə kifayət edər. O kəslər ki, Allah yolunda cihad edərlər, Allah onları öz yoluna hidayət edər. Bildiklərinizə əməl edin, bilmədiklərinizə görə ehtiyat edin, o zamana qədər ki, aydın olar. Əgər aydın olarsa, bilin ki, bəzi məlumatları ayaq altında qoymusunuz. Çünki moizədə mütləq eşitmisiniz və bilirsiniz, ancaq əməl etməmisiniz. Əks halda aydın olardı. 

3. Hamı yaxşı bilir ki, risaləni oxumalı, başa düşüb ona əməl etməlidir. Halal və haramı onunla ayırmalıdır.

4. O kəslərə ki, əqidəniz vardır – onların əməllərinə nəzər salın. O şeyi ki, edirlər – siz də ixtiyari olaraq edin. O şeyi ki, etmirlər, ixtiyari olaraq siz də etməyin. Bu, ali məqsədlərə çatmağın ən yaxşı yoludur. Əməli moizə söz moizəsindən daha təsirlidir.

5. Hər gün Quran və dua oxumaq, məscidə gedib-gəlmək, alimlərin məclislərində əyləşmək insanın günü-gündən bəsirətini artırar və ibadətə yaxınlaşdırar. Əksinə, qəflət əhli ilə yoldaş olmaq qəlbi qəsavətli edər və ibadətdən çəkindirər.

6. Bədihiyyatdır-aydındır ki, etiqad və əməldə günahı tərk etmək insanı başqasından ehtiyacsız edər. Yəni, qeyrisi ona möhtacdır, ancaq o, qeyrisinə möhtac deyildir. Həsənələr-yaxşılıqlar və gözəlliklər yaradar və pislikləri uzaqlaşdırar. Günah, sahibi üçün susuz insanın içdiyi zəhər kimidir. Ya ac insanın yediyi meyt əti kimidir. Əgər bu yol axıra qədər çətin olsaydı, asanlıq və rəğbətlə sonlanmasaydı, Mehriban və Qadir Xaliq tərəfindən təşviq edilməzdi. “Mənim uğurum yalnız Allahın köməyi ilədir. Ona təvəkkül etdim və Ona tərəf qayıdacağam”. (“Hud” 88).

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


source : abna24
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

"Bakı polisindən nümunə götürün"
Əliyev rejiminin Şiələrə qarşı nifrəti səngimir, Lənkəran ruhaniləri və ...
Almaniyada İslam əsərləri adlı sərgi açılacaq
Sentyabırın 1-i Qurban Bayramıdır – Ərəfə günü və Qurban bayramının ...
IMAM HӘSӘN ӘLEYHISSALAMIN ŞƏHADƏTİ
Azərbaycan Respublikasının xaricdə dini təhsilə qarşı yeni addımı
Dünyanın 80 ölkəsi Quran xətmi layihəsinə qoşulub
Livanın Amal hərəkatı Musa Sədrin sağ olmasına ümid edir
DEVAMM dindarlara qarşı növbəti təqib dalğasından ciddi narahatlığını bildirir
Fəllucə əməliyyatı davam edir, İraq Ordusu terrorçuları belə darmadağın edir

 
user comment