Azəri
Sunday 21st of July 2024
0
نفر 0

Bu gecə həzrət İmam Həsən Muctəbanın (ə) mövludunun ildönümüdür (həyatı haqda qısa məlumat)

verdiyi xəbərə əsasən, bu gecə, 2016-cı milad ili iyunun 20-si və 1437-ci Hicri Qəməri ili mübarək Ramazan ayının 15-i, Allah Təbarəku Təalanın yer üzərində həzrəti Muhəmməd Peyğəmbərdən sonra təyin etdiyi İkinci Xəlifəsi, İmam Həsən Muctəbanın (əleyhi səlam) mübarək mövludunün ildönümü ge
Bu gecə həzrət İmam Həsən Muctəbanın (ə) mövludunun ildönümüdür (həyatı haqda qısa məlumat)

verdiyi xəbərə əsasən, bu gecə, 2016-cı milad ili iyunun 20-si və 1437-ci Hicri Qəməri ili mübarək Ramazan ayının 15-i, Allah Təbarəku Təalanın yer üzərində həzrəti Muhəmməd Peyğəmbərdən sonra təyin etdiyi İkinci Xəlifəsi, İmam Həsən Muctəbanın (əleyhi səlam) mübarək mövludunün ildönümü gecəsinə təsadüf edir.

Bu mövlud gecəsi münasibəti ilə İran İslam Respublikasının 10 minə yaxın Məscid və hüseyniyyələrdə şənlik ərasimi keçirilib.

Mərasimdə çıxış edənlər Həzrət İmam Həsən Muctəba(ə)-ın xüsusiyyətlərinə işarə ediblər. Paklıq əhli-beyti(ə) mədhiyyəçiləri də o həzrətin əxlaqi xüsusiyyətlərinin şəninə şerlər söyləyiblər.

Biz ABNA olaraq həzrət İmam Həsən Muctəbanın (əleyhi səlam) viladətinin ildönümü münasibəti ilə başda zamanəmizin İmamı həzrət Məhdi (Allah Onun şərəfli gəlişini tezləşdirsin) olmaqla haq naibi İmam Xamenei cənablarına, Ali Təqlid Mərcələrinə, pak Əhli-beyt (əleyhimus səlam) tərəfdarlarına və bütün dünya məzlumlarına təbrik ərz edirik!

İmamın Həyatına Qısa Bir Baxış

Peyğəmbərimizin ilk nəvəsi, gözünün nuru İmam Həsən Muctəba Hicrətin 3-cü ilində mübarək Ramazan ayının 15-də Mədinədə İlahi Vəhyin və Qurani Kərimin nazil olduğu Evdə dünyaya gəlib. Müqəddəs atası Həzrət Əli (ə) anası isə, dünya xanımlarının tacı Fatimeyi-Zəhradır (s).

İmamın Əxlaqi Səciyyələri

İmam Həsən (ə) elm, təqva, zahidlik və ibadətlə yanaşı eyni zamanda öz dövrünün səxavətli şəxsi,məzlumların köməkçisi miskinlərə kömək edən bir şəxs kimi də tanınmışdır. Təbəri özünün yazdığı Tarixul Xuləfa kitabında belə yazır: “İmam Həsən Müctəba (ə) ömründə iki dəfə bütün mal-dövlətini, üç dəfə isə mal-dövlətinin tən yarısını Allah yolunda xərcləmişdir.”

Danılmaz Səhabə və Yenilməz Sərkərdə

Həzrət İmam Həsən Muctəba (əleyhi səlam) ən böyük və adlı sanlı səhabələrdən biridir. O, bərəkətli ömrünün 7 ilini əziz babası İslam Peyğəmbəri olan həzrəti Muhəmmədi Mustəfa (səlləllahu əleyhi və alih) ilə, keçirib. Yeddi yaşında ikən həm İslam peyğəmbərini və həm də anası həzrəti Fatiməi Zəhranı (səleyhiməs səlam) itirən İmam Həsən Muctəba (ə) 30 il ərzində atası ilə çiyin çiyinə İslam uğrunda çalışmışdır. İmam Həsən Cəməl və Siffeyn kimi döyüşlərdə İslam düşmənlərinə qarşı ön cəbhədə vuruşub. Hətta iş o yerə çatmışdı ki, Həzrət Əli (ə) Peyğəmbərin (s) nəslinin kəsilməməsi və imamətin davam olunması üçün İmam Həsələ İmam Hüseyni (ə) döyüşdən çəkindirərdi.

 

İmam Həsənin Fəzilətləri

- İmam Səccad (ə):«Həsən ibn Əli ibn əbu Talib (ə) öz zəmanəsinin ən abid, zahid və fəzilətli insanı olub. Həccə gedəndə piyada və bəzən ayaqyalın gedərdi. Nə vaxt ölümdən söhbət düşərdisə ağlayardı. Nə vaxt qəbrdən söz düşərdisə ağlayardı. Nə vaxt Qiyamətdən söz düşərdisə ağlayardı. Siratdan keçməkdən danışılanda ağlayardı. Allahın ədalət məhkəməsində cavab verməkdən söz düşəndə elə ah-nalə edərdi ki, özündən gedərdi. Namaza başlayanda bədəni Rəbbinin qarşısında titrəyərdi. Cənnət və Cəhənnəmdən söhbət düşəndə ilan çalmış adam kimi qıvrılardı, Allahdan Cənnəti istəyərək oddan Ona pənah aparardı.» (Əmali-Səduq, səh.150, hədis 8)

- Əhməd ibn əl-Müəddəb «əl-Funun» kitabında və İbn Mehdi «Nuzhətul-əbsar»da deyir:«Bir gün Həsən ibn Əli (ə) yerdə oturub qarşılarında olan tikə çörəkləri götürüb yeyən bir neçə yoxsulun yanından keçirdi. Onlar o Həzrətə təklif edib dedilər: Ey Allah Peyğəmbərinin nəvəsi, buyurun bizimlə yemək yeyin.» Ravi deyir:«Həzrət miniyindən düşüb dedi:«Allah təkəbbür sahiblərini sevmir. Sonra onlarla yemək yeməyə başladı və sonda onların hamısı doydular və o Həzrətin bərəkətindən həmin çörəklərdən heç nə azalmadı. Həsən (ə) sonra həmin yoxsulları özü qonaq çağırdı və onlara yemək və geyim verdi.» (əl-Mənaqib, İbn Şəhr Aşub, c.4, səh.23)

- Şam əhalisindən olan bir nəfər nəql edir ki:«Mədinə şəhərinə daxil oldum. Bir nəfərin gözəlliyi məni özünə cəlb etdi. Onun kim olmasını soruşdum. Dedilər ki, Həsən ibn Əlidir. Şamlı kişi deyir:«Mən Əliyə belə bir oğlu olduğu üçün həsəd apardım. Sonra onun yanına gedib dedim:«Sən əbu Talibin oğlusan?» Buyurdu:«Mən onun nəvəsiyəm.» Dedim:«Lənət olsun sənə və sənin atana, Lənət olsun sənə və atana!» Şamlı kişi deyir:«Amma o susdu, mənə cavab vermədi. O Həzrət sonra buyurdu: «Deyəsən qəribsən? Əgər minik istəsən verərik, bəxşiş istəsən əta edərik, kömək istəsən edərik.» Həmin şəxs deyir:«Mən ondan elə bir halda ayrıldım ki, o mənim yanımda yer üzünün ən sevimli adamı idi.» (Muxtəsər tarixi Dəməşq, c.7, səh.26)

 

İmam Həsənin İmamətliyinin Bəyanı

İmam Baqir (ə):«Əmirəl-möminin salavatullah əleyh, vəfatı yaxınlaşanda oğlu Həsənə (ə) buyurdu:«Yaxın gəl, Allahın Peyğəmbərinin(s) mənə dediyi sirri sənə deyim və mənə tapşırdığı əmanəti sənə tapşırım. O sonra həmin işi gördü.» (əl-Kafi, c.1, səh.298, hədis 2)

 

İmam Həsən Muctəba Peyğəmbərin Hədislərində

- Allahın Peyğəmbəri(s):«Həsən məndəndir və mən ondanam. Hər kim onu sevsə Allah onu sevər. Həsənlə Hüseyn mənim nəvələrimdirlər.» (Biharul-Ənvar, c.43, səh.306, hədis 66)

- Allahın Peyğəmbəri(s):«Allahım, mən onları (İmam Həsən və imam Hüseyni əleyhimə səlam) sevirəm. Sən də həm onları, həm də onları sevənləri sev.» (Kənzul-Ummal, hədis 37640)

 

İmam Həsənin (ə) Xilafətə gəlməsi

Həzrət Əli (ə) xilafətə gəldikdən sonra keçmiş xəlifələrin siyasətinə zidd kurs tutdu. İlk növbədə yeni ərazilərin işğalı dayandırıldı, yerlərdə təyin olunan valilər yeniləri ilə əvəz olundu, qəbilə və milli mənsubiyyətə əsaslanan bütün ayrıseçkiliklər aradan qaldırıldı. Artıq istər ərəb, istər qeyri ərəb (əcəm), istər səhabə istər qeyri-səhabə, istər İslamı ilk qəbul edənlər istər sonra iman gətirənlər eyni statusda oldular. Bu isə keçmiş xəlifələrin dövründə imtiyaz sahiblərini narahat edirdi. Elə bu səbəbdən də Peyğəmbər xanımı Aişə, səhabələr Təlhə və Zübeyr Bəsrədə Həzrət Əliyə (ə) qarşı qoşun yığdılar. Nəticədə baş verən Cəməl döyüşü baş verdi və imtiyazlarının itirldiyindən narazı qüvvələri yerinə otuzdurmaq mümkün oldu. Ancaq Əməvilərin təhlükəsi hələ də yatmırdı. Nəhayət, Siffeyn adlı bir məntəqədə Həzrət Əli (ə) ilə Muaviyənin qoşunu 2 il müharibə etdilər və müharibə heç bir nəticə vermədi, yalnız “xəvaric” (xaricilər, dindən xaric olanlar) firqəsi yarandı. Bu firqə həm Əhli-beytə (ə), həm Əməvilərə müxalif mövqe tutdular. Xəvaricin qiyamını yatırtmaq üçün Həzrət Əli (ə) Nəhrəvanda onlarla müharibə etdi və bu təhlükəni aradan qaldırdı. Sağ qalmış xəvariclərdən biri Həzrət Əliyə (ə) namaz vaxtı məsciddə hücum edərək Həzrəti şəhadətə yetirdi. Peyğəmbərin (s) vəsiyyətinə əsasən Həzrət Əli (ə) özündən sonra xəlifə olaraq Allah təala tərəfindən İmam Həsəni (ə) təyin etdi.

 

İmam Həsənin (ə) Xilafəti

Həzrət Əli (ə) İmam Həsənə (ə) ağır durumda olan bir miras qoydu – daxildən və xaricdən parçalanmaq təhlükəsində olan bir dövlət. Beləki, maddi imtiyazlardan məhrum olmuş səhabə və qəbilə başçıları, hakimiyyətə keçmək istəyən Muaviyə, qatı dindar qiyafəsində olan ifratçı “xəvaric” (müasir dillə desək “radikallar” və ya “terrorçular”) daxildə təhlükə təşkil edirdilər. Xilafətin daxili problemlərindən istifadə edərək İslam dövlətinə hücum etmək istəyən Bizans İmperiyası isə xarici təhlükə idi. Həmin zamanlar Bizans artıq ordu təşkil eədib müsəlmanlara hücum etməyə hazırlaşırdı. Bunun müqabilində İmam Həsənə (ə) Yəmən, Hicaz, İraq və Şam da müharibələrdən yorulmuş və vuruşmaq istəməyən bir ordu miras qalmışdı. Paytaxt Kufənin əhli vahid mövqedə deyildi. Yuxarıda qeyd olunan müxtəlif ictimai təməyyüllərin nümayəndələri Kufədə yaşayırdılar. Onların bəziləri Əməvilərin tərəfdarı, bəziləri xəvaric, bəziləri laqeyd və az bir hissəsi Əhli-Beytə (ə) sadiq insanlar idi.

 

Meydanda Tənha Qalmış Sərkərdə

Xilafəti məhv edib padşahlıq sistemini qurmaq istəyən Muaviyə ölkənin taleyini təhlükə altına qoyaraq İmam Həsənə (ə) qarşı ordu çəkdi. İmam (ə) Kufə camaatını Şam ordusuna qarşı vuruşmağa dəvət edəndə onlar İmamın (ə) dəvətini çox gec qəbul etdilər. Müaviyənin ordusunun Kufəyə tərəf hərəkət etməsi xəbəri İmam Həsənə (ə) yetişdikdə, İmam camaatı məscidə yığdı. Xütbəyə başlayıb Müaviyənin ordusunun səfərbər olmasını camaata çatdırdıqdan sonra camaatı Allah yolunda cihada və batilin tərəfdarlarına qarşı vuruşmağa dəvət etdi. İmam (ə) bildirdi ki, səbirli olmaq, fədakarlıq etmək və çətinliklərə dözmək lazımdır. İmam (ə) camaatı döyüşə dəvət etdiyi xütbəni qurtardıqdan sonra hamı sükut etdi.

 

İmam Həsən Muctəbanın Buyurduğu Hədislər

-İmam Həsən Muctəba (ə): "Quran oxuyan kəsin gec, ya tez qəbul olunmuş bir duası vardır." (Biharul-Ənvar, səh.313, hədis 17)

- İmamdan (ə) səbr haqqında soruşdular. İmam (ə) buyurdu ki, səbr qəzəbi udmaq, özünü ələ almaqdır. (“Tuhəful-uqul”, səh. 227)

- Həzrətdən (ə) böyüklük haqqında soruşdular. Buyurdu ki, böyüklük yaxınlara ehsan, onların vurduğu zərər və xətasına dözməkdir. (“Tuhəful-uqul”, səh. 227)

- İmamdan (ə) alicənablıq haqqında soruşdular. Buyurdu ki, dinə əməl etmək, gözütoxluq, xoş rəftar, atılan addımlara diqqət, insanların hüquqlarına riayət etmək, xalqla dostluq alicənablıqdır. (“Tuhəful-uqul”, səh. 227)

- İmam Həsəndən (ə) kəramət haqqında soruşdular. Buyurdu ki, biri istəmədiyi zaman hədiyyə vermək, qıtlıq zamanı imkansızı doyurmaq kəramətdir. (“Tuhəful-uqul”, səh. 227)

- İmam (ə) buyurur: Ey Allahın bəndələri! Bilin ki, Allah sizi əbəs yerə yaratmayıb. Başına buraxılmamısınız, ömrünüz yazılıb, ruziniz bölünüb. Hər bir düşüncəli insan öz dəyərini bilsin və dərk etsin ki, yazılandan artığına əli çatmayacaq. (“Tuhəful-uqul”, səh. 234)

- İmam Müctəba (ə) buyurur: Həqiqətən Allah-Taala sizin ruzinizi Öz öhdəsinə götürüb. Sizə bəndəlik üçün asayiş verib, sizi şükr etməyə həvəsləndirib, namazı sizə vacib buyurub, sizə təqvanı tövsiyə edib. (“Tuhəful-uqul”, səh. 234)

- İmam Müctəba (ə) buyurur: Allaha doğru qayıdışda təqva hər işin bünövrəsi, hər işin şərəfidir. Məqsədə çatan təqva vasitəsi ilə çatıb. (“Tuhəful-uqul”, səh. 234)

- İmam Müctəba (ə) buyurur: İnkişaf etməmiş heç bir qövmlə məsləhətləşmə. (“Tuhəful-uqul”, səh. 236)

- İmam Həsən (ə) “Saffat” surəsinin 24-cü ayəsinin təfsiri ilə bağlı buyurur: Həqiqətən, qiyamət günü 4 şey barədə sorğuya çəkilməyən kimsə yerindən tərpənə bilməz:

1 Gəncliyini haraya sərf etdin? 2 Ömrünü hansı işlərə xərclədin? 3 Sərvəti haradan topladın, haraya xərclədin? 4 Peyğəmbər (s) və onun Əhli-Beyti (ə) ilə dost oldunmu? (Bihar, c. 44, səh. 12, 13)

- İmam (ə) buyurur ki, cəddim Peyğəmbərdən (s) belə eşitdim: Bəni-Üməyyədən yer üzündə təkcə çarəsiz qoca bir qadın qalana qədər bu tayfa insanları Allah dinindən azdıracaq.

- İmam Həsən (ə) buyurur: Dünya üçün elə çalış ki, sanki həmişə yaşayacaqsan, axirətin üçün elə çalış ki, sanki sabah dünyanı dəyişəcəksən. (Əl-Həyat, c. 4, səh. 62)

- Ravi nəql edir ki, İmam Həsən (ə) namaz qılanda ən gözəl libasını geyərdi. Səbəbini soruşdular. Həzrət buyurdu: Həqiqətən Allah gözəldir və gözəlliyi sevir. Beləsə, özümüzü Allah üçün bəzəyək. Allah məsciddə namaz zamanı gözəl geyinmək göstərişi verirsə bu göstərişi yerinə yetirmək istəyirəm. (Əl-Həyat, c. 5, səh. 66)

- İmam Həsən (ə) buyurur: İnsanların ən fərasətlisi təqvaya çatan, ən axmağı günaha batandır. (Əl-Həyat, c. 1, səh. 203)

- İmam (ə) buyurur: Elm ocağı, doğru yol işığı olun. Günün işığı fərqli olur. (Kafi, c. 1, səh. 301)

- İmam Həsən (ə) buyurur: Şiələrimiz arasından elə alimlər ortaya çıxar ki, zəif dostlarımızın duruşu, bizim vilayətimizin qəbulu onların hesabınadır. Onların başındakı tacdan nur saçar. (Muhəccətul-bəyza, c. 1, səh. 33)

- İmam Həsən (ə) dəstəmazını başa çatdıranda mübarək çöhrəsinin rəngi dəyişərdi. Bunun səbəbi soruşulduqda buyurdu: “Allah hüzuruna qədəm qoyan insanın rəngi dəyişsə yaxşıdır.” (Muhəccətul-bəyza, c. 1, səh. 33)

- Həzrət ondan moizə istəyən şəxsə buyurdu: Axirət səfərinə hazırlaş, ölüm qapını döyməmiş axirət azuqən hazır olsun. (Muntəhul-əmal, c. 1, səh. 436)

- İmam Həsən (ə) buyurur: Ey insanlar! Allah eşqinə öyüd verən, Allah buyuruğunu rəhbər seçən, möhkəm yola qədəm qoyan insanı Allah müvəffəq edər. (Tuhəful-uqul, səh. 227)

- İmam Həsən (ə) buyurur: Həqiqətlə batil arasında 4 barmaq məsafə var. Gözünlə gördüyün həqiqətdir. Eşitdiklərinin çoxu batil ola bilər. (Hər məsumdan 40 hədis, səh. 105)

- İmam Həsəndən (ə) zöhd haqqında soruşuldu. İmam (ə) buyurdu: Zöhd (zahidlik) təqva, eyni zamanda dünyaya rəğbətsizlikdir... İmamdan helm haqqında soruşdular. Buyurdu: Qəzəbi udub özünü ələ almaq helmdir... İmamdan soruşdular ki, ehtiyacı görmək (سداد) nədir? Buyurdu: Pisliyi yaxşılıqla aradan qaldırmaq. (Hər məsumdan 40 hədis, səh. 106)

- İmam Həsən (ə) övladlarından birinə buyurdu: Oğlum! Bir adamın haradan gəlib haraya getdiyini bilməsən ona yoldaş olma. Birini yaxşı tanıyıb rəftarını bəyənsən onunla qardaşlıq et. Bir şərtlə ki, xətasını bağışlayıb, çətinlikdə yoldaşlıq edə biləsən. (Tuhəful-uqul, səh. 236)

- İmam Həsən (ə) buyurur: Həqiqətən, ən iti göz xeyiri görən gözdür, ən eşidən qulaq nəsihəti eşidən qulaqdır, ən pak qəlb şübhədən pak qəlbdir. (Hər məsumdan 40 hədis, səh. 111)

- İmam Həsən (ə) buyurur: Müdrik insan o şəxsdir ki, nəsihət istəyənə xəyanət etməsin. (Tuhəful-uqul, 239)

- İmam Həsən (ə) buyurur: Mömin qardaşı ilə rastlaşan şəxs onun alnındakı nur yerindən öpsün. (Tuhəful-uqul, səh. 239)

- İmam Həsən (ə) buyurur: İnsanları 3 şey məhv edir: Özünü böyük göstərmək, tamah, paxıllıq. Özünü böyük göstərmək istəyi insanın dinini məhv edir. Bu xasiyyətə görə şeytan Allah dərgahından qovuldu. Tamah insanı behiştdən çıxardı. Paxıllıq səbəbindən Qabil Habili öldürdü. (Hər məsumdan 40 hədis, səh. 113)

- İmam Həsən (ə) buyurur: Sizə tövsiyə edirəm ki, təqvalı olun, Allahdan qorxun, düşünün. Çünki bütün xeyirlərin çeşməsi düşüncədir. (Hər məsumdan 40 hədis, səh. 114)

- İmam Həsən (ə) buyurur: Yeməkdən qabaq əli yumaq yoxsulluğu aradan qaldırar. Yeməkdən sonra əli yumaq insanı qəmdən uzaqlaşdırar. (Hər məsumdan 40 hədis, səh. 114)

- İmam Müctəba (ə) buyurur: İnsanlarla elə rəftar et ki, özünə qarşı belə rəftar gözləyirsən. (Hər məsumdan 40 hədis, səh. 114)

- İmam Həsən (ə) buyurur: Ağılı olmayanın ədəbi yoxdur. Təlaşı olmayanda alicənablıq olmaz. Həyası olmayan dindən məhrumdur. (Hər məsumdan 40 hədis, səh. 115)

- İmam Həsən (ə) buyurur: Bildiklərini xalqa öyrət, bilmədiklərini bilənlərdən öyrən. (Hər məsumdan 40 hədis, səh. 116)

- İmam Müctəba (ə) buyurur: Ən böyük ehtiyacsızlıq ağıl, ən böyük ehtiyac nadanlıq, ən böyük təhlükə xudpəsəndlik, ən böyük ləzzət gözəl əxlaqdır. (Hər məsumdan 40 hədis, səh. 116)

- İmam Həsən (ə) buyurur: Elminizi yazmaqla möhkəmləndirin. (Hər məsumdan 40 hədis, səh. 117)

- İmam Həsən (ə) buyurur: Salam vermədən danışana cavab verməyin. (Hər məsumdan 40 hədis, səh. 117)

- İmam Müctəba (ə) buyurur: Öyrəndiyinizi yadda saxlaya bilmirsinizsə onu yazın və evinizdə saxlayın. (Hər məsumdan 40 hədis, səh. 118)

- İmam Həsən (ə) buyurur: Biri ağız açmadığı halda ona kömək etmək, nə isə bağışlamaq insanın böyüklüyünü göstərir. (Hər məsumdan 40 hədis, səh. 117)

- İmam Həsən (ə) buyurur: Kim Allaha həqiqi bəndə olsa, Allah da hər şeyi ona tabe edər. (Hər məsumdan 40 hədis, səh. 118)

- İmam Həsən (ə) buyurur: Allahdan başqasının razılığını gözləməyən adama zəmanət verirəm ki, duası qəbul olacaq. (Hər məsumdan 40 hədis, səh. 118)

- İmamdan (ə) güc haqqında soruşdular. Buyurdu ki, sənə sığınanı müdafiə etmək, döyüşdə möhkəm dayanmaq, çətinliyə baş əyməmək gücdür. (Tuhəful-uqul, səh. 227)

- İmamdan (ə) yoxsulluq haqqında soruşdular. Buyurdu ki, hər şeyə tamah salmaq yoxsulluqdur. (Tuhəful-uqul, səh. 228)

- İmam Müctəbadan (ə) qənaət haqqında soruşdular. İmam buyurdu ki, Allahın verdiyi ruziyə razı olmaq qənaətdir. (Tuhəful-uqul, səh. 228)

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


source : abna24
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İmam Kazimdən (ə) ibrətli əhvalatlar
İNTİZARIN TƏSİRLƏRİ
Şəhid Edoardo ( məhdi ) Anielli kim olub?
Zilhiccənin doqquzuncu günü – Ərəfə günü
İMAM MƏHDİ (Ə) QURAN VƏ RƏVAYƏTLƏRDƏ
HƏSƏD
İMAMİYYƏ
Kamil arif Əllamə Qazi
QUR᾽ANDA ÜMUMİ NƏZARƏT QANUNLARI
MƏDƏNİYYƏT VƏ TƏRƏQQİ

 
user comment