Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Somalinin paytaxtı Moqadişoda növbəti terror əməliyyatı baş verib. Əl Şəbab terror qruplaşması bomba ilə yüklənmiş maşını Moqadişoda yerləşən “Nasa Habuld” hotelinə daxil edərək partladıblar. Daha sonra əli silahlı ünsürlər hotelə soxularaq atəş açmağa başlayıblar.
Somali polisinin bildirdiyinə görə, terrorçular hotelin daxilində xeyli sayda günahsız insanları girov tutublar. Hələlik hadisə zamanı həlak olanların sayı 15, yaralananların sayı isə, 27 nəfər olduğu deyilir.
Əl Şəbab terror qruplaşması məsuliyyəti öhdəsinə götürərək bəyanat yayıb. Bəyanatda deyilir: “Biz dövlət rəsmilərinin get-gəl etdikləri hotelə basqın etdik.”