Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Bakı Apellyasiya Məhkəməsində Zülfüqar Sədrəddin oğlu Mikayılovun barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb.
“Report”un məlumatına görə, hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, Z.Mikayılovun apellyasiya şikayəti təmin edilməyib. Birinci instasiya məhkəməsinin çıxardığı qərar qüvvədə saxlanılıb.
Xatırladaq ki, ötən həftə Nəsimi Rayon Məhkəməsində Z. Mikayılovun barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb. İstintaq orqanının verdiyi təqdimat təmin olunub və Z.Mikayılov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 4 ay artırılıb.
Qeyd edək ki, Daxili İşlər Nazirliyi (DİN) 2015-ci il noyabrın 26-da Bakı şəhəri Sabunçu rayonunun Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib. DİN bildirişinə görə, əməliyyata bir-başa İlham Əliyev başçılıq edib. Elə həmin gün, polis qüvvələri Bakı vaxtı ilə 14:30 radələrində Hacı Zülfüqar Mikayılzadənin Xırdalandakı mənzilinə qanunsuz olaraq soxularaq, Z. Mikayılzadəni evdən götürüb zorla naməlum istiqamətə aparıblar.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır
source : abna24