Azəri
Wednesday 17th of July 2024
0
نفر 0

Son Dəqiqə: Azərbaycanda hərbi hissələrdə namaz otaqları ləğv olunur

Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Azərbaycanda hərbi hissələrdə namaz otaqları ləğv olunur. Səbəb isə, rəsmi Ankaranın narahatlığına son qoymaq bəhanəsidir. Redaksiyaya daxil olan adsız reursun verdiyi məlumata görə, son günlər Müdafiə Nazirliyinin tabeçiliyindəki hərbi hissələrdə namaz otaqlarının ləğvinə start verilib. Mənbənin sözlərinə görə, buna səbəb Tü
Son Dəqiqə: Azərbaycanda hərbi hissələrdə namaz otaqları ləğv olunur

Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Azərbaycanda hərbi hissələrdə namaz otaqları ləğv olunur. Səbəb isə, rəsmi Ankaranın narahatlığına son qoymaq bəhanəsidir. 

Redaksiyaya daxil olan adsız reursun verdiyi məlumata görə, son günlər Müdafiə Nazirliyinin tabeçiliyindəki hərbi hissələrdə namaz otaqlarının ləğvinə start verilib. Mənbənin sözlərinə görə, buna səbəb Türkiyədə baş verən 15 iyul qiyam cəhdi və bunun ardınca fətullahçılara qarşı sadəcə Türkiyədə deyil, dünyanın bir sıra ölkələrində həyata keçirilən təqiblərdir. 

Mənbənin sözlərinə görə, Türkiyə mətbuatına Azərbaycan ordusu və DİN-də Gülənçilərin olması ilə bağlı informasiyalar yer alandan sonra, rəsmi Bakı Ankara ilə münasibətlərin gərginləşməsinə yol verməmək üçün hərbi hissələrdəki namaz otaqlarının ləğvinə qərar verib. Siyasi rəhbərlik hesab edir ki, indiki dönəmdə namaz otaqlarının qapadılmaması orduda Gülənçilərin mövcudluğu ilə bağlı ehtimalları qüvvətləndirir. Bu səbəbdən də hərbi hissələrdəki namaz otaqlarının ən azından bir neçə ay müddətinə qapadılmasına qərar verilib. 

QEYD: İddianı təsdiqləmək məqsədi ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətinə yolladığımız sorğuya cavab verilməyib. 

P.S: Fətuhllahçılarla mübarizədə namaz otaqlarını bağlamaq deyil sadəcə köklü sürətdə president aparatından tutmuş qanuinvericilik sisteminə, DİN-dən tutmuş Müdafiə Nazirliyinə kimi yüksək vəzifəli məmurları həbs etməkdir. Unutmaq lazım deyil ki, Azərbaycanda Müsəlman əhalisinin 90 % Şiələr təşkil edir və namazı təkcə azlıqda olan nurçu ünsürləri deyil çoxluq təşkil edən Şiələr də qılır. 

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır. 


source : abna24
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Pakistanda terror qurbanlarının sayı 23-ə çatdı
BMT Bəhreyndə qətlə yetirilən etirazçılar barədə araşdırma aparılmasını ...
Tunis əlaqələrinin İsrail rejimi ilə adiləşdirilməsini qadağan edən qanun ...
Seyyid Həsən Nəsrullah Bir Daha Çıxış Edəcək
Fəllucə əməliyyatı davam edir, İraq Ordusu terrorçuları belə darmadağın edir
33 günlük İsrail-Hizbullah müharibəsinin ildönümü günü Seyyid Həsən ...
İraq sakini kamikadzeni qucaqlayaraq onlarla insanı xilas edib - FOTOLAR
Sudan prezidentin Ayətullah Xamenei ilə görüşü
Avstriyada İranın islami sənət işləri sərgisi təşkil olunub
İranda gələn beş il ərzində 50 000 Quran məktəbi fəaliyyət göstərəcək

 
user comment