Azəri
Thursday 18th of July 2024
0
نفر 0

Elçin Qasımov karserə salınıb - Vəkili

Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, “Müsəlman Birliyi” Hərəkatı sədrinin müavini Elçin Qasımov Kürdəxanı təcridxanasında 5 sutkalıq karserə salınıb. Bu barədə “Turan” İnformasiya Agentliyinə onun vəkili Elçin Qəmbərov məlumat verib. “Onun səhhəti pisdir. Buna baxmayaraq, Qasımovun xəstəxanaya köçürülməsi barədə müraciətlərimizdən imtina edilib. Əvəzində isə “operativ olara
Elçin Qasımov karserə salınıb - Vəkili

Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, “Müsəlman Birliyi” Hərəkatı sədrinin müavini Elçin Qasımov Kürdəxanı təcridxanasında 5 sutkalıq karserə salınıb.
Bu barədə “Turan” İnformasiya Agentliyinə onun vəkili Elçin Qəmbərov məlumat verib.

“Onun səhhəti pisdir. Buna baxmayaraq, Qasımovun xəstəxanaya köçürülməsi barədə müraciətlərimizdən imtina edilib. Əvəzində isə “operativ olaraq” karserə salıblar. Hesab edirəm ki, bu inzibati cəzadan sonra onun vəziyyəti pisləşəcək”, – vəkil bildirib.

E.Qasımovun hansı səbəbdən karserə salınması barədə vəkilinə bilgi verilməyib.

Bu məsələyə Penitensiar Xidmetin də İctimaiyyətlə Əlaqələr şöbəsindən aydınlıq gətirmək, hələlik, mümkün olmayıb.

E.Qasımov noyabrın 5-də tutulub. O, İnzibati Xətalar Məcəlləsinin 310-cu (polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) maddəsini pozmaqda günahlandırılıb və 30 gün müddətinə inzibati həbs cəzası alıb.

Daha sonra Nəsimi Rayon Məhkəməsinin qərarı ilə E.Qasımov barəsində üç aylıq həbs qətimkan tədbiri seçilib.

E.Qasımov barəsində Cinayət Məcəlləsinin 221.2.2 (Xuliqanlıq, hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) və 315.1 (Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə) maddələri ilə cinayət işi başlanılıb.

Elçin Qasımov saxlandıqdan sonra, onlarla dindar Sabunçu Rayon Polis İdarəsinin qarşısına toplaşaraq onun azadlığa buraxılmasını tələb edib. Həmin vaxt da saxlananlar olub.

Bundan bir qədər sonra, noyabrın 26-da Daxili İşlər Nazirliyi Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirib. Həmin vaxt ikisi polis olmaqla altı nəfər həlak olub. Hərəkatın 15 üzvü, o cümlədən rəhbəri Taleh Bağırov həbs olunub.

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


source : abna24
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Pakistanda terror qurbanlarının sayı 23-ə çatdı
BMT Bəhreyndə qətlə yetirilən etirazçılar barədə araşdırma aparılmasını ...
Tunis əlaqələrinin İsrail rejimi ilə adiləşdirilməsini qadağan edən qanun ...
Seyyid Həsən Nəsrullah Bir Daha Çıxış Edəcək
Fəllucə əməliyyatı davam edir, İraq Ordusu terrorçuları belə darmadağın edir
33 günlük İsrail-Hizbullah müharibəsinin ildönümü günü Seyyid Həsən ...
İraq sakini kamikadzeni qucaqlayaraq onlarla insanı xilas edib - FOTOLAR
Sudan prezidentin Ayətullah Xamenei ilə görüşü
Avstriyada İranın islami sənət işləri sərgisi təşkil olunub
İranda gələn beş il ərzində 50 000 Quran məktəbi fəaliyyət göstərəcək

 
user comment