Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei Böyük Həcc Konqresi münasibəti ilə dünya müslmanlarına müraciətdə buyurublar.
Müraciətin tam mətnini saytımızın ziyarətçilərinə təqdim edirik:
بسم اللّه الرّحمن الرّحیم
وَ الحَمدُ لِلّهِ رَبِّ العالَمین وَ صَلَّی اللّهُ عَلی سَیّدِنا مُحَمَّدٍ وَ آلِهِ الطَّیِّبینَ وَ صَحبِهِ المُنتَجَبین وَ مَنتَبِعَهُم بِاِحسانٍ اِلی یَومِ الدّین
Müsəlman bacı və qardaşlar!
Həcc mövsümü müsəlmanlar üçün məxluqların gözündə fəxarət və əzəmət mövsümü, könüllərin xaliq qarşısında nuraniliyi, xuşu və ibtihal (1) mövsümüdür.
Həcc qüdsi, dünyəvi, İlahi və ictimai fərizədir. Digər tərəfdən “atalarınızı yada saldığınız kimi , hətta ondan daha qüvvətli şəkildə Allahı yad edin” (2) əmri və “ (vaxtı bəlli olan) sayılı günlərdə Allahı yad edin!” (3) və o biri tərəfdən isə “onu bütün insanlar üçün istər yerli olsun, istərsə səhradan gəlsin bərabər etdik” (4) xitabı onun sonsuz və fərqli cəhətlərini aydınlaşdırır.
Bu misilsiz fərizədə zaman və məkan təhlükəsizliyi aşkar nişanə və parlaq ulduz kimi insanların könlünə sakitlik bəxş edir və Həcc əməllərini yetirən şəxsləri daim bəşəriyyəti təhdid edən istilaçı zalımların hədə-qorxularından amanda saxlayaraq, müəyyən müddət ərzində təhlükəsizliyin ləzzətini onlara dadızdırır. İslamın müsəlmanlara hədiyyə etdiyi İbrahimi Həcc izzət, mənəviyyat, vəhdət və əzəmət rəmzidir. (İbrahimi Həcc) İslam ümmətinin əzəmətini və onların zavala uğramaz İlahi qüdrətə təvəkkül etməklərini bədxah düşmənlərə nümayiş etdirir və onun beynəlxalq quldurlar və hegemon dövlətlərin bəşər toplumlarını məruz qoyduğu fəsad, həqarət və istizafdan uzaq olduğunu əyani göstərir. İslama və tövhidə əsaslanan Həcc “kafirlərə qarşı çox acıqlı, bir-birlərinə isə mehribandırlar” (5) ayəsinin bariz nümunəsi, müşriklərdən çəkinib, möminlərlə isə ünsiyyət və vəhdət məkanıdır.
Həcc ziyarətini səyahət və turist səfəri səviyyəsinə endirənlər və İranın mömin və inqilabi xalqına bəslədikləri düşmənçilik və kinlərini “Həcci siyasiləşdirmək” ünvanı ilə gizlədənlərdir. Onlar alçaq və kiçik şeytanlardılar ki, böyük şeytan Amerikanın maraqlarının təhlükəyə düşməsindən qorxurlar. Səudiyyə hakimləri bu il Məscidülhəram və Allah yolu üzərində maneə yaradaraq Haccı İranın qeyrətli və mömin hacılarının üzünə bağlamışlar. Onlar üzüqara azğın hökmdarlardır ki, zülmkar qüdrət taxtında oturmağı dünya istikbarını müdafiə etməkdə, sionizm və Amerika ilə müttəfiqlikdə və onların istəklərini yerinə yetirməkdə asılı bilib və bu yolda hər cür xəyanətə razı olurlar.
Hazırda Minada baş vermiş dəhşətli faciədən bir il keçir. Orada bayram günü, ehram libasında minlərlə insan qızmar günəşin altında, susuz dodaqla məzlumcasına Şəhid oldular. Bir neçə gün ondan qabaq isə Məscidülhəramda ibadət, təvaf və namaz halında olan bir qrup mömin qanlarına qəltan edildi. Səudiyyə rəhbərliyi hər iki hadisəyə görə günahkardır. Bunu bütün hal şahidləri, müşahidəçilər və texniki təhlilçilər vurğulayırlar. Bəzi mütəxəssislərin nəzərində hadisələrin qəsdən törədildiyi də, istisna edilmir. Səudiyyə rejiminin Qurban bayramında İlahi zikr və İlahi ayələrin tərənnümü ilə məşğul olarkən hadisəyə məruz qalan yarıcan yaralıları xilas etməkdə səhlənkarlıqları da, qətidir. Daşürəkli və cinayətkar Səudiyyə hakimləri yarıcan yaralıları müalicə və yardım, hətta susuz dodaqlara su çatdırmaq yerinə onları həlak olanlarla birlikdə bağlı konteynerlərin içində həbs edib, Şəhid etdilər. Müxtəlif ölkələrdən minlərlə ailə əzizlərini itirdi və onların xalqları matəmə qərq oldu.
Mina faciəsi zamanı həlak olanlar arasında İran İslam Respublikasından 500-ə yaxın şəhid var idi. Şəhid ailələrinin ürəyi hələ də yaralı və kövrəkdir, xalq hələ də kədərli və qəzəblidir. Amma Səudiyyə hökmdarları üzrxahlıq və peşimanlıq və bu qorxunc hadisənin bilavasitə səbəbkarlarını məsuliyyətə cəlb etmək yerinə tam həyasızlıq və qəbahətlə hətta beynəlxalq İslami təftiş heyətin təşkilindən boyun qaçırdılar. Onlar müttəhim kürsüsündə oturmaq yerinə iddiaçı qismində çıxış edərək xəbislik və başıboşluq üzündən İslam Respublikası ilə dərin düşmənçiliklərini aşkar etdilər, küfr və imperializmə qarşı dalğalanan İslam bayrağını endirmək istədilər.
Sionistlərə və Amerikaya yaltaqlanan siyasətçilərindən tutmuş açıq-aşkar Kitab və Sünnəyə zidd fitvalar verən haramxor və təqvasız müftilərinədək, hakim rejimin yalanlarını qondaran və peşəkarlıq vicdanını ayaq altına atan satqın mediaları kimi təbliğat ruporları boş yerə çalışırlar ki, İslam Respublikasını iranlı zəvvarların builki Həccdən məhrum olmalarında müqəssir göstərsinlər. Bu fitnəkar hakimlər təkfirçi və şər qruplaşmaları yaradıb təchiz etməklə İslam Dünyasını vətəndaş müharibələrinə, günahsızların qətlinə və yaralanmasına məruz qoymuş, Yəmən, İraq, Suriya, Liviya və bəzi digər ölkələrdə qırğınlara bais olmuşlar. Həmin bu Allahdan xəbərsiz siyasətbazlar işğalçı sionist İsrail rejiminə dostluq əlini uzadaraq fələstinlilərin canyaxan müsibətinə və əzab-əziyyətlərinə göz yumub, zülm və xəyanətlərini Bəhreynin şəhər və kəndlərinə yaymışlar.
Böyük Mina faciəsini törədən, Məkkə və Mədinə hərəmlərinin xadimi adı altında dinc İlahi hərəmin hörmətini saxlamayan və Pərvərdigarın qonaqlarını bayram günü Minada, ondan qabaq isə Məscidülhəramda qurbanlıq edən dinsiz və vicdansız hökmdarlar hazırda Həccin siyasiləşməməsindən dəm vurur və başqalarını özlərinin törətdiyi və bais olduqları böyük günaha xatir ittiham edirlər. Onlar Qurani-Kərimin göstərdiyi şəxslər zümrəsindədirlər ki, buyurur: “ Üz çevirəndə isə yer üzündə fitnə-fəsad törətməyə çalışar, əkinləri və nəsilləri məhv edər. Halbuki, Allah fitnə-fəsadı dost tutmaz. Ona Allahdan qorx deyilən zaman qürur onu günaha sövq etdirir, beləsinə cəhənnəm kifayətdir. Ora isə necə yaman pis bir yataqdır” (6).
Bu il də bəzi məlumatlara əsasən, iranlı və bir sıra digər millətlərin Həccə getməklərinin qarşısını almaqla yanaşı digər ölkələrin zəvvarlarını Amerika və sionist rejimin casusluq orqanlarının köməyi ilə qeyri-adi nəzarətdə saxlayaraq əmn-amanlıq mənbəyi olan Allah Evini hamıya təhlükəli etmişlər.
Bütün Müsəlman dövlət və xalqlar daxil olmaqla İslam Dünyası səudiyyə hökmdarlarını tanımalı, onların nəzakətsiz, imansız, asılı və maddi mahiyyətlərini düzgün dərk etməli, İslam Dünyası səviyyəsində törətdikləri cinayətlərinə xatir onların yaxasından tutmalı və Duyufu Rəhman-Mərhəmətli Allahın qonaqları ilə zalımcasına rəftarlarına xatir Müqəddəs Hərəmlərin idarəçiliyinə və Həcc məsələsi haqda əsaslı fikirləşməlidirlər. Bu vəzifədə səhlənkarlıq İslam ümmətinin gələcəyini daha böyük problemlərlə üzləşdirə bilər.
Müsəlman qardaşlar və bacılar! Bu il iranlı müştaq və ixlaslı hacıların Həcc mərasimində yeri boşdur, lakin onlar öz qəlbləri ilə dünyanın hər yerindən gələn hacıların yanında olaraq onların vəziyyətindən nigarandırlar, dua edirlər ki, məlun tağutlar şəcərəsi onlara ziyan yetirməsin. Dualarınızda, ibadətlərdə və minacatlarınızda iranlı qardaşlarınızı və bacılarınızı yad edin, İslam camiələrinin problemlərdən xilas olması, İslam ümmətindən mütəkəbbirlər və sionistlərin, onların əlaltılarının şərinin dəf olması üçün dua edin.
Mən Mina və Məscidülhəram şəhidlərinin, 1987-ci ildə isə Məkkədə şəhid olanların (7) xatirəsini əzizləyirəm, Allah Taaladan onlara məğfirət, rəhmət və ülvi dərəcələr diləyirəm və Həzrəti Bəqiyyətullah Əzəmi (ruhi ləhul-fida) salamlayaraq İslam ümmətinin başıucalığı və müsəlmanların fitnə və şərindən xilas olmaları üçün o Həzrətin müstəcab duasını tələb edirəm.
و باللّه التّوفیق و علیه التّکلان
Seyid Əli Xamenei 30 zilqədə 1437; 2 sentyabr 2016
1- Xaliqə edilən xüsusi ahəngli raz-niyaz.
2- Bəqərə sürəsi, ayə 200.
3- Bəqərə sürəsi, ayə 203.
4-Həcc sürəsi, ayə 25.
5- Fəth sürəsi, ayə 29.
6- Bəqərə sürəsi, ayə 205 - 206.
7- 1981-ci ildən bəri İran zəvvarları Həcc mərasimində Məkkə şəhərində “Bəraətun ənil şirki vəl muşrikin” adı altında İsrail və ABŞ-a qarşı illik nümayiş keçirmişlər. Lakin 31 iyul 1987-ci ildə, bir kordon Səudiyyə polis və milli gözətçiləri, İsrail və ABŞ-ın göstərişilə müşriklərə qarşı planlaşdırılan nümayiş marşrutunun bir hissəsini möhürləmiş, Allah Evinin ziyarətçilərinə qarşı zorakılıq tətbiq edərək ölümcül izdihama səbəb olmuşlar. Səudiyyə polislərinin zəvvarlara avtomat silahlardan açdıqları atəşlər nəticəsində 400-dən çox iranlı zəvvar vəfat etmiş və minlərlə yaralanmışdır. Bu səudiyyə rejiminin iranlılara qarşı həyata keçirtdiyi ilk soyqırım idi.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır
source : abna24