Azəri
Thursday 18th of July 2024
0
نفر 0

Mayın 21-dən 22-nə keçən gecə İmam Zamanın (ə) mövludu və bu gecənin əməlləri

Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Şaban ayının 14-dən 15-nə keçən gecə bu ayın ən fəzilətli vaxtı “Nimeyi-Şəban” bayramadır. Şaban ayının 15-ci gecəsi və günü xüsusi ibadət vaxtıdır. Bu gecə Qədr gecəsindən sonra ən fəzilətli gecədir. Hədislərdə deyilir ki, Allah bu gecə edilən duaları qəbul edəcəyinə and içib. Bu gecə barəsində Peyğəmbər (səllə
Mayın 21-dən 22-nə keçən gecə İmam Zamanın (ə) mövludu və bu gecənin əməlləri

 Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Şaban ayının 14-dən 15-nə keçən gecə bu ayın ən fəzilətli vaxtı “Nimeyi-Şəban” bayramadır. Şaban ayının 15-ci gecəsi və günü xüsusi ibadət vaxtıdır. Bu gecə Qədr gecəsindən sonra ən fəzilətli gecədir. Hədislərdə deyilir ki, Allah bu gecə edilən duaları qəbul edəcəyinə and içib. Bu gecə barəsində Peyğəmbər (səlləllahu əleyhi və alih) Aişəyə belə buyurub: «… Bu gecə ruzilərin bölündüyü, əcəllərin yazıldığı və Həccə gedəcək insanların siyahısının müəyyənləşdiyi gecədir...»

İmam Baqirdən (əleyhi səlam) bu gecənin fəziləti haqqında soruşulduqda o Həzrət (əleyhi səlam) belə buyurub: "Bu gecə qədr gecələrindən sonra ən fəzilətli gecədir. Allah-Taala bu gecədə bəndələrinə fəzl (və bərəkət) əta edir və onların günahlarını öz kəraməti ilə bağışlayır. Belə isə Allaha yaxınlaşma üçün çalışın. Allah-Taala öz müqəddəs Zatına and içib ki, bu gecə heç bir əli nə qədər ki, günah tələb etməyib, öz dərgahından boş qaytarmayacaqdır".

Ona görə də gərək bu gecə insan qüsl edə, əhya saxlaya(gecəni səhərədək oyaq qala), İlahi övliyaları ziyarət edə və bir sözlə ibatəd ilə məşğul ola. İnşaAllah bu gecənin əəğməlləri haqqda aşağıda məlumat verəcəyik. Amma bu gecəyə digər özəllik verən də dövrümüzün İmamı həzrət Mehdinin (Allah Onun şərəfli zühurunu tezləşdirsin) mövlududur.


İmam Məhdi əleyhissəlamın həyatı barədə qısa mə’lumat

On ikinci Məsum İmam, dünyanın xilaskarı, həzrət Məhdi ibn Həsən Əskəri (əleyhissəlam) hicrətin 255-ci ili Şəban ayının 15-də, miladi tarixi ilə, 878-ci ildə İraqın Samirra şəhərində anadan olmuşdur.

Onun adı İslam Peyğəmbərinin adından, yəni, MƏHƏMMƏD, künyəsi də Peyğəmbərin künyəsindəndir, yəni, Əbülqasimdir. Bəzi məsləhətlərə xatir Məsum İmamlar onun əsl adının çəkilməsini qadağan etmişlər. Onun ləqəblərindən Hüccət, Qaim, Xələfisaleh, Sahib əz-zaman və Bəqiyyətullahı qeyd etmək olar. Ən məşhur ləqəbi isə Məhdidir. Atası on birinci İmam Həzrət Həsən Əskəri (əleyhissəlam), anası isə çox hörmətli Nərcis (Nərgiz) xanım olmuşdur. Anası, Reyhanə, Süsən və Səqil adları ilə də tanınmışdır. Nərcis xanımın fəzilət və mənəviyyatı o dərəcədə çox olmuşdur ki, özü İmamət ailəsinin fəzilətli qadınlarından biri olan İmam Əliyyən-Nəqi əleyhissəlamın bacısı Həkimə xanım onu (Nərcisi) öz nəslinin ən fəzilətli xanımı, özünü isə onun xadiməsi adlandırmışdır.

İmam Mehdi həzrətlərinin (Allah Onun Zühurunu tezləşdirsin) həyatını üç dövrə bölmək mümkündür:

1. Təvəllüdündən atasının şəhadətinə qədər olan beş illik dövr. Bu qısa müddət ərzində əshabından və dünyanın hər tərəfindən alimlər və fəqihlər imam Həsən Əsgəri (a.s.)-ın görüşünə gəldikdə bu balaca uşaqla da görüşərək ondan bəzi mövzular haqqında suallar soruşmuşdular. İmam Həsən Əsgəri (a.s.) öz oğlunu onlara təqdim edərək onun barəsində əshabına müxtəlif tövsiyələr edirdi.

2. İmamın altı yaşından başlayaraq 74 yaşına qədər davam edən qeybəti-suğrası (yəni kiçik qeybət): Bu dövrdə zalım və qəsbkar hökümətin adamları onu görməkdən məhrum idilər. Amma imamın əshabı və həqiqi şiələr onun yanına gedib istədikləri sualları ona verirdilər. Bu dövrdə imam (ə.f.) ilə xalq arasında vasitəci olan, eləcə də camaatın istək və məktublarını imama gətirib cavabını onlara aparan dörd nəfər idi ki, bunlar: 1. Osman ibni Səid; 2. Məhəmməd ibni Osman; 3. Hüseyn ibni Ruh; 4. Əli ibni Məhəmməd Seymuri. Adı çəkilən möminlər, Həzrətin etibarlı əshablarından sayılırdılar və hər biri, o birisindən sonra, öz öhdəliyini yerinə yetirirdi.

3. Üçüncü dövr 329-cu Hicri-qəməri ilindən başlayaraq bu günə qədər davam edən qeybəti-kübra (yəni böyük qeybət) dövrüdür. Bu dövrün nə qədər davam edəcəyini Allahdan başqa heç kim bilmir. Həzrət (Allah Onun Zühurunu tezləşdirsin) bu dövrdə xalq arasında gizli və kimsənin onu tanımayacağı bir şəkildə hərəkət və rəftar edir. Onu görən olsa da tanıya bilməz. Yalnız o, gedəndən sonra Həzrətdə gördükləri əlamətlərdən onun İmam (Allah Onun Zühurunu tezləşdirsin) olduğunu başa düşərlər.

Bu gecə üçün bir çox əməllər zikr olunmuşdur:

1. Qüsl

2. Əhya saxlamaq (sübh namazına kimi oyaq qalıb istiğfar, dua və s. İbadətlər ilə məşğul olmaq)

3. Ziyarət İmam Hüseyn (əleyhi səlam) (Ziyarətlər müxtəlıf ola bilər. Ən azından üstü açıq bir yerə çıxaraq (dam, eyvan), saga, sola və daha sonra asimana nəzər salaraq, o Həzrəti belə ziyarət etsin: "Əssəlamu Əleykə ya Əba Əbdillah, əssəlamu əleykə və rəhmətullahu və bərəkətuhu").

4. Şaban ayının Zöhr vaxtı oxunan salavatı.

5. Kumeyl duası

6. Bu zikrləri ardıcıl olaraq demək: "Subhanəllah", "Əlhəmdulillah", "Allahu Əkbər", "La İlahə İlləllah" (hərəsi 100 dəfə)

7. İki rəkət namaz (1-ci rəkətdə "Həmd"+ "Kafirun", 2-ci rükətdə "Həmd" + "İxlas"). Namazdan sonra deyilir: "Subhənallah" 33 dəfə, "Əlhəmdulillah" 33 dəfə, "Allahu Əkbər" 34 dəfə.

8. Səcdədə bu duanı oxumaq: "Səcədə ləkə səvadi və xəyali və amənə bikə fuadi hazihi yədayə vəma gənəytuhu əla nəfsi, ya əzimu turcali kuli əzim, ixfirliyəl əzim vəinnəhu la yəxfiruz-zəmbəl əzimə illər-rəbbul əzim". Səcdədən qalxaraq yenidən səcdəyə getmək və demək: "Əuzu binnuri vəchikəlləzi əzaət ləhus səmavatu vəl ərəzun vəl kəşəfət ləhuz zulumat və sələhə əleyhi əmrul əvvəlin vəl axirin min fucəti nəqimətik və min təhvili afiyətik və min zəvali nemətik. Allahummərzuqni qəlbən təqiyyən nəqiyya və minəşşirki vəla kafirən və la şəqiyyən". Sonra sağ üzünü, sonra sol üzünü möhürə qoyub deyirsən: "Əffərtu vəchi fitturab və nuqqəli ən əscudulək".

9. Cəfər-Təyyar namazını qılmaq

10. Yüz rəkətli namaz (hər rəkətdə "Həmd" + 10 "İxlas")

Şabanın 15-ci gecəsinin əməlləri "Məfatihul-Cinan" kitabından götürülüb. Əməllərin ardıcıllığına riayyət etmək vacib deyil. Allah ibadətlərinizi qəbul etsin! Bayramınız mübarək olsun!

Cəfəri Təyyar Namazının Qılınma Qaydası


Cəfəri Təyyar namazı ən fəzilətli müstəhəbbi namazlardandır. Bu namazı Cəfəri Təyyar niyyəti ilə qılınır və müşəxxəs zamanı yoxdir ,hər hansı bir zamanda qılınmasına təkid olunub.

4 rəkətdir. 2 ədəd 2 rəkətli


1-ci iki rəkət:

1-ci rəkətdə həmddən sonra (Zəlzələ)surəsi oxunur ,onun ardınca 15 dəfə təsbihati ərbəə (subhanəllahi vəlhəmdulillahı və la ilahə iləllahu vəllahu əkbər) oxunur. Sonra rükuya gedib rükunun zikrini dedikdən sonra həmin zikri (təsbihati ərbəə )ni 10 dəfə deyirsən sonra isə rükudan qalxıb qiyam halında dayanıb həmin zikri (təsbihati ərbəə )ni yenidən 10 dəfə dedikdən sonra səcdəyə gedirsən . Səcdədə səcdənin zikrini dedikdən sonra həmin zikri (təsbihati ərbəə )ni 10 dəfə deyirsən. Alnını səcdədən qaldırıb diz üstə oturarkən (yəni iki səcdə arasında) həmin zikri (təsbihati ərbəə )ni yenidən 10 dəfə dedikdən sonra ikinci səcdəyə gedib səcdənin zikrini dedikdən sonra həmin zikri (təsbihati ərbəə )ni 10 dəfə deyirsən .Sonra səcdədən qalxıb diz üstə oturduğun halda 10 dəfə həmin zikri (təsbihati ərbəə )ni dedikdən sonra ikinci rəkət üçün qiyam halına qalxırsan .

2- ci rəkətdə həmddən sonra (Vəl adiyat) surəsini oxuyursan .sonra isə birinci rəkətdə dediklərimiz kimi təkrar olaraq əməl edirsən , ikinci səcdədən qalxıb həmin zikri (təsbihati ərbəə )ni 10 dəfə dedikdən sonra təşəhhüd və salamı verib birinci iki rəkəti sona çatdırırsan. Sonra ayağa qalxıb növbəti ikinci iki rəkətli namazı aşağıda deyildiyi kimi qılmağa başlayırsan.


2- ci iki rəkət:

1- ci rəkətdə Həmddən sonra ( Nəsr )surəsini oxuyursan və sonra isə yuxarıda dediklərimiz kimi təkrar olaraq əməl edirsən.

2-ci rəkətdə isə Həmddən sonra (İxlas) surəsini oxuyursan və sonra isə yuxarıda ddiklərimiz kimi təkrar olaraq əməl edirsən. Yenədə sonra ikinci səcdədən qalxdıqdan sonra ikinci səcdədən qalxıb həmin zikri (təsbihati ərbəə )ni 10 dəfə dedikdən sonra təşəhhüd və salamı verib ikinci iki rəkəti sona çatdırırsan.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


source : abna24
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Ya İmamzaman!
Sahibzamanın (əc) buyurduqları
Bu hədis doğrudur ki, İmam Əli (əleyhissalam) doğulduqdan üç gün sonra İslam ...
Mayın 21-dən 22-nə keçən gecə İmam Zamanın (ə) mövludu və bu gecənin ...
Bu gün İmam Zamanın (ə) həzrətlərinin təvəllüd günüdür
Müqəddəs Cəmkəran Məscidində Nüdbə Duası
KÜTLƏNİN RƏYİNİ AZDIRMAQ
Hər yerdə olsanız, Allah sizin hamınızı bir yerə toplayacaqdır.”
İMAM MEHDİNİN (Ə) HӘYATINA QISA BİR BAXIŞ
NUR TƏVƏLLÜDÜ

 
user comment