Azəri
Friday 3rd of May 2024
0
نفر 0

Buddistlər Ruhinqa Müsəlmanlarına Quran və İslam Maarifini keçməyi qadağan etdilər!

Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Miyanmar buddist dövlət məmurları Məngedo şəhərindəki onlarla Ruhinqalı Müsəlman müəllimlərə kətbi iltizam yazdıraraq Quran və İslam Maariflərinə dair təbliğ və tədris etməyəcəklərini tələb ediblər. Dövlət məmurları təkidlə qeyd ediblər ki, iltizamı pozan müəllimlərə azı on il azadlıqdan
Buddistlər Ruhinqa Müsəlmanlarına Quran və İslam Maarifini keçməyi qadağan etdilər!

 Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Miyanmar buddist dövlət məmurları Məngedo şəhərindəki onlarla Ruhinqalı Müsəlman müəllimlərə kətbi iltizam yazdıraraq Quran və İslam Maariflərinə dair təbliğ və tədris etməyəcəklərini tələb ediblər.

Dövlət məmurları təkidlə qeyd ediblər ki, iltizamı pozan müəllimlərə azı on il azadlıqdan məhrum edilmə cəzası veriləcəkdir.

Məqsəd Arakan əyalətində qədim əyyamdan yaşayan lakin Myanmar dövləti tərəfindən onlara heç bir vətəndaşlıq hüququ verilməyən Ruhinqalı Müsəlmanların tədricən assimliyasiya edilərək buddist olmalarıdır.

Qeyd edək ki, 2012-ci ilin ilk aylarından bu günə kimi Myanma Müsəlmanlarına qarş olunan cinayət qurbanları haqqda əldə dəqiq statistika mövcud deyil. Lakin qeyri rəsmi məlumatlara görə, 1000-dən artıq Müsəlman dövlət orqanları və buddistlər tərəfindən soyqırıma məruz qalaraq kütləvi bastırılıb, 300,000-dən artıq insan isə öz yurd-yuvalarından didərgin salınaraq qaçqın həyatı sürməyə vadar olunub və 40 min Müsəlman fəalı rəsmi dövlət qrumları tərəfindən müxtəlif bəhanələr ilə, həbs edilərək zindanlara salınıb...

Xatırladaq ki, Myanmada təqribən 2 milyon 500 mindən artıq Müsəlman yaşayır. Onlar əsasən ölkənin qərbində məskunlaşıblar.

Myanmanın Milli Birlik Təşkilatının məlumatına görə, təkcə 2012-ci ilin may ayında Myanmanın qərbində gedən toqquşmalarda və evlərin yandırılması nəticəsində 100 mindən artıq Müsəlman evsiz-eşiksiz qalıb.

2012 ci ildə İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü Myanma hadisələrinə reaksiya olaraq, Myanma hökumətinin, beynəlxalq dairələrin və İslam Əməkdaşlıqları Təşkilatının dərhal ciddi tədbirlər görmələrini istəyib.

İslam Əməkdaşlığı Təşkilatının baş katibi Əkmələddin Ehsanoğlu 2013-cü ildə deyib: Ötən 30 ildə Ruhinqa Müsəlmanları Myanmada insan haqlarının kobud formada pozulması, irqi təmizləmə, soyqırımı, təcavüz və məcburi mühacirət kimi ciddi problemlərlə üz-üzədir.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.


source : abna24
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Sentyabırın 1-i Qurban Bayramıdır – Ərəfə günü və Qurban bayramının ...
IMAM HӘSӘN ӘLEYHISSALAMIN ŞƏHADƏTİ
Azərbaycan Respublikasının xaricdə dini təhsilə qarşı yeni addımı
Dünyanın 80 ölkəsi Quran xətmi layihəsinə qoşulub
Livanın Amal hərəkatı Musa Sədrin sağ olmasına ümid edir
DEVAMM dindarlara qarşı növbəti təqib dalğasından ciddi narahatlığını bildirir
Fəllucə əməliyyatı davam edir, İraq Ordusu terrorçuları belə darmadağın edir
Rusiyada İslami kitablar sərgisi
“İŞİD” komandirilə yatağa girməkdən boyun qaçıran qızcığaz zəhər içib ...
Eskişehirdə göydən palçıq yağıb

 
user comment