Azəri
Tuesday 23rd of July 2024
0
نفر 0

İslam maarifinə görə uşaqların sağlam bədən-ruha malik olması üçün analar üçün hansı qidaları yemək tövsiyə olunur?

Hamiləlik dövründə uşaqların güclü bədən və sağlam ruha malik olması üçün İslam təlimlərində analara tövsiyə olunan qidalar: 1-Xurma. Qadına uşağı dünyaya gətirəcəyi ayda xurma yedirin. Bu onun övladının saf və yumşaq xasiyyətli olmasına səbəb olar Subuta yetmiş bir həqiqətdir ki, an

Hamiləlik dövründə uşaqların güclü bədən və sağlam ruha malik olması üçün İslam təlimlərində analara tövsiyə olunan qidalar:
1-Xurma. Qadına uşağı dünyaya gətirəcəyi ayda xurma yedirin. Bu onun övladının saf və yumşaq xasiyyətli olmasına səbəb olar
Subuta yetmiş bir həqiqətdir ki, ana bətnindəki uşağın bədən sağlamlığının ananın sağlamlığı ilə cox uyğunluğu var. Ananın sağlamlığına təsir edən amillərdən biri yeməkdir. Elə bu baxımdan Peyğmbər(s) və Onun Əhli-beyti(ə) hamilə qadının yeməyinə, xususən uşağın ruhi və psixoloji sifətlərinə təsir edən yeməklərə əhəmiyyət verilməsini tövsiyyə etmişlər.

2-SÜD. Peyğəmbər(s) buyurub. Hamilə qadınlarınıza süd içirin. Çünki o, uşağın ağlını artırır. İmam Rza(ə) isə bu haqda buyurub, Hamilə qadınlarınıza süd içirdin, əgər onların bətnindəki oğlan olsa qəlbi zəkalı, alim və şücaətli olar. Qız olsa yaradılışı və əxlaqı gözəl, ərinin yanında istəkli olar.

3-SƏVİQ (buğda və arpadan hazırlanmiş həlim)
Bir şəxs İmam Sadiqdən(ə) soruşdu. Ey Peyğəmbər(s) övladı (bəzən) bir uşaq fərasətsiz və zəif olur (bunun səbəbi nədir). Həzrət buyurdu: Səni Səviqdən (buğda və arpadan hazırlanan həlim) saxlayan nədir? Ondan özün ye həyat yoldaşına da tapşır yesin. O həm bədəni qüvvətləndirir, həm də sümüyü möhkəmləndirir. Bundan sonra övladınız güclü və sağlam olar.

4- BAL: Peyğəmbərimiz(s) buyurub:Sizə iki şəfa verən şeyi tövsiyyə edirəm:Quran,bir də bal.Kim öz yaddaşını gücləndirmək istəyirsə bal yesin .
Hamilə qadınlar yaxşı olar ki,balı südə qarışdırıb içsınlər.Bunun həm onlara,həm də körpələrinə həddən çox faydası var.

5-İNNAB: İnnab yemək çox faydalıdır.Buna görə də ikinci ayda hər gün iki ədəd innaba Töhidsurəsini oxuyub acqarına yemək məsləhətdir.

6-ALMA: İmam Sadiqdən (ə) belə rəvayət olunub:Əgər camaat almada gizlənmiş xüsusiyyətlərdən xəbərdar olsaydı,xəstələrini ondan başqa şeylə müalicə etməzdi.
Alma ürək xəstəliyi üçün ən yaxşı dərmandır.

7-ƏNCİR: Hamilə qadınlara faydalı olan meyvələrdən biri də əncirdir.Qış aylarında hamiləlik keçirən xanımlar onun qurusundan istifadə edə bilərlər.İmam Rza(ə) buyurub:Əncir ağızdan gələn pis iyi aparır,sümüyü bərkidir və ağrıları aparır.

8-HEYVA: Peyğəmbərimiz (ə) buyurub:Hamilə qadınlarınıza heyva yedirdin.Çünki heyva dünyaya gələlcək övladınızın əxlaqını gözəlləşdirir.Sizə heyva yeməyi tövsiyyə edirəm,çünki heyva ağlı artırır.
İmam Sadiq(ə) buyurub:Hamilə qadın heyva yeməlidir ki,uşağı xoş ətirli və açıq rəngli olsun.

9-ARMUD: Armud bir çox vitaminlərlə zəngindir.Armud hamilə qadınlara çox faydalıdır.
Əli(ə) buyurur:Armud yeyin,armud qəlbi cilalayır.Armud qəlbə saflıq gətirir,daxildə olan ağrıları Allahın iznilə sakitləşdirir


source : sibtayn
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

111-ci xütbə
Niyə İslamı məhv etmək səyləri həmişə təsirsiz qalmışdır?
İmamzadə İbrahim bin İmam Baqir (ə) ziyarətgahının açılışı oldu
1969-cu il Azərbaycana total qorxu gətirirdi (1)
İmam Baqir (ə) bu ayəni oxuduqdan sonra buyurmuşdur:
Tezliklə kafirlərin qəlblərinə Allahın, (haqq olmasına dair) heç bir yetərli ...
Təqvası ilə seçilən mərhum Axund Kaşi...
Hz. Əbülfəzlil Əbbasın (ə) hərəmində “İmam Hüseyn (ə) Sərdabı” layihəsi
BƏDƏNIN MÜDAFIƏ SISTEMI
Əhli-sünnə alimin Fatimeyi-Zəhra (s.ə) haqda nəql etdiyi kəramət

 
user comment