Azəri
Saturday 20th of July 2024
0
نفر 0

Allah bir şeyi iradə etməzsə, Əhli-Beyt (ə) də iradə etməz

İmam Zaman ağa (ə.f) buyurur: “Bizim qəlblərimiz Allahın istəyi üçün qablardır. Əgər Allah bir şeyi iradə etsə və istəsə, biz də iradə edər və istəyərik. Allah Təala buyurur: “Aləmlərin Rəbbi olan Allah (yaradılış iradəsi ilə) istəməyincə siz (bu yolu seçməyi) istəyə bilməzsiniz””. (“Təkvir” 29). Hədisin şərhi. İmam Kazım (ə) buyurur: “Həqiqət

İmam Zaman ağa (ə.f) buyurur: “Bizim qəlblərimiz Allahın istəyi üçün qablardır. Əgər Allah bir şeyi iradə etsə və istəsə, biz də iradə edər və istəyərik. Allah Təala buyurur: “Aləmlərin Rəbbi olan Allah (yaradılış iradəsi ilə) istəməyincə siz (bu yolu seçməyi) istəyə bilməzsiniz””. (“Təkvir” 29).

Hədisin şərhi.

İmam Kazım (ə) buyurur: “Həqiqətən Allah İmamların (ə) qəlbini Öz iradəsi yolunda qərar vermişdir. Ona görə də nə zaman Allah Təala bir şey istəsə, onlar da o şeyi istəyərlər. Bu Allahın kəlamıdır ki, buyurur: “Aləmlərin Rəbbi olan Allah (yaradılış iradəsi ilə) istəməyincə, siz (bu yolu seçməyi) istəyə bilməzsiniz””.

İmam Zaman ağanın (ə.f) nurani kəlamından belə nəticə çıxartmaq olur ki, hər nəyi ki, İmamlar (ə) söyləyir və iradə edirlər, özlərindən deyildir. Bu, Allahın istəyi və iradəsidir ki, onlar vasitəsilə insanlara çatdırılır.

İmam (ə.f) bəzi incə nöqtələrə işarə etmişdir:

1. Qəlblər ya Allahın istək qablarıdır, ya da şeytanın.

2. İmamlar (ə) – məsumdurlar. Ona görə də Əhli-Beytin (ə) iradəsi – Allahın iradəsidir.

3. İmamların (ə) iradəsi Allahın iradəsindən irəli getməz, həmçinin təxirə düşməz.

4. Allah bir şeyi iradə etməzsə, Əhli-Beyt (ə) də iradə etməz. (İslami saytlara istinadən)


source : sibtayn
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İmam Kazimdən (ə) ibrətli əhvalatlar
İNTİZARIN TƏSİRLƏRİ
Şəhid Edoardo ( məhdi ) Anielli kim olub?
Zilhiccənin doqquzuncu günü – Ərəfə günü
İMAM MƏHDİ (Ə) QURAN VƏ RƏVAYƏTLƏRDƏ
HƏSƏD
İMAMİYYƏ
Kamil arif Əllamə Qazi
QUR᾽ANDA ÜMUMİ NƏZARƏT QANUNLARI
MƏDƏNİYYƏT VƏ TƏRƏQQİ

 
user comment