Azəri
Friday 19th of July 2024
0
نفر 0

Pakistanda göyərtəsində 47 nəfər olan təyyarə dağa çırpılıb

Əhlibeyt (ə) Xəbər Agentliyinin verdiyi məlumata görə-Təyyarə Xeybər-Paxtunxva əyalətinin Çitral şəhərindən ölkə paytaxtı İslamabada doğru hərəkətdə olub. Məlumata görə, göyərtəsində 5 ekipaj üzvü, 42 sərnişin olan təyyarə havaya qalxdıqdan bir müddət sonra radarlardan itib və ölk
Pakistanda göyərtəsində 47 nəfər olan təyyarə dağa çırpılıb

Əhlibeyt (ə) Xəbər Agentliyinin verdiyi məlumata görə-Təyyarə Xeybər-Paxtunxva əyalətinin Çitral şəhərindən ölkə paytaxtı İslamabada doğru hərəkətdə olub.

Məlumata görə, göyərtəsində 5 ekipaj üzvü, 42 sərnişin olan təyyarə havaya qalxdıqdan bir müddət sonra radarlardan itib və ölkənin şimalındakı Abbotabad yaxınlarında dağa çırpılıb. 

Xəbərdə bildirilib ki, sərnişinlər arasında pakistanlı keçmiş pop müğənnisi Cüneyd Cəmşid və ailəsi də var. 

Hökumət rəsmisi Taj Muhammad Xan açıqlamasında sərnişinlərin tanınmaz dərəcədə yandığını və qəzadan sağ çıxanın möcüzə olacağını vurğulayıb. 

Hadisənin başvermə səbəbi ilə bağlı rəsmi məlumat yayılmasa da, təyyarənin motorundakı nazaslıq səbəbindən qəzaya uğradığı ehtimal edilir.

Diqqət! Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır!

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Əsl balı necə seçməli?
Ayətullah Safi: “Keçmişin tərəqqisidən geri qalmamalıyıq”
Nazİr Elmarın qətlİlə bağlı ABŞ səfİrİnə nə deyİb?
İsrailin etirafı: Fələstinlilərin anti-İsrail hərəkətləri misilsizdir
Ayətullah Sistaninin nümayəndəsi İraqın siyasi böhranı barədə xəbərdarlıq ...
Gert Vilders ABŞ-da antiislam nümayişə qatılacaq
"Diqqət! "MÖVLUD OLİMPİADASI"na qeydiyyatın bitməsinə 1 gün qaldı!
Moskvada elektirik qalmaqalı
Pakistanda terror qurbanlarının sayı 23-ə çatdı
BMT Bəhreyndə qətlə yetirilən etirazçılar barədə araşdırma aparılmasını ...

 
user comment