Azəri
Friday 19th of July 2024
0
نفر 0

Paşayevlərin şirkəti 4 ildə 18 dəfə böyüyüb

Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, cəmi 10 gün öncə media "Paşa Development" MMC-nin öz kapitalını 1 milyon 700 min manat artırdığını yazmışdı. İndi bu məbləğin daha 2 milyon manat çoxaldığı məlum olub. 300 milyonun 26 min 95 manatı çatmır Vergilər nazirliyinin məlumat bazasında göstərilir ki, hazırda şirkətin nizamnamə kapitalı 299 milyon 973 min 905 manatdır.
Paşayevlərin şirkəti 4 ildə 18 dəfə böyüyüb

 Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, cəmi 10 gün öncə media "Paşa Development" MMC-nin öz kapitalını 1 milyon 700 min manat artırdığını yazmışdı. İndi bu məbləğin daha 2 milyon manat çoxaldığı məlum olub.

300 milyonun 26 min 95 manatı çatmır

 

Vergilər nazirliyinin məlumat bazasında göstərilir ki, hazırda şirkətin nizamnamə kapitalı 299 milyon 973 min 905 manatdır.

2012-ci ildə yaradılarkən, təsisçi "Paşa Holdinq" MMC ona, ilkin kapital olaraq, 16 milyon manat vermişdi. Dörd il yarıma şirkətin kapitalı 18 dəfə artıb.

Şirkətdə belə sürətli boy artımının nədən qaynaqlandığını şərh etmək istəməyiblər. "Paşa Development" MMC-nin Azərbaycan və Gürcüstanda daşınmaz əmlaka yatırım etdiyi bildirilir.

"Dinamo" oteli iki ildir açılışını gözləyir

 

Kapital artımı holdinqin başqa bir törəmə müəssisəsində - "Yeni Dinamo Oteli" MMC-də baş verib. Bakıda - Daxili İşlər Nazirliyinin "Dinamo" idman mərkəzinin yerində tikilən otelin istifadəyə verilməsi ildən ilə ləngiyir.

Ötən il qonaqlarını qarşılayacağı bildirilən otelin açılışı əvvəlcə 2016-cı ilə, indi isə növbəti ilə keçirilib. 28 nömrədən, restoran və sağlamlıq obyektlərindən ibarət bu otel "Absheron Hotel Group" MMC-yə daxildir. Tikintiyə sərf olunan sərmayənin bir hissəsi – 1 milyon 255 min manatı onun kapitalına yönəldilib.

Hədəf Azərbaycandan başqa Gürcüstan və Türkiyədir

 

Bu ilin əvvəlində "Paşa Holdinq" MMC-nin icraçı direktoru Mir Camal Paşayev mediaya açıqlamasında bildirmişdi ki, qarşıdakı 2 ildə qrup Azərbaycanla yanaşı, Gürcüstan və Türkiyəyə də sərmayə ekspansiyasını davam etdirəcək.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Əsl balı necə seçməli?
Ayətullah Safi: “Keçmişin tərəqqisidən geri qalmamalıyıq”
Nazİr Elmarın qətlİlə bağlı ABŞ səfİrİnə nə deyİb?
İsrailin etirafı: Fələstinlilərin anti-İsrail hərəkətləri misilsizdir
Ayətullah Sistaninin nümayəndəsi İraqın siyasi böhranı barədə xəbərdarlıq ...
Gert Vilders ABŞ-da antiislam nümayişə qatılacaq
"Diqqət! "MÖVLUD OLİMPİADASI"na qeydiyyatın bitməsinə 1 gün qaldı!
Moskvada elektirik qalmaqalı
Pakistanda terror qurbanlarının sayı 23-ə çatdı
BMT Bəhreyndə qətlə yetirilən etirazçılar barədə araşdırma aparılmasını ...

 
user comment