Azəri
Saturday 20th of July 2024
0
نفر 0

Gürcüstanda Peyğəmbərin (s) doğum günü qeyd oludu

Gürcüstanda Peyğəmbərin (s) doğum günü qeyd oludu

Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Tbilisidə Bütün Gürcüstan Müsəlmanları İdarəsinin (BGMİ) illik hesabatı və mövlud bayramı ilə bağlı tədbir keçirilib.

Bu barədə SalamNews-a məlumat verən BGMİ-nin şeyxi Hacı Ramin İgidov deyib ki, tədbirdə din xadimləri, dövlət rəsmiləri, səfirlik nümayəndələri, elm və ictimaiyyət xadimləri iştirak edib.

İki hissədən ibarət olan tədbirin birinci hissəsində Qərbi Gürcüstanın müftisi Hacı Beqlar Kamaşidze, Gürcüstan müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze, Türkiyə Dəyanət İdarəsinin Gürcüstandakı nümayəndəsi Nəbi Gümüş və digər qonaqlar çıxış edərək öncə Həzrət Məhəmməd peyğəmbərin (s) mübarək mövludu münasibəti ilə iştirakçıları təbrik ediblər.

Sonra isə Gürcüstanda İslam dininin inkişafı, problemlər və ehtiyaclar haqqında fikirlərini bölüşüblər. Din rəhbərləri ölkənin həm şərq və həm də qərbində İdarənin gördüyü işləri projektorla sərgiləyərək nümayiş ediblər. Sonda isə müfti müavini Adəm Şantadze İdarənin gələcək proqramlarını və strategiyasını müsəlmanların nəzərinə çatdırıb.

Tədbirin ikinci hissəsində isə qonaqlar mövlud süfrəsi ətrafında bir araya gələrək təəssüratlarını bölüşüblər. İştirakçılara İdarənin illik hesabat jurnalı və dini kitablar hədiyyə olunub.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Əsl balı necə seçməli?
Ayətullah Safi: “Keçmişin tərəqqisidən geri qalmamalıyıq”
Nazİr Elmarın qətlİlə bağlı ABŞ səfİrİnə nə deyİb?
İsrailin etirafı: Fələstinlilərin anti-İsrail hərəkətləri misilsizdir
Ayətullah Sistaninin nümayəndəsi İraqın siyasi böhranı barədə xəbərdarlıq ...
Gert Vilders ABŞ-da antiislam nümayişə qatılacaq
"Diqqət! "MÖVLUD OLİMPİADASI"na qeydiyyatın bitməsinə 1 gün qaldı!
Moskvada elektirik qalmaqalı
Pakistanda terror qurbanlarının sayı 23-ə çatdı
BMT Bəhreyndə qətlə yetirilən etirazçılar barədə araşdırma aparılmasını ...

 
user comment