Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, dünıən gecə saat 02:00 radələrində İstanbulda gecə klubunda silahlı hücum həyata keçirilib. Silahlı şəxs Reina adlı müəssisəyə gələrək insanlara atəş açıb. Klubda hücum zamanı 700-800 nəfər olub. Nəticədə 39 nəfər ölüb, 69 nəfər yaralanıb. Öldürülənlərin çoxu əcnəbi vətəndaşlarıdır.
Görüntülərdə silahlı şəsxin müəssisəyə yaxınlaşaraq insanlara atəş açdığı qeyd edilib. Bundan sonra bir nəfər yola yıxılır, insanlar xilas olmaq üçün klubun daxilinə qaçırlar, terrorçu da oraya yönəlir.
Digər bir görüntü isə binanın daxilində qeydə alınıb. Silahlı şəxs burada ətrafa göz gəzdirir və sonra müəssisənin otaqlarından birində gizlənir.
Qeyd edək ki, ötən həftə ABŞ rəhbərliyi Türkiyədəki vətəndaşlarına yeni illə bağlı xəbərdarlıq etmişdi. ABŞ tərəfindən edilən xəbərdarlıqda "izdihamların arasına girməkdən, xüsusilə də qərblilərin, turistlərin və əcnəbilərin tez-tez getdiyi bilinən restoran, biznes mərkəzləri, ibadətgah, nəqliyyat mərkəzləri və digər yerlərdən mümkün qədər çəkinin" ifadəsi qeyd edilmişdi.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır