Azəri
Friday 19th of July 2024
0
نفر 0

İmam Həsən Əskərinin (ə) Şiələrə vəsiyyəti: Sünnilərin toplumunda namaz qılın, cənazələrinin dəfnində hazır olun...

İmam Həsən Əskərinin (ə) Şiələrə vəsiyyəti: Sünnilərin toplumunda namaz qılın, cənazələrinin dəfnində hazır olun...

Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Allah təala, onun Rəsulu və yer üzərində Xəlifə Canişin təyin etdiyi İmamların dəvətləri bütövlükdə Tövhid və Vəhdətədir.

Vəhdət və bu prinsibin qorunub saxlanması İslamda əsas amillərdən sayılır. Belə ki, vilayət səmasının 11-ci parlaq ulduzu həzrət İmam Həsən Əskəri (əleyhi səlam) bu barədə gözəl açıqlamaları və cəmiyyətin mömin təbəqəsinə dəyərli tapşırıqları vardır.

 

İmam Həsən Əskəri (əleyhi səlam) Şiələrə vəsiyyətində buyurur:

"Sizlərə tövsiyə edirəm ki, təqvalı olun və vərə`niz olsun. Allaha üsyan edib günaha düşməkdən qorxun.

Allah üçün çalışın. Doğru danışan və sədaqətli olun.

Sizə etimad edib verilən əmanətlərə xəyanət etməyin, fərq etməz ki əmanət sahibi saleh insan olsun yoxsa facir və fasiq olsun.

Çox rüku və səcdə edin, rükü və səcdədə çox qalın.

Qonşularınızla (din, məzhəb və millətindən asılı olmayaraq) yaxşı davranın.

Bu həzrət Məhəmmədin (səlləllahu əleyhi və alih) gətirdiyi dindir.

Onların (sizinlə yaşayan əhli-sünnə) toplumunda namaz qılın, cənazələrinin dəfnində hazır olun, xəstələrini ziyarət edin, onların hüquqlarını riayət edin, haqlarını əda edin.

Sizdən biriniz bu deyilənlərə əməl edib, doğru danışarsa, əmanətə xəyanət etməzsə və camaatla gözəl rəftar edərsə, deyəcəklər bu kişi Şiədir! Bu söz Məni (və ümümmilikdə bütün Əhl-Beyti) sevindirəcək.

Allah Təalaya qarşı çıxıb günah etməkdən qorxun. Bizə zinət və yaraşıq olun (yəni: Bizi öz əməlləriniz və gözəl əxlaqınızla insanlara sevdirin). Bizə utanc gətirməyin (yəni: Qeyri-Şiələri öz pis əməllərinizlə Bizə düşmən etməyin).

Bizim üçün insanların dostluğunu qazanın. Yaxşılıqları bizə tərəf çəkin, pislikləri bizdən uzaqlaşdırın.

Bizim haqqımızda deyilən bütün gözəlliklər bizdə var. Haqqımızda deyilən bütün pisliklərdən uzağıq.

Bizim üçün Allah kitabında haqq vardır və Allah Rəsulunun (səlləllahu əleyhi və alih) yaxınlarıyıq. Bizim paklığımız Allah tərəfindəndir. Bunu bizdən başqa hər kəs iddia etsə yalançıdır.

Allahı çox zikr edin, ölümü daim yada salın. Quran çox oxuyun. Peyğəmbərə (səlləllahu əleyhi və alih) çox salavat deyin. Həqiqətən də Peyğəmbərə (səlləllahu əleyhi və alih) salavat deməkdə on gözəllik var.

Sizə etdiyim vəsiyyəti qoruyun. Sizi Allah əmanət edir və sizə salam deyirəm".

(Tuhəful Uqul, İmam Əbi Muhəmməd Həsən ibn Əlinin (əleyhi səlam) nəql etdiyi Bab, səh. 488)

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Əsl balı necə seçməli?
Ayətullah Safi: “Keçmişin tərəqqisidən geri qalmamalıyıq”
Nazİr Elmarın qətlİlə bağlı ABŞ səfİrİnə nə deyİb?
İsrailin etirafı: Fələstinlilərin anti-İsrail hərəkətləri misilsizdir
Ayətullah Sistaninin nümayəndəsi İraqın siyasi böhranı barədə xəbərdarlıq ...
Gert Vilders ABŞ-da antiislam nümayişə qatılacaq
"Diqqət! "MÖVLUD OLİMPİADASI"na qeydiyyatın bitməsinə 1 gün qaldı!
Moskvada elektirik qalmaqalı
Pakistanda terror qurbanlarının sayı 23-ə çatdı
BMT Bəhreyndə qətlə yetirilən etirazçılar barədə araşdırma aparılmasını ...

 
user comment