Azəri
Friday 19th of July 2024
0
نفر 0

Əziz İslam Peyğəmbəri (s) və İmam Sadiqin (ə) mövlududur - Mövlud günlərinin əməlləri

Əziz İslam Peyğəmbəri (s) və İmam Sadiqin (ə) mövlududur - Mövlud günlərinin əməlləri

Hicri qəməri təqvimi ilə rəbiul-əvvəl ayının 17-si Əziz İslam Peyğəmbərinin (s) və altıncı İmam Cəfər Sadiqin (ə) mövlud günüdür.

Artıq bir həftədir ki, bütün İslam dünyası Əziz İslam Peyğəmbərinin (s) mövludu münasibəti ilə “Vəhdət həftəsi” adı altında bayram tədbirləri keçirir.

İslamın Əziz Peyğəmbəri Hz. Muhəmməd ibni Abdullah (s) cümə günü rəbiul-əvvəl ayının 17-də Fil ilində müqəddəs Məkkə şəhərində dünyaya göz açıb. Onun adı Muhəmməd (s), künyəsi Əbül-Qasim, atasının adı Abdullah və anası isə Vəhəbin qızı Aminə idi.

Altıncı İmam Cəfər Sadiq (ə) hicrətin 83-cü ili rəbiul-əvvəl ayının 17-də müqəddəs Mədinə şəhərində dünyaya gəlib. İslamın altıncı imamının adı Cəfər (ə), künyəsi Əbu-Abdullah, ləqəbi isə Sadiqdir. İmam Sadiqin (ə) atası beşinci İmam Muhəmməd Baqir (ə), anası isə Ummu Fərvədir.

"Mövlud Günü"nün əməlləri:

Əhli-beytin (ə) nəzərinə görə Peyğəmbərimiz (s) bu günü dünyaya gəlmişdir. Çox mübarək gecədir. Bu gecənin bir neçə əməlləri vardır:
1. 17-ci günün niyyəti ilə qüsl almaq.
2. Oruc tutmaq. Allah bu oruc üçün bir ilin oruc savabını müəyyən etmişdir.
3. Sədəqə vermək, ehsan etmək və mömini sevindirmək.
4. Həzrətin (s) ziyarətini oxumaq. Həzrətdən (s) belə bir hədis vardır: “Hər kim öləndən sonra mənim qəbrimi ziyarət edər, o kəs kimi olar ki, həyatda olan zaman mənə tərəf hicrət etmişdir. Əgər məni yaxından ziyarət edə bilmirsə, uzaq yoldan mənə salam göndərsin”.
5. Bu günü İmam Əlini (ə) ziyarət etmək də müstəhəbdir. Necə ki, İmam Sadiq (ə) həmin günü İmam Əlini (ə) ziyarət etmişdi.
6. Bu günü əziz tutmaq lazımdır. Yaxşı olar ki, müsəlmanlar o günü bayram təşkil etsinlər. Həzrət Peyğəmbərin (s) əxlaqı, həyatı və sünnəti ilə daha yaxından tanış olsunlar.
7. Bu gün həm də əziz 6-cı İmamımız Həzrət Sadiqin (ə) mövlud günüdür.

Deyerler.Org- da İmam Zaman (ə.f) başda olmaqla bütün müsəlmanları bu gözəl bayram münasibəti ilə təbrik edir.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Əsl balı necə seçməli?
Ayətullah Safi: “Keçmişin tərəqqisidən geri qalmamalıyıq”
Nazİr Elmarın qətlİlə bağlı ABŞ səfİrİnə nə deyİb?
İsrailin etirafı: Fələstinlilərin anti-İsrail hərəkətləri misilsizdir
Ayətullah Sistaninin nümayəndəsi İraqın siyasi böhranı barədə xəbərdarlıq ...
Gert Vilders ABŞ-da antiislam nümayişə qatılacaq
"Diqqət! "MÖVLUD OLİMPİADASI"na qeydiyyatın bitməsinə 1 gün qaldı!
Moskvada elektirik qalmaqalı
Pakistanda terror qurbanlarının sayı 23-ə çatdı
BMT Bəhreyndə qətlə yetirilən etirazçılar barədə araşdırma aparılmasını ...

 
user comment