Azəri
Thursday 9th of January 2025
0
نفر 0

Bu qadınlarla ailə qurmayın?!

Axmaq qadınla ailə qurmayın. Onunla oturub-durmaq ömrü zay etmək deməkdir.
Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Axmaq qadınla ailə qurmayın. Onunla oturub-durmaq ömrü zay etmək deməkdir. Ondan doğulan övlad isə zülmkar və təcavüzkardır”.

O həzrət (s) yenə buyurur: “Zibillikdə bitən çiçəkdən çəkinin”. Zibillikdə bitən çiçək hansıdır? -deyə soruşulan suala Peyğəmbər (s) “səviyyəsiz ailədə böyüyən gözəl qızdır”-deyə buyurdu.

Rəsulullah (s) dua edərkən Haqq Taalaya ərz edərdi: “İlahi! Mənim əmrlərimə tabe olmaq əvəzinə mənə əmr edən övladdan xeyir vermədən məhv olan maldan, axmaqlığı ucbatından məni vaxtından tez qocaldan qadından və hiyləgər dostdan Sənə sığınıram”.

Peyğəmbəri-əkrəm (s) buyurur: “Sizin qadınlarınızın ən xeyirsizi doğmayan, təmizliyə riayət etməyən, inadkar, sözə baxmayan, qohumlarının gözündə səviyyəsiz, öz gözündə hörmətli, ərinə itaətsizlik göstərən, digərlərinə isə təslim olan qadınlardır”.
“Qadında uğursuzluq mehriyyəsinin çoxluğu və doğmamazlığıdır”.

“Ən xeyirsiz şey pis qadındır”.
Əli (ə) buyurmuşdur: “Ən pis həyat yoldaşı (ərinin əmrlərinə) uyuşmayan qadındır”.

Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Qadınlarınızın ən pisini tanıtdırımmı? Qohumları və ailəsində sayılmaz, ərinə qarşı qürrələnən, doğmayan, kin bəsləyən, pis işlərdən çəkinməyən, əri olmadıqda özünü bəzəyən, ərinin yanında bəzəksiz gəzən, ərinin tələbinə cavab verməyən, onun üzrünü qəbul etməyən və qüsurundan keçməyən qadınlardır”.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Həya İslamın Libasıdır
QURANİ-KƏRİMDƏ ŞƏRAB HAQQINDA
İmam Hüseyn (ə) qiyamının hədəfi
ÜMRƏNIN NÖVLƏRI
Varlıq ilə birgəlik münasibəti
İmam Hüseynin (ə) Müaviyənin (lən) məktubuna yazdığı tarixi cavab
ŞİӘ SÖZÜNÜN MӘ᾿NASI VӘ YARANMA TARİXİ
Öyüd
Quran və lüğətdə “imam” sözü
“BISMILLAHIN” LƏTIF GÖRÜNTÜLƏRI-1

 
user comment