Əhlibeyt (ə) Xəbər Agentliyinin verdiyi məlumata görə bu gün səhər saatlarında İran İslam Respublikasının şimal şərqində yerləşən Məşhəd şəhərində güclü zəlzələ baş verib. Zəlzələ dağıntılara ve insan itkisinə səbəb olub.
Mütəxəssislərin rəyinə görə zəlzələ yer səthinin 10 km dərinliyində baş verib. Rixter cədvəliylə 6 bal gücündə qeydə alınan zəlzələnin yenidən baş vermə ehtimalı verilir.
Bu regiondakı butun xəstəxanalar xidmətə hazır vəziyyətə gətirilib.
Hadisə yerinə ezam olunan xilas edicilər, iki nəfərin dunyasını dəyişdiyini yeddi nəfərində yaralandığını bildiriblər.
İran Hava Yolları bu şəhərə heç nir təyyarə reysinin təxirə salınmayacağını bildirib. Dəmir yolu idarəsidə bu şəhərə gedən qatarlarda yubanma olmayacağını bildirib.
Diqqət! Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır!