Azəri
Sunday 22nd of December 2024
0
نفر 0

Yer üzündə fəsad törətməyin aqibəti

Allah-Taalanın həzrət Musaya öyüdlərinin sonunda Allah qorxusu məsələsinə nəzər saldıq. Allah-Taala həzrət Musadan tələb edir ki, Bəni-İsrailə belə desin: “Onlara de ki, azğınlığa düçar olsalar ondan çəkinsinlər. Çünki mənim cəzam həqiqətən ağırdır.”
Allah-Taala həddini aşıb yer üzündə fəsad törədənləri cəzalandırır. İlahi əzablar növbənövdür. Bu əzab fərdi, ictimai, dünyəvi, mənəvi və üxrəvi ola bilər. Allahla minacat ləzzətini duymamaq da bir növ əzabdır. Amma bu dünyada ən ağır əzab istidrac qanununa düçar olmaqdır. Bu qanun ilahi göstərişlərə əməl etməyən, tövsiyələrdən təsirlənməyib gücü çatdıqca fəsad törədənlərə tətbiq edilir. Belələrinin qəlbində hidayət nuru sönür. Allah belələrinə daha artıq nemət əta etməklə onların qarşıdakı əzablarını artırır. Onlar elə təsəvvür edirlər ki, ixtiyarlarına verilmiş nemət Allahın razılığını göstərir. Onlar nəinki peşiman olmur, arxayınlıqla öz günah yüklərini ağırlaşdırırlar. Belələri qəflətə düçar olduqlarından Allah tərəfindən ağır əzab hazırlandığını anlamırlar. Hansı ki zaman ötdükcə onların geriyə qayıdışı və tövbəsi mümkünsüz olur. Allah-təala istidrac əzabı haqqında buyurur: “Kafir olanlar təsəvvür etməməlidirlər ki, onlara verdiyimiz möhlət xeyirlidir. Bu möhlət günahlarını daha artırmaları üçündür. Onları zəliledici bir əzab gözləyir.” (“Ali-İmran”, 178) Digər bir ayədə oxuyuruq: “Verilmiş nəsihətləri unutduqlarından bütün qapıları onların üzünə açdıq. Verilmiş nemətlərə görə sevindikləri vaxt onları qəfil yaxaladıq və həmin vaxt ümidlərini itirdilər.” (“Ənam”, 44)

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Şeyx Yusif Əl Qərdavi: “Türkiyənin yanındayıq”
Azərbaycanda yəhudi uşaqlar üçün təhsil mərkəzinin açılışı olub
Mövlud bayramı kino-teatrda - "Pozitiv" Gənclər Platformasında
Taylandda Qədr gecələri mərasimi təşkil olundu
Türk xəyanətkarlarının Azərbaycan Səfəvilər dövlətini dağıtması
Hicab İngiltərə məktəblərində rəsmi geyim formasının tərkib hissəsidir
Kaliforniyada cühüd irqçiləri Qurani Kərimə qarşı görünməmiş təhqir ediblər
Mənə Əli Həsənovun heç nəyi lazım deyil, oğlumu qaytarsınlar”
Tacikistanda "Vəhdət" konfransı
BƏƏ-də “Müsəlmanlar gələcəkdə” mövzusunda seminar keçiriləcək

 
user comment