Azəri
Saturday 21st of December 2024
0
نفر 0

Həzrət İmam Səccadın (əleyhi səlam) milad bayramı hər kəsə mübarək

Həzrət İmam Səccadın (əleyhi səlam) milad bayramı hər kəsə mübarək

Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, bu gün 02 may 2017 tarix İmamət Səmasının Dördüncü Parlaq Ulduzu həzrət Əli ibn Hüseynin, İmam Zeynul Abidin (əleyhimə səlam) milad bayramına təsadüf edir. Həzrət İmam Səccad (əleyhi səlam) Hicri Qəməri təqvimi ilə 38-ci il, şəban ayının beşinci günü nurlu Mədinə şəhərində dünyaya göz açıb. (Kəşül-ğəmmə, c. 2, səh. 74)

Behişt cavanlarının sərvəri olan Atası həzrət Əba Əbdüllahil Hüseyn (əleyhi səlam), anası isə üçüncü Yəzdəgirdin qızı həzrət Şəhrəbanudur.  O, doğuş zamanı dünyadan köçdü. Ona görə də onun  saxlamaq,  digər bir dayənin öhdəliyinə düşdü.

Həzrət Əli bin Hüseyn (əleyhi səlam) üçün tarix kitablarında çoxlu ləqəblər yazılıb:

Zeynül Abidin, Seyyidül-müttəqin, İmamül-möminin, Səccad, Zeynül-Salihin, Zül-Səfanat, Əl-Əmin.

Şiələr arasında onun Zeynül Abdinin və Səccad adları daha çox şöhrət qazanıb. (Əli ibn Hüseynin (ə) həyatı: Cəfər Şəhidi, səh. 8)

İmam Səccad (əleyhi səlam), bərəkətli ömrünün iki ilini Əmirəl Möminin (əleyhi səlam) zamanında, digər qala şərəfli bölümünü İmam Müctəba (əleyhi səlam) və uca məqamlı atası imam Hüseynin (əleyhi səlam) zamanında keçirib. Dərdli Kərbəla hadisəsində atası Hüseyn (əleyhi səlam), qardaaşarı , əmisi, yaxınları və  əshabın şəhadətinin şahidi oldu.

Aşura günündən sonra əsirlər karvani ilə birlikdə Kufə və Şama getdi. Əsirlik dövründə çoxlu əzab-əziyyət çəkdi.

Aşura hadisəsindən sonra vilayət, imamət dərdi İmam Səccadın (əleyhi səlam) çiyninə yükləndi. O həzrət, 25 il, ümmətin hidayəti üçün çalışdı. İmam Səccad (əleyhi səlam), çox çətin ictimai dövrdə - Bəni-üməyyənin zalım hökmdarları hökümət başında olarkən və Həccac Səqəfi kimi şəxs islam məmləkətinin başçısı olduğu zaman camaatın hidayəti üçün çalışırdı. Onun ən əhəmiyyətli təbliği, camaatın əhd-peymaının Allahla bərpa olunmasından (dua) başaldı.

Bəni-üməyyənin saray xadimi (əhli), İbn Şəhab Zəhri, İmam Səccadı (əleyhi səlam) xatırlayarkən ağlayıb deyirdi: “ O,  ibadət edənlərin zinətidir.” (Kəşfül-ğəmmə, c. 2, səh. 86).

O, dəfələrlə deyirdi: “Əli ibn Hüseyndən (ə) daha bilikli heç vaxt görmədim”. (Seyri-elamül-nəbala, c, 4, səh, 389)

Əhli-sünnənin tanınmış alimlərindən Cahiz, onun haqqında belə yazır:

“Əli bin Hüseyn (əleyhi səlam) haqqında şiə, mötəzilə, xarici, ammə, xassənin hamı bir fikirdədirlər. Onun başqalarından üttünlüyündə heç biri şübhə etmir.” (Ümdətül-talib, səh. 193)

İmam Səccad (əleyhi səlam) məhrumlara, yoxsullara sədəqə vermək və onlara kömək etmək üçün çox çalışırdı. Yeyəcəyi yeməkdən yoxsullara verməsəydi heç vaxt ondan yeməzdi.

Əbu Nəim deyir: Əli ibn Hüseyn (ə), gecələr bir kisə çörək belənə atıb qaranlıqda yoxsullar arasında bölər və buyurardı: “ Gizli sədəqə Allahın qəzəbini soyudur.” 

O həzrətin şəhadətindən sonra, çox sayda ailə onun verdiyi infaq və sədəqə ilə dolanırmış. Hətta onlardan bir çoxu onlara yemək çatdıranın kim olduğunu da bilmirdi. Təkcə o həzrət şəhadətə çatdıqdan sonra anladılar. (Hilyətül-övliya, c. 3, səh. 136)

Həzrət Zeynülabidin (əleyhi səlam), elm və helmdə öz əsrinin yeganəsi idi. Belə nəql edirlər ki, bir kişi o həzrətin hüzurunda ona nalayiq söz dedi.  İmam buyurdu: O deyiyin düzdürsə, Allah məni bağışlasın, yalandırsa Allah səni bağışlasın.” O kişi utandı qalxıb həzrətin iki gözünün arasından öpdu və dedi: “ Sənə aid etdiyimdən uzaqsan, (paksan) ,(o sözə) mən layiqəm. (Mənaqibi-Ali Əbi –Talib (ə), c. 4, səh. 158).

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

ORUCLUQ AYƏSİNİN NƏSXİ
AŞURA QIYAMININ TƏHRIFEDILMƏZLIYI VƏ MÜQƏDDƏSLIYI
ƏHLİ-BEYT RƏVAYƏTLƏRİ
QUR᾽ANDA YARADILIŞIN SİRLƏRİ
Kim öldürür? (Qısa məlumat)
Hicab: Ülvi və saf yol
14 Məsum (ə) Qədir-Xum barədə
IMAM HӘSӘN ӘSKӘRI ӘLEYHISSALAMIN ŞӘXSIYYӘTI
Filippində Quran Kərim yarışının 10-cu dövrəsi keçirildi
Daş üzərində çiçək?

 
user comment