Azəri
Thursday 9th of January 2025
0
نفر 0

Həzrət Məhdi (əleyhissəlam) ilə görüş

Həzrət Məhdi (əleyhissəlam) ilə görüş

İmam Həsən Əskəri əleyhissəlamın həyatından danışarkən geniş məlumat verdiyimiz kimi zalım Abbasi hökuməti o Həzrətin (İmam Əskəri əleyhissəlamın) oğlunu ələ keçirib öldürmək məqsədilə İmam Əskəri əleyhissəlamın evini ciddi nəzarət altında saxladığından, İmam Məhdinin (Allah onun gəlişini tezləşdirsin) anadan olması İmam Həsən Əskəri əleyhissəlamın qabaqcadan hazırladığı dəqiq və ölçülmüş plan əsasında çox gizli şəkildə və camaatın (hətta şiələrin) gözündən uzaq bir şəraitdə baş vermişdir.
Bu barədə ən mötəbər xəbəri o Həzrətin anadan olmasının yaxından şahidi olmuş İmam Həsən Əskəri əleyhissəlamın bibisi Həkimə xanım vermişdir. Qeyd etmək lazımdır ki o Həzrətin gizli şəkildə anadan olması bu demək deyil ki sonralar yəni İmam Həsən Əskəri əleyhissəlamın sağ olduğu müddətdə Həzrət Məhdi əleyhissəlamı beş-altı yaşına qədər heç kəs görməmişdir. Xeyr şiələrdən xüsusi adamlar müxtəlif vaxtlarda və müxtəlif münasibətlərlə o Həzrəti görməyə nail olmuş beləliklə də, onun anadan olmasına yəqinlik taparaq lazım gəldikdə başqa şiələrə də bu haqda məlumat verirdilər. (Necə ki bu görüşlərdən birini İmam Həsən Əskəri əleyhissəlamın həyatından danışarkən qeyd etmişdik.) Alimlər bu görüşlər barədə geniş şəkildə açıqlamalar vermiş lakin bunların içərisində ən əsası çox güman ki İmam Həsən Əskəri əleyhissəlamın qırx səhabəsinin o Həzrətlə görüşü olmuşdur. Bu görüş aşağıdakı şəkildə baş vermişdir.
Həsən ibn Əyyub ibn Nuh deyir: “İmam Həsən Əskəri əleyhissəlamdan sonrakı İmamın kim olacağı barədə soruşmaq üçün o Həzrətin yanına getdik. Biz qırx nəfər idik. (Sonradan İmam Məhdi əleyhissəlamın xüsusi vəkillərindən biri olmuş) Osman ibn Səid Əmri ayağa qalxıb dedi: “Sizin məndən daha yaxşı bildiyiniz bir məsələ barədə soruşmaq istəyirəm.” İmam Həsən Əskəri (əleyhissəlam) Osmana “Əyləşin” - deyə cavab verdi. Osman narahat halda məclisdən çıxmaq istədi. İmam buyurdu: “Heç kim durub getməsin.” Buna görə də, kimsə qırağa çıxmadı. Bir qədər keçdikdən sonra İmam Əskəri (əleyhissəlam) Osmanı dilləndirdi. O ayağa qalxdı. İmam ona buyurdu: “İstəyirsiniz, bura nə üçün gəldiyinizi deyim?” Hamı “Buyurun!” -deyə cavab verdi. İmam buyurdu: “Bura məndən sonra kimin İmam olacağı barədə soruşmaq üçün gəlmisiniz.” Hamı “Bəli” dedi. Bu vaxt ay kimi işıqlı (nurani) İmam Həsən əleyhissəlama oxşayan bir oğlan (uşağı) içəri daxil oldu. İmam Həsən Əskəri (əleyhissəlam) ona işarə edərək buyurdu: “Bu məndən sonra sizin İmamınız mənim sizin aranızdakı canişinimdir. Onun əmrinə tabe olun və məndən sonra ixtilaf yaratmayın. Yoxsa özünüz həlak dininiz isə məhv olub gedər...”

Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

QEYB DÖVRÜNÜN XÜSUSİYYƏTLƏRİ
Rozenberg: Müsəlmanların Mehdiyə inamının qorxusunu dərk edən prezident seçin
ZÜHURUN ZƏMİNƏLƏRİ
Ədalət onun mübarək əllərindədir
Zühur zamanı Həzrət İmam Məhdinin (ə.f) edəcəyi ilk işlər
İmam Məhdi cənabları (Allah onun şərafətli zühurunu tezləşdirsin) evlidirmi? ...
İmam Zaman (əleyhis-salam)-ın yaşayış yeri haradadır?
İMAMIN XÜSUSİYYƏTLƏRİ
ANASININ KƏRAMƏTİ
QONDARMA "SƏRDABƏ DASTANI"

 
user comment