Azəri
Monday 6th of May 2024
0
نفر 0

Tale Bağırzadənin işi icraata götürüldü

Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və digər 16 nəfərin barəsindəki hökmdən verilən apellyasiya şikayəti icraata götürülüb.

Bu barədə Tale Bağırzadənin vəkili Yalçın İmanov məlumat verib. Vəkilin sözlərinə görə, apellyasiya şikayəti üzrə məhkəmə prosesi hakim Əmir Bayramovun sədrliyi ilə keçiriləcək.

Qeyd edək ki, 2015-ci ilin noyabr ayının 26-da Nardaran qəsəbəsində keçirilən əməliyyatdan sonra saxlanılan Tale Bağırzadə, Fuad Qəhrəmanlı və digər 16 nəfərə qarşı hakimiyyəti zorla ələ keçirmə, terrorçuluq və qəsdən adam öldürmə maddələri üzrə ittihamlar irəli sürülüb. Əməliyyat vaxtı baş vermiş silahlı qarşıdurmada iki polis əməkdaşı da daxil olmaqla 6 nəfər öldürülüb. Müttəhim tərəfi isə hakimiyyəti tənqid etdiklərinə görə, həbs olunduqlarını bildirirlər. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tale Bağırzadə 20 il, Abbas Hüseyn 20 il, Fuad Qəhrəmanlı 10 il, Rasim Cəbrayılov 17 il, Zakir Mustafayev 14 il 6 ay, Cabbar Cabbarov 19 il, Cahad  Babakişizadə 14 il 6 ay, Şamil Abduləliyev14 il 6 ay, Aqil İsmayılov 14 il 6 ay, Ramin Yariyev 10 il, Abbas Quliyev 14 il 6 ay, İbrahim Xudaverdiyev 14 il 6 ay, Etibar İsmayılov 14 il 6 ay, Bəhruz Əskərov 14 il 6 ay, Əli Nuriyev, Əlibala Vəliyev, Fərhad Balayev 14 il 6 ay, Abbas Tağızadə 14 il 6 ay azadlıqdan məhrum ediliblər. Bir sıra yerli hüquq müdafiəçiləri və beynəlxalq təşkilatlar Tale Bağırzadə və digərlərini siyasi məhbus olaraq tanıyıb.

 


Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Ərəbistan Yəmən xalqına qarşı kasetli bombalardan istifadə edib
Məkkə və Mədinəyə hakim kəsilmiş vəhhabilər hindistanlı qadın xidmətçinin ...
İraqdan Suriyaya qaçmaq istəyən İŞİD-ə aid avtomobil karvanı "Həşd ...
Nimeyi-Şəban – Əhli-Beytin (ə) Qədr gecəsidir
Hicab məhbusu 10 ildən sonra ata oldu
Yer heç vaxt Allahın əmrini icra edən Höccətdən boş deyil.
Yanan binanın bir qrup sakini aksiya keçirdi
Nigeriya Şiələri Qüds Günün möhtəşəm qeyd etdi
Fatimiyyə Günləri Azərbaycanda möhtəşəm qeyd edildi (Lənkəran)
Gəncədə Aşura öncəsi həbslər davam edir.

 
user comment