Azəri
Thursday 18th of July 2024
0
نفر 0

Yanan binanın bir qrup sakini aksiya keçirdi

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Yanan binanın bir qrup sakini aksiya keçirib. Bu gün, saat 14:00 radələrində əvvəlcə Bakı Şəhər İcra Hakimiyyətinə və oradan da Prezident Administrasiyasına yollanan sakinləri heç kim qəbul etməyib.
Yanan binanın bir qrup sakini aksiya keçirdi

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Yanan binanın bir qrup sakini aksiya keçirib.

Bu gün, saat 14:00 radələrində əvvəlcə Bakı Şəhər İcra Hakimiyyətinə və oradan da Prezident Administrasiyasına yollanan sakinləri heç kim qəbul etməyib.

Sakinlər daha sonra Nazirlər Kabinetinin qarşısına toplaşıblar.

Sakinlərin tələbi onlara verilən vədlərin yerinə yetirilməsidir. Sakinlər bildirirlər ki, yanğından sonra binanın təmiri keyfiyyətsiz şəkildə həyata keçirilib.

Prezidentin tapşırığına əməl etdiklərini göstərməyə çalışan məmurlar mənzilləri keyfiyyətsiz mebellərlə və ev əşyaları ilə təmin ediblər. Narazı sakinlər kondisioner, soyuducu kimi əşyaları söz verilsə də, ala bilmədiklərini qeyd ediblər.

Nazirlər Kabinetinin qarşısına toplaşanlar arasında yanğın zamanı zərər görən, yararsız vəziyyətə düşən obyektlərin və maşınların sahibləri də var. Onlar da heç bir kompensasiya ala bilmədiklərinə görə etiraz ediblər.

Xatırladaq ki, Azadlıq prospektində baş verən yanğında 15 nəfər ölmüşdü. Binanın bütün mənzilləri yanmışdı.


source : abna24
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İİR kanal 1-in verdiyi bəyanatda Ramazan Ayının hilalı görünüb
Rusiyadan İŞİD-lə bağlı sərt qərar
Hacı İlqar İbrahimoğlu aşurafoblardan yazdı.
Həzrət Əbülfəzlil Əbbasın hərəmində azyaşlı uşaqlara Quran Dərsləri ...
Səudiyyə döyüş təyyarələri Səna Beynəlxalq Aeroportunu növbəti dəfə ...
“İŞİD” Liviyanın neft yataqlarına hücum edib
Canlı bomba özünü zəvvarların arasında partlatdı.
Qahirədə Futbol yarışından öncə azərkeşlərlə polis arasında qarşıdurma ...
Qələbə: Terrorçular Suriyanın Mənbic şəhərində məğlubiyyətə uğradılar
Muhəmməd Mursinin müəllimi vəhhabi alimi Şiə oldu

 
user comment