Azəri
Tuesday 23rd of July 2024
0
نفر 0

Bakıda İmam Xomeyninin(r.ə) xatirəsi anılıb

Bakıda İmam Xomeyninin(r.ə) xatirəsi anılıb

İran İslam Respublikasının banisi həzrət imam Xomeyninin(r.ə) dünyasını dəyişməsinin ildönümü günü ərəfəsində Bakıda iranlıların iştirakı ilə anım mərasimi keçirilib.

İRİB-in Bakı ofisinin verdiyi məlumata görə, İranın Azərbaycandakı səfirinin də qatıldığı bu mərasimdə Vəliyi Fəqihin Azərbaycan Respublikasındakı nümayəndəsi Höccətül-İslam Vəl-Müslimin Ocaqnejad İmam Xomeyninin dünyada böyük şəxsiyyət olduğuna diqqət çəkərək deyib:  O həzrət müasir dövrdə öz yüksək şəxsiyyəti ilə məqsəd və niyyətlərini dünyanın diqqətinə çatdıran və çoxlarını öz amallarının vurğunlarına çevirən az saylı simalardan biridir.

Ocaqnejad İmam Xomeyninin(r.ə) irfani şəxsiyyəti və sadə həyat tərzini şərh edərək deyib: O həzrət Aləmi Allahın hazır olduğu yer hesab edir və Allaha, tutduğu yola, xalqa və ümmətə inanırdı. Onun bu üç cəhəti islam inqilabının qələbə çalmasında və o həzrətin şöhrətinin dünyaya yayılmasında əsas rol oynamışdır.

Vəliyi Fəqihin Azərbaycan Respublikasındakı nümayəndəsi çıxışının davamında mərasim iştirakçılarını imam Xomeyninin(r.ə) əsərlərini öyrənməyə, o həzrətin amallarına sadiq qalmağa və onun aydın yolunu davam etdirməyə çağırıb.

İİR-in Azərbayan səfirliyinin mədəniyyət ateşşesi  də mərasimdə çıxış edərək İmam Xomeyninin(r.ə) əsil Məhəmməd(s.ə) islamının bərpası sahəsindəki rolunu açıqlayaraq, islam düşmənlərinin amerikan islamı yaymaq cəhdlərinə toxunaraq deyib: Bu gün Ayətullahül-üzma Xamenei dünyada əsil Məhəmməd(s.ə) islamının bayraqdarıdır və o həzrətin buyuruqlarına tabe olmaq islamın mühafizəsi və müsəlmanların inkişafını təmin edəcək.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Əhli-sünnə alimin Fatimeyi-Zəhra (s.ə) haqda nəql etdiyi kəramət
Əhli-Beyt (ə.s) Aşiqlərinin Xüsusiyyətləri
Yəməndə Səna Məscidində yenidənqurma işləri aparılarkən Quran Kərimin qədim ...
Övladlar arasında ədalət
Salavatın fəziləti haqqında -2
Giriş
Böyük (kəbirə) günahlar
Həzrət İmam Hüseyn (ə) nə kimi əxlaqi-mənəvi keyfiyyətlərə malik olmuşdur?
RƏHMƏT HAQQINDA HEKAYƏLƏR-3
AŞURA-KƏRBƏLA HƏQİQƏTLƏRİ

 
user comment