Azəri
Saturday 20th of July 2024
0
نفر 0

Həyat yoldaşım mənə xəyanət edib?

Həyat yoldaşım mənə xəyanət edib?

Bir ərəb kişi, üzgün halda Allah Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) yanına gəldi...
Ərz etdi: Hazırda, iki ildir ki, Allah mənə bir oğul verib... mən və həyat yoldaşım hər ikimiz ağdəriliyik, amma uşaq qara dünyaya gəlib!!
  Bu iki il ərzində bu uşağın mənim olduğundan üzüntüm yox idi... amma bir şəxs, ürəyimdə üzüntü yaratdı və dedi: həyat yoldaşın sənə xəyanət edib və bu oğlan sənin oğlun deyil, çünki səninlə eyni rəngdə dünyaya gəlməyib...
İndi, bu fikir bütün vücudumu əhatə edib ki, olmaya həyat yoldaşım mənə xəyanət etmiş olsun və bu oğlan mənim övladım olmasın.
  Allah Peyğəmbər (səlləllahu ələyhi və alihi və səlləm) buyurdu: “Mədinədən çıx! Ona bir adres verib buyurdu: “ bu məkanda bir gənc, işlə məşğuldur və ev tikir. Onu tap və övladını onun kənarında burax və ona nəzarət et! Əgər, övladın onun yanına getsə bil ki, halalzadədir, amma oğlun o gəncdən uzaqlaşsa onun nütfəsi səndən deyil!"
Kişi belə də etdi:
  Mədinədən çıxdı və Allah Peyğəmbərin (səlləllahu ələyhi və alihi və səlləm)-in ona verdiyi adresi tapdı. O gənci gördü. Övladını onun kənarına buraxıb və özü arxaya çəkildi...
Balaca, işləyən kişiyə bir az baxdı, bir az da onun ətrafına baxdı. O ərəb kişi, dayanmışdı, uzaqdan tamaşa edirdi ki, uşaq nə edir, ürəyinə bir təlatüm düşmüşdü. Gördü ki, oğlancığaz o gəncin köynəyinin bir kənarından tutdu və tərpətdi və əllərini açdı ki, o gənc onu qucaqlasın. Gördü ki, gəncin əli işdən düşdü, o balanı qucaqladı. Uzaqdan balacanın və o gəncin təbəssümünü görüb ürəyi sakitləşdi.
  O gəncin yanına gəlib salam verdi və uşağı aldı və o gənc adamdan üzr istəyib xudahafizləşdi.
Mədiəyə, Allah Peyğəmbərin (səlləllahu ələyhi və alihi və səlləm) yanına gəlib macəranı danışdı.
İslamın əziz Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm), ona buyurdu: Bu oğlanın sənin olmasına şəkk etmə və mümküdür ki, sənin arxanda (sülaləndə) birisi qara olmuş olsun və bu övlad ona meyl etmiş və nütfəsi onun şəklində bağlanmışdır.
  Ərəb kişi, İslamın əziz Peyğəmbərindən (səlləllahu ələyhi və alihi və səlləm) soruşdu: Ey Rəsuləllah! O gənci mənə tanıta bilərsinizmi?
  Həzrət buyurdu: O, mənim qardaşım və əmimoğlu Əli ibn Əbi Talibdir (ələyihməs-salam).
Soran ərəbə üz tutub buyrudu: : کذِبَ  مَنْ زَعَمَ  اَنَّهُ وُلِدَ مِن حَلالٍ وَ هو یَبغِضُ عَلیًا
“Yalan deyir, halalzadə olduğunu söyləyən, Əli (ələıyhis-salam) ilə düşmən olduğu halda."

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İmam Kazimdən (ə) ibrətli əhvalatlar
İNTİZARIN TƏSİRLƏRİ
Şəhid Edoardo ( məhdi ) Anielli kim olub?
Zilhiccənin doqquzuncu günü – Ərəfə günü
İMAM MƏHDİ (Ə) QURAN VƏ RƏVAYƏTLƏRDƏ
HƏSƏD
İMAMİYYƏ
Kamil arif Əllamə Qazi
QUR᾽ANDA ÜMUMİ NƏZARƏT QANUNLARI
MƏDƏNİYYƏT VƏ TƏRƏQQİ

 
user comment