Peyğəmbər səlləlləhu ələyhi və alih-dən nəql olunan bir rəvayətdə həzrət buyurub: "Qiyamət yetişəndə bəndə heç bir addım atmamış ondan dörd şey barəsində sual olunacaq:
1- Məhv etdiyi ömrünü nə üçün sərf etdyini
2- Gəncliyini hansı yolda köhnəltdiyini
3- Qazancının hansı yolla ələ gəldiyini və hansı yolda xərcləndiyini
4- Və biz Əhli-beytin sevgisi haqqında"
رُوِیَ عَنْ رَسول الله (صلّی الله علیه و آله و سلّم) قال: «إِذَا کَانَ یَوْمُ الْقِیَامَةِ لَمْ تَزَلْ قَدَمَا عَبْدٍ حَتَّى یُسْأَلَ عَنْ أَرْبَعٍ: عَنْ عُمُرِهِ
فِیمَ أَفْنَاهُ وَ عَنْ شَبَابِهِ فِیمَ أَبْلَاهُ وَ عَمَّا اکْتَسَبَهُ مِنْ أَیْنَ اکْتَسَبَهُ وَ فِیمَ أَنْفَقَهُ وَ عَنْ حُبِّنَا أَهْلَ الْبَیْتِ»
“Heç bir addım atmamış” ifadəsi sözün məcazi mənasına işarə edir: Qiyamət günü bərba olacaq, bəndə heç bir addım atmamış ondan dörd şey barəsində soruşulacaq.
İlk sual: «عَنْ عُمُرِهِ فِیمَ أَفْنَاهُ » Səndən soruşulacaq ki, dünyada olduğun müddət ərzində ömürünü hansı yolda puç etdin? Necə sərf etdin? Əslində burda insanın başdan-başa bötüv ömrü barəsində sual olunur; de ki, neçə il dünyada olduğun zamanda nə iş görmüsən?
Zərrə-zərrə və tədricən başa çatan gənclik
İkinci sual: «وَ عَنْ شَبَابِهِ فِیمَ أَبْلَاهُ» Təkcə bötüv ömür haqqında deyil, onun xüsusi bir bölümü barəsində də sual olunur: yəni gənclikdən; belə anlaşılır ki, ömrün bu bölümünə daha çox diqqət edilir. «أَبْلَاهُ» sözü ərəbcə məcazi anlamda deyilib,“köhnəltmək” sözünü ifadə edir; məsələn, yavaş-yavaş köhnələn bir libas kimi; bu gəncliyi necə zərrı-zərrə , tədricən əldən verdin? Hansı yolda bu gəncliyi köhnəltdin?
Üçüncü sual: «وَ عَمَّا اکْتَسَبَهُ مِنْ أَیْنَ اکْتَسَبَهُ وَ فِیمَ أَنْفَقَهُ» Dünyada əlinə gələn hər hansı miqdarda malı –istər az olsun istər çox, hansı yolla əldə etmisən və hansı yolda sərf etmisən? Yaxşı diqqət edin! Bu, iki sualdır: Hansı yolla əldə etmisən ? Hansı yolda sərf etmisən? Əhli-beyt məhəbbəti Qiyamət günü işə yarıyır.
Dördünü sual: «وَ عَنْ حُبِّنَا أَهْلَ الْبَیْتِ» Bizə ürək bağlılığı və sevgisi haqqında da soruşulacaq; Bizimlə bağlılıq yaratmısanmı? Belə anlaşılır ki, bu sual Qiyamət günü taleyüklü bir sualdır. Yəni dünyada əhli-beyt məhəbbətini ürəyindən yerləşdirsə bu məhəbbət Qiyamətdə işə yarıyacaq. Bu sualları insandan soruşlar və elə isə cavablarını hazırlayın, hər halda cavab verəcəksiniz!