İmam Sadiq ələyhis-salam buyurub: "Tezliklə şübhələr sizi əhatə edəcək və siz hidayət edən rəhbər olmadan qalacaqsınız. O şübhələrdən heç kim qurtulmayacaq, dua edənlərdən və Ğəriq duası oxuyanlardan başqa.” Əbdullah ibn Sinan soruşdu “gəriq duası” necədir?
İmam ələyhis-salam buyurdu:
یا الله یا رحمن یا رحیم یامقلب القلوب ثبت قلبی علی دینک
(Duanın azəri hərifləri ilə oxunuşu: ya Əllah ya Rəhman ya Rəhim ya muqəllibəl-qulubi səbbit qəlbi əla dinik)
Tərcməsi: Ey Allah, ey Rəhman ey Rəhim, ey qəlbləri dəyişən, qəlbimi dinində sabit et!
Əbdullah ibn Sinan belə oxudu:
یا مقلب القلوب و الابصار ثبت قلبی علی دینک
(Duanın azəri hərifləri ilə oxunuşu: Ya muqəllibəl-qulubi vəl-əbsar səbbit qəlbi əla dinik)
Tərcüməsi: Ey qəlbləri və gözləri dəyişən, qəlbimi dinində sabit et! İmam buyurdu: “ Allah, qəlbləri və gözləri dəyişəndir, lakin dəqiq olaraq sənə dediyimi de: Ey qəlbəri dəyişən! Ondan əvvəl heç bir şey demə."
Biharül-ənvar, c.52, səh.148, səh. 73