Azəri
Wednesday 24th of April 2024
0
نفر 0

Bilirsinizmi şiələr Həmd surəsindən sonra nə üçün "əlhəmdulillah", əhli-sünnə isə "amin" deyir?

Bilirsinizmi şiələr Həmd surəsindən sonra nə üçün "əlhəmdulillah", əhli-sünnə isə "amin" deyir?

Şiələr namazda “Həmd” surəsini oxuduqdan sonra “əl-həmdulillah” deməyi müstəhəb sayırlar və onun İmamzamanın (əc) vücudu ilə bağlılığı yoxdur. Əhli-sünnənin də “amin” deməsi, onun gəlişi ilə bağlı deyil. Əhli-sünnənin “vələzzallin” sözündən sonra “amin” deməsi, bidət əsasındadır ki, keçmiş xəlifələrin zamanından bəri rəvac tapmışdır.

“Amin” kəlməsi, nə Quranda, nə duada və nə də zikrdə deyilməyib və qeyri-ərəbi bir sözdür. Belə bir kəlmənin namazda deyilməsi onun batil olmasına səbəb olur. Əhli-beyt ələyhim-əs-səlam onu namazda deməkdən nəhy ediblər. Əhli-beytə (ə) görə, onu demək haramdır və bildiriblər ki, namazı batil edir. “Amin” sözü, (mim hərfi təşdidsiz), ərəbcə «اِسْتَجِبْ» yəni “yerinə yetir” sözü deməkdir. Bu kəlmənin mənasını nəzərə alsaq, Allaha dua edəndən və Ondan hacət istədikdən sonra deyilməlidir. Yəni bir qayda olaraq dua etdikdən sonra deyilməlidir; əvvəlcə dua edilməli və sonra “amin” deməklə o daunın qəbul olması istənməlidir. Buradan başa düşülür: surənin ikinci yarısı dua və istəkdir; çünki surədə Allahdan istənilir ki, bizi “doğru yol”-a yönəltsin, ( o nemət verilmişlərin yoluna, qəzəbə düçar olanların yoluna deyil). Bu üzdən əhli-sünnə bu duadan sonra “amin” deməklə yenidən o daunın qəbulunu Allhadan istəyir.( Red: Yəni, "doğru yol" sayılan "vilayət"-in hələ verilmədiyi anlamına gəlir.)

“Əlhəmdullillah” sözü bildiyimiz kimi, Allah dili ilə, ən yaxşı, ən üstün təşəkkür sayılır. Ona görə də o kəlmə o zaman deyilir ki, Allah tərəfindən bəndəyə bir nemət çatsın. O zaman bəndə bu söz vasitəsi ilə öz təşəkkürünü Allah dərgahına ərz edir. Ona görə də şiə, hidayətə yönələmək və vilayətin doğru yoluna düşmək istəyindən sorna, özünü artıq bu böyük nemətin müəyyən dərəcələrinə sahib olduğunu nəzərə alaraq Allah-Taalaya şükür etmək üçün dil açır, ənam və ehsana görə həmd və sitayiş edir. Demək, həm ona əta olmuş “doğru yol-a görə, həm də, hidayət nemətin ən yüksək dərəcələrini istəyir.

Vəl-həmdu-lil-lahi Rəbbil-aləmin!

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Qədr gecələrinin müştərək əməlləri
Din və nigah
Qurani-kərimi oxumağın qaydaları
MƏSUMLARIN NURLU KƏLAMLARINDAN-2
Peyğəmbərimizin (s) Quran barəsində nigaranlığı
İmam Əli əleyhis-salamın xütbə, məktub və hikmətli kəlamları NƏHCÜL-BƏLAĞƏ
Rüşvətə bürünmüş \"ədalət\"
QUR᾽AN SURƏLƏRİNİN NAMAZDA OXUnMASI
Nəfsani istəklərdən ən rəzili – həsəd
IMAM ӘLIYYӘN-NӘQI ӘLEYHISSALAMIN ŞӘXSIYYӘTI

 
user comment