Azəri
Monday 6th of May 2024
0
نفر 0

Qiyamət günü hansı nemət haqqında soruşulacaq?

Hənnan bin Südeyr deyir: Atam mənə dede: Cəfər ibn Məhəmməd ələyhis-salamın yanında idim. Mənə bir yemək verdi ki, heç bir vaxt onun kimi bir yemək yeməmişdim. Sonra mənə buyurdu:

 “Ey Südeyr, bizim yeməyimiz necə idi?

Ərz etdim: Atam-anam qurbanın olsun, ey Allah peyğəmbərinin övladı! İnidyədək elə bir yemək yeməmişdim və bir də elə bir yemək yeyəcəyimi güman etmirəm. O an gözlərim yaşla doldu və ağladım.

Buyrdu: Ey Südeyr, niyə ağlayırsan?

Ərz etdim: Ey Rəsullullahın övladı, Allah kitabından bir ayəni xatırladım.

Buyurdu: Hansı ayədir?

Ərz etdim: Bu ayə: “Sonra qiyamət günü onlardan nemət barəsində soruşulacaq! Qorxuram bu yemək o nemətlərdən olsun ki, Allah onların barəsində soruşacaq. Həzrət güldü, elə bir şəkildə ki (ağıl) dişləri göründü sonra buyurdu:

-Ey Südeyr, səndən nə ləzzətli yemək, nə yumşaq paltar və nə də xoş iylər haqqında soruşulmayacaq.

Ərz etdim: Atam-anam sənə fəda olsun bəs o nemət hansıdır?

Buyurdu: Əli və onun (övladları) əhli-dir. Qiyamət günü Allah soruşacaq: Sizə əta etdiyim Əli və onun əhli-beytin məhəbbətinə görə necə şükür etdiniz?

Təfsiri-Furati-Kufi, səh. 605-763

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

QЕYBӘTİN HÖKMLӘRİ
MÜHACİR VƏ ƏNSARIN QARDAŞLIĞI
KƏRBƏLA TÜRBƏTİ BARƏDƏ RƏVAYƏTLƏR
QƏZA VƏ QƏDƏRİN MƏFHUMU
İbadətdə tövhid və şirk
Vahabilərin digər dəlili
NAMAZ
Xəlifəlik və xəlifələr
Zəkat
CAVANLARA XÜSUSI ƏHƏMIYYƏT VERMƏK

 
user comment