Azəri
Thursday 28th of March 2024
0
نفر 0

Kəramətlər

Kəramətlər

Şübhəsiz ki, müsəlman Allahın göndərdiyi peyğəmbər və imamların möcüsəinə inanır. Əlbəttə inanmayan, onları oxumaqla deyil, gözü ilə də görsə inanmaycaq. İnanan şəxslərin qəlblərinə az da olsa nur çiləmək məqsədi ilə beş kimsənin vasitəsi ilə gerçəkləşmiş möcüzələrdən bir neçəsininin mətnini təqdim edirik.
AYIN PARÇALANMASI
Zilhiccə ayının 14-cü gecəsi idi. Müşriklərin on dörd nəfər, Həzrətin hüzuruna gəlib ona dedilər: Bütün peyğəmbərlərin öz peyğəmbərliyi üçün nişanələri vardır.
Bu gecədə sənin peyğəmbərliyinin nişaşəsi nədir? Peyğəmbər(s) buyurdu: Nə nişanə istəyirsiniz? Müşriklər dedilər: Əgər Allah yanında sənin üçün bir dərəcə və rütbə vardırsa, aya göstəriş ver, iki yerə bölünsün.
Cəbrail(ə) Allah tərəfindən gəlib dedi: «Ey Mühəmməd! Allah –Təala sənə salam çatdırıb, buyurur: Mən bütün əşya və varlığa, səndən itaət etməyə əmr vermişəm.» Həzrət Peyğəmbər(s) başını göyə qaldırıb, aya göstəriş verdi ki, iki yerə bölünsün. Ay iki yerə parçalandı. Peyğəmbər(s) şükr səcdəsi edib, orada olanlara buyurdu: Ey filankəs! Görün və şahid olun! Bu zaman müş

riklər dedilər: Ayın hər iki parçası bir-birinə birləşib, birinci halına qayıtsın. Peyğəmbər(s) əmr etdi və ay birinci halına qayıtdı.
Müşriklər bu aydın möcüzəni görüb dedilər: Ya Məhəmməd! Biz Şam və Yəməndən qayıdan müsafirlərimizdən sual edəcəyik ki, bu gecədə nə müşahidə ediblər. Əgər biz gördüyümüzü onlar da görsə, bunun İlahi bir möcüzə olmasını başa düşəcəyik. Amma belə bir şey müşahidə etməsələr, başa düşəcəyik ki, bizi sehrləmisən.
XIRDA DAŞLARIN CƏVAHİRƏ ÇEVRİLMƏSİ
İmam Əli(ə) və onun əshabından bir neçəsi Kufə məscidində oturmuşdular. Bir kişi Həzrəti-Əliyə(ə) xitab edərək, dedi: Atam-anam sənə fəda olsun. Bu dəsətənin əlində olan dünyaya təəccüb edirəm. Siz bu dünyadan faydalanmırsınız.
Həzrət buyurdu: Sən təsəvvür edirsən biz dünyanı istəyirik və bizə verilmir? Bu zaman bir ovuc xırda daş götürüb, öz möcüzəsi ilə cəvahirə çevirib, soruşdu: Bunlar nədir?
Dedim: Ən yazşı növ cəvahirdir. Həzrət(ə) buyurdu: Əgər dünyanı istəsək bizim üçün həmişə var, lakin istəmirik. Sonra əlindəki cəvahirləri yerə atdı. Yenidən xırda daşlar öz əvvəlki halına qayıtdı.
QURUMUŞ AĞACIN YAŞILLAŞMASI
İmamHəsən(ə) Ömrə səfərinə gedirdi. Onun tərəfdarlarından biri, Zübeyrin övladlarından idi ki, onunla birgə səfər edirdi. Su saxlanılan bir məntəqədə istirahət üçün susuzluqdan qurumuş bir xurma ağacının altında əyləşdilər. Bir ağacın altında İmam Həsən(ə) üçün başqa bir ağacın altında isə İmamın şiəsi üçün yer düzəltdilər. İmam Həsənin(ə) şiəsi başını qaldırıb dedi: Əgər bu ağacın xurması olsaydı, yeyərdik. İmam Həsən(ə) ona buyurdu: Xurma istəyirsən?
Cavab verdi: Bəli!
İmam Həsən(ə) əlini göyə qaldırıb dua etdi. Nə dediyini başa düşə bilmədim. Duadan sonra ağac yam-yaşıl oldu. Yarpaq və xurma gətirdi. Ağaca çıxıb bütün xurmaları dərdilər. Xurma onlar üçün kifayət etdi.
ÖLÜNÜ DİRİLTMƏSİ
Ravi deyir: İmam Hüseynin(ə) yanında oturmuşduq. Bu zaman bir cavan ağlaya-ağlaya daxil oldu. İmam(ə) ona buyurdu: Niyə ağlayırsan? O, cavab verdi: Anam indicə vəfat etdi və vəsiyyət də etməmişdir. O, bir çox mal-dövləti barəsində heç bir iş görməyim.
İmam Hüseyn(ə) buyurdu: Qalxın ayağa o qadının evinə gedək! Hamı İmam Hüseyn(ə) ilə birlikdə o qadın vəfat edən evə çatdıq.
İmam Hüseyn(ə) evə daxil olub, dua etdi ki, Allah-təala o qadını, istədiyi şeyləri vəsiyyət etmək üçün diriltsin. Allah-təala Həzrət Hüseynin(ə) duasına görə onu diriltdi. Elə halda ki, o, oturub «kəlmeyi-şəhadət» deyirdi. Bu zaman İmam Hüseynə(ə) baxıb dedi: Daxil ol! Ey Mənim ağam! Mənə fərman ver.
İmam(ə) daxil olub, oturduqdan sonra, o qadına buyurdu: Vəsiyyət et! Allah sənə rəhmət etsin!
Qadın dedi: Ey Peyğəmbərin nəvəsi! Filan qədər mal, bu məkanlarda varımdır. O malların üçdə birini sizin üçün qərar vermişəm.
Məsləhət gördüyünüz yerlərə və dostlarınıza xərc edin. Üçdə ikisini isə bu oğlum üçün ayırmışam. Əgər səni dostlarından olsa, bu mallardan istifadə etməyə haqqı var. Yox əgər sənin düşmənin və müxalifindirsə, bu mallardan istifadə etməyə haqqı yoxdur.
Sonra İmamdan(ə) onun üçün namaz qılmağı və işlərinə nəzarət etməyi istədi. Yenidən əvvəlki halına qayıtdı.
CƏNNƏT VƏ CƏHƏNNƏMİN ÜZƏRİNDƏN PƏRDƏ GÖTÜRMƏK
Həzrəti Əlinin(ə) əshabından bir neçəsi ona dedilər: Həzrəti Musa(ə) və İsanın(ə) canişinləri, camaat üçün dəlil, nişanə və möcüzələr göstərdilər. Siz də əgər bizə möcüzə göstərsəniz qəlblərimiz inam və yəqinlik tapar.
İmam(ə) buyurdu: Sizin nişanə, dəlil və möcüzəni görməyə dözümünüz yoxdur. Amma camaat israr etdilər.
Nəhayət, Əli(ə) camaatı qəbristanlığa tərəf apardı. Onlar quru və şoran olan bir məntəqəyə çatdılar. Bu zaman yavaş səslə dua edib dedi: Öz pərdələrini kənara çək.
Qəflətən səhranın bir tərəfində bağlar, çaylar, başqa bir tərəfində isə cəhənnəmin atəşi aşkar oldu. Bəziləri isə həzrətin möcüzəsini qəbul edib dedilər: Peyğəmbər(s) buyurardı: Qəbr, cənnət bağlarından, ya da cəhənnəm çalalarından biridir.
Müsafirlər gəlib, şəhadət verdilər. Bu zamanda «Qəmər» surəsi nazil oldu.  Bu surənin birinci ayəsi, ayın iki yerə bölünməsinə işarə edir.
KEÇİ BALASINI DİRİLTMƏSİ
Peyğəmbər(s) Mədinəyə daxil olandan sonra, Əbu Əyyub Ənsarinin evində oturmağı qərara aldı. Bu zamanda Əbu Əyyubun evində, bir keçi balası və üç kilo buğdadan başqa bir şey yox idi. O keçi balasını qızardıb, buğdadan çörək bişirib peyğəmbər(s) üçün gətirdi.
Peyğəmbər(s) buyurdu: Camaatı çağırın hər kəs yemək istəyirsə, Əbu Əyyubun evinə gəlsin. Əbu Əyyub camaatı çağırdı. Camaat Əbu Əyyubun evinə toplaşdılar. Hamısı hazırlanmış yeməkdən yeyib doydular. Lakin yemək azalmadı. Həzrətin(s) göstərişi ilə sümükləri toplayıb keçi balasının dərisinin arasına qoydular. Bu anda Həzrət(s) buyurdu: Allahın izni ilə qalx! Keçi balası dirilib, ayağa qalxdı. Camaat uca səslə Allahın birliyinə və Mühəmmədin(s) peyğəmbərliyinə şəhadət verdilər.
FATİMƏNİN(S.Ə) ÇADRASININ NURU
Əli(ə) bir yəhudidən, bir miqdar arpa borc aldı. O da bu borcun müqabilində girov istədi. Əli(ə) Fatimənin(s.ə) yun çadrasını onun yanında girov qoydu. Yəhudi çadranı alıb, evinə apardı. Onu otaqların birində qoydu. Gecə vaxtı oldu. Yəhudinin arvadı, çadra olan otağa getdi. Bir nurun yuxarı hissəyə saçıb, hər tərəfi işıqlandırdığını müşahidə etdi. Ərinin yanına qayıdıb, müşahidə etdiyini ona dedi. Yəhudi təəccüb etdi. Amma Xanım Fatimənin(s.ə) çadrasının onun evində olmasını unutdu. Sürətlə həmin otağa getdi. Çadranın nurunun hər tərəfə yayılmasını müşahidə etdi. Elə bil bu nur, işıqlı aydan da yaxında işıq salırdı. Təəccüblü halda, çadra olan yerə diqqət etdi. Bu nurun Fatimənin(s.ə) çadrasından olmasını başa düşdü. Bu zaman, yəhudi kişi öz tayfasının yanına, yoldaşı isə öz tayfasının yanına gedib, onları bu təəccüblü nuru görməyə dəvət etdilər. 80 nəfər yəhudi oraya toplandı. Nuru görüb, hamısı bu möcüzədən müsəlman oldular.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

NƏFSİN SAFLAŞDİRİLMASİNİN MƏRHƏLƏLƏRİ
ŞEYX RƏCƏBƏLİ XƏYYATIN VƏFATI
Habil və Qabil kim ilə evlənmişdi?
Beynəlxalq ədalət
İNSANIN DƏRDLƏRİ BARƏSİNDƏKİ MÜXTƏLİF NƏZƏRLƏR
Müqəddəs Kitab boşanmaq və yenidən ailə qurmaq haqqında nə deyir?
İki dünyanın xanımı Həzrəti Zəhranın (s ə) təvəllüdü
Ümümdünya Müsəlmanlarının Ali Lideri Seyid Əli Xamenei cənablarının “Fiqh ...
Buna diqqət etdikdə ki, Quran hər bir şeyi açıqlayıb bəyan edəndir, ayələri ...
AİLƏ

 
user comment