Azəri
Thursday 18th of July 2024
0
نفر 0

Nyu-Yorkda Tramp əleyhinə aksiya keçirilir

Refuse Racism” təşkilatı Virciniya ştatının Şarlotsvill şəhərində ifrat sağçıların mütəşəkkil surətdə küçəyə çıxaraq aksiya keçirə bilmələri və Trampın Şimali Koreyaya qarşı səsləndirdiyi sərt ifadələri pisləyib. Təşkilat üzvləri hesab edir ki, Trampın sözləri milyonlarla insanın həyatına təhlükə kəsb edə bilər.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Nyu-Yorkda ABŞ-ın 45-ci prezidenti Donald Tramp əleyhinə aksiya keçirilir.

Məlumata görə, “Tramp Tower” göydələninin qarşısında toplaşan yüzlərlə etirazçı dövlət başçısının sabiq ofisinə gəlişini gözləyirlər.

Fəalların plakatlarında “Bu dəhşət bitməli – Tramp və Pens rejimi getməlidir” yazılıb.

Mitinqin təşkilatçılarından biri olan “Refuse Racism” təşkilatı Virciniya ştatının Şarlotsvill şəhərində ifrat sağçıların mütəşəkkil surətdə küçəyə çıxaraq aksiya keçirə bilmələri və Trampın Şimali Koreyaya qarşı səsləndirdiyi sərt ifadələri pisləyib. Təşkilat üzvləri hesab edir ki, Trampın sözləri milyonlarla insanın həyatına təhlükə kəsb edə bilər. Bu günlərdə ABŞ prezidenti Donald Tramp Şimali Koreyanın ünvanına sərt xəbərdarlıqla çıxış edib. “Onlar dünyanın indiyədək görmədiyi atəş və qəzəblə üzləşəcəklər”, deyə D.Tramp bəyan edib.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Misir Ordusu 241 terroristi öldürüb
Fəllucə şəhərin mərkəzi İŞİD-dən azad edildi
Oman Sultanlığı azanda “Əliyyən Vəliyyullah” (ə) kəlməsinin deyilməsini ...
İmаm Rİzа әlеyhİssәlаmın hәyаtı bаrәdә qısа mә’lumаt
İİR kanal 1-in verdiyi bəyanatda Ramazan Ayının hilalı görünüb
Rusiyadan İŞİD-lə bağlı sərt qərar
Hacı İlqar İbrahimoğlu aşurafoblardan yazdı.
Həzrət Əbülfəzlil Əbbasın hərəmində azyaşlı uşaqlara Quran Dərsləri ...
Səudiyyə döyüş təyyarələri Səna Beynəlxalq Aeroportunu növbəti dəfə ...
“İŞİD” Liviyanın neft yataqlarına hücum edib

 
user comment