Azəri
Friday 19th of July 2024
0
نفر 0

İmam Xamenei: "İslam dünyası sionist rejimə qarşı müqavimət məsuliyyətini daşıyır"

İmam Xamenei: "İslam dünyası sionist rejimə qarşı müqavimət məsuliyyətini daşıyır"

Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İslam İnqilabının Ali Lideri, Ümümdünya Müsəlmanlarının Rəhbəri Ayətullahul Seyyid Əli Hüseyni Xamenei Livanda keçirilən 2-ci Beynəlxalq Müqavimət Alimləri Konfransına mesaj göndəriblər.

İmam Xamenei cənabları mesajında sionist İsrail rejimi ilə mübarizədə məsuliyyət daşıyan hər kəsə müxtəlif sahələrdə dəstək verməyə hazır olduqlarını bildirib.

Livan Müqavimət Alimləri Birliyi rəhbəri Şeyx Mahir Hammuda göndərdiyi məktubunda Ayətullah Xamenei ağır və unudulmayan Fələstin məsuliyyətinin bütün İslam dünyasının üzərində olduğunu bildirib.

"Heç şübhəsiz, elmi elitalar, din üləması, siyasət adamları və İslam ölkələrinin rəsmiləri bu məsuliyyətin böyük hissəsini öz üzərilərində daşımaqdadırlar. Bu, müqaddəs və gözəl nəticəsi olacaq bir mücadilədir", - deyə ali dini lider bildirib.

Ayətullah Xamenei həmçinin bu mücadilədə əzmkar zəfərin Allahın vədi olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, Müqavimət Alimlərinin 2-ci Beynəlxalq Konfransı Fələstin ilə əlaqədar olaraq noyabrın 1-i və 2-də Livan paytaxtı Beyrutda keçirilir. Müqavimət Alimləri Birliyinin rəhbəri Şeyx Hammud İsrail rejiminin qurulmasına səbəb olan Balfour sənədinin qəbulunun 100-cü ildönümü ilə əlaqədar olaraq bu konfransın keçirildiyini bildirib.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Yəhudilər bir daha Fələstin xalqına qarşı güc tətbiq etdi –
Suriya Milli Ordusu Dərada xeyli sayda terrorçunu məhv etdi
Bağışlanmış günah və qəbul olmuş yaxşılıq
Yəhudi ravvin Finkel İslam haqda nələrə etiraf etmədi, 2017-ci il
Misir Ordusu 241 terroristi öldürüb
Fəllucə şəhərin mərkəzi İŞİD-dən azad edildi
Oman Sultanlığı azanda “Əliyyən Vəliyyullah” (ə) kəlməsinin deyilməsini ...
İmаm Rİzа әlеyhİssәlаmın hәyаtı bаrәdә qısа mә’lumаt
İİR kanal 1-in verdiyi bəyanatda Ramazan Ayının hilalı görünüb
Rusiyadan İŞİD-lə bağlı sərt qərar

 
user comment