Belə ki, yəhudi və xristian mənşəli olan ağ irqçilər, nasistlər, ifrat sağçılar anti-faşistlər və sol meyilli qüvvələrlə üz-üzə gəlmişlər.
Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, ABŞ-ın Şarlotsvill şəhərində irqçi və millətçilərin, anti-faşist və sol təmayüllü qüvvələrlə qanlı qarşıdurmalar abş verib.
Belə ki, yəhudi və xristian mənşəli olan ağ irqçilər, nasistlər, ifrat sağçılar anti-faşistlər və sol meyilli qüvvələrlə üz-üzə gəlmişlər.
Qarşıdurmanın formal bəhanəsi - Amerika Konfederativ Ştatlarının (1861-1865-ci illərdə vətəndaş müharibəsində ağ irqçiliyin tərəfdarlarının dövləti) generallarına qoyulan abidənin sökülməsi təşəbbüsü idi.
Belə ki, sol fəalların rəyinə görə, bu abidələr zəncilərin hisslərini təhqir edir və quldarlıq məfkurəsini təbliğ edirlər.
Sağ irqçilər isə bu abidələri tarixin bir hissəsi sayırlar.
Anti-faşistlər artıq Xristofor Kolumbun heykəlinə gedib çıxıblar. Onlar hesab edirlər ki, irqçi dözümsüzlüyün başında məhz Amerikanı Avropa baxımından kəşf edən bu şəxs dururdu.
Şarlotsvildən mənbələnən qarşıdurma, sonradan bütün ABŞ-ı əhatə etdi. Ara-sıra baş verən verən qarşıdurmalar qanlı atmosferdə keçir. Polis proseslərə nisbətən az müdaxilə edir.