Azəri
Wednesday 13th of November 2024
0
نفر 0

ƏXLAQİ XÜSUSİYYƏTLƏRİ

ƏXLAQİ XÜSUSİYYƏTLƏRİ

 ƏXLAQİ XÜSUSİYYƏTLƏRİ

İmam Məhdi (əc.) Allahın bütün əzəmətli peyğəmbərlərinin və görkəmli övliyalarının varisi olmaqla, ən gözəl və kamil xüsusiyyətlərə malikdir.

O, özündə Peyğəmbərin (s) şanlı əxlaqını, Əmirəl-möminin Əlinin (ə) heyrətamiz xarakterlərini, Fatimeyi-Zəhra (s) və onun məsum övladlarının uca fəzilətlərini təcəssüm etdirir. Bu xüsusiyyətlərin bəzisinə toxunmaq, o həzrətə yaxınlaşmaq və daha artıq itaət göstərmək üçün əhəmiyyətli olardı.

1. Elm

Əli (ə) buyurmuşdur:

"O, sizin ən elmlinizdir"[1].

İmam Baqir (ə) buyurmuşdur:

"Bitkilərin ən gözəl formada torpaqdan cücərdiyi kimi, Allahın kitabına və Peyğəmbərin (s) sünnəsinə elm də Məhdinin (əc.) qəlbində cücərib bitir. Kim onu görsə, belə desin: Salam sizə, ey rəhmət və nübüvvət əhli-beyti, ey elm xəzinəsi və risalət mənbəyi!"[2].

2. Zöhd və dünyaya etinasızlıq

İmam Rza (ə) buyurmuşdur:

وما لباس القائم الا الغليظ وما طعامه الا الجسب

"Bizim qiyam edənimizin paltarı bərk, xörəyi isə qurudur"[3].

3. İnsanlarla ədalətli rəftar

İmam Baqir (ə) buyurmuşdur:

يعدل فى الخلق الرحمن البر منهم و الفاجر

"O, insanlarla ədalətlə rəftar edir: istər saleh insan olsun, istər fasiq"[4].

4. Peyğəmbərin (s) sünnəsinə əməl etmək

Məhəmməd peyğəmbər (s) buyurmuşdur:

"O məndəndir, adı mənim adımdır. Allah məni və mənim dinimi onun vasitəsilə qoruyacaqdır. O mənim sünnəmə əməl edəcək"[5].

5. Ehsan və səxavət

Peyğəmbər buyurmuşdur:

"Bir kişi onun yanına gəlib deyəcək: "Ey Məhdi, mənə bir şey bağışla, əta et". Sonra Məhdi, daşıya biləcəyi qədər malı onun ixtiyarına buraxacaqdır"[6].

6. Dua və ibadət

İmam Məhdidən (əc.) nəql olunan müstəhəb namazlar və çoxsaylı dualar, o həzrətin dua və ibadətə olan xüsusi diqqətindən xəbər verir. Dua və ibadətin ən böyük bəndəlik əlaməti və Allaha yaxınlaşmaqda ən güclü amil olması isə aydın məsələdir.

Əgər dahi peyğəmbərimiz (s) ağır risalət (peyğəmbərlik) məsuliyyətini qəbul etməyə hazırlıq üçün mütləq gecə namazı qılmağa məmur olunursa, demək həqiqi bəndəlik, habelə namaz, dua və ibadətlə ciddi məşğul olmaq, ağır məsuliyyətləri qəbul etmək üçün labüddür. Elə buna görə də bütün yer üzündə tövhid və ədalət prinsiplərini hakim etmək məsuliyyətini qəbul etmək, daimi ibadətlər və fasiləsiz dualar olmadan mümkün deyil.

7. Şücaət və qorxmazlıq

Bütün müşrik və zalımlarla mübarizə və dünyanın qüdrətli tağutlarını diz çökdürmək, bənzərsiz şücaət və misilsiz rəşadət tələb edir: İmam Hüseyn (ə) kimi döyüş adamı olmaq, İmam Əli (ə) kimi zirehini arxa tərəfdən açıq qoymaq və Peyğəmbər (s) kimi döyüşlərin ən gərgin yerində öz savaşı ilə digər döyüşçüləri daha da ruhlandırmaq və qətiyyəti ilə mücahidlərə arxa durmaq!

8. Səbir və mətanət

Hər bir insanın səbir və dözümünü, onun başına gələn müsibət və problemlərin qədərinə əsasən ölçmək lazımdır. Tarixin ən dözümlü və mətanətli insanları çətinliklər qarşısında neçə il davam gətirmiş və nə qədər qəm və bəlalara dözmüşlər?

Heç şübhəsiz ki, bütün bu əsrlər boyu İmam Məhdinin (əc.) qarşılaşdığı müsibətlər başqa heç bir kəslə müqayisə olunası deyil. Çünki, artıq dözüm və mətanət tələb edən təkcə acıların çoxluğu və zamanın uzunluğu yox, həm də məsuliyyətin ağırlığıdır. İnsanın öhdəsinə düşən məsuliyyətin növü onun dözüm və davamlılıq miqdarını təyin etməkdə təsirlidir. Və unutmaq lazım deyil ki, həzrət Məhdi (əc.) zamanın imamı, insanların höccəti, bütün möminlərin vəlisi, şiələrin rəhbəri və atasıdır.


[1] Qeybət-Nomani; Münəxəbül əsər, səh: 309.

[2] Kəmalüddin; Müntəxəbül-əsər, səh: 309.

[3] Qeybət-Nomani; Müntəxəbül-əsər, səh: 307.

[4] Müntəxəbül-əsər, səh: 310.

[5] Yenə orada; Qeybət-Nomani.

[6] Kənzül-ümmal, c. 6, səh: 39; Yənabiul-məvəddə, səh: 431.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İmam Zaman (ə) zühur edən zaman birinci bu sözü deyəcək
İMAMLA GÖRÜŞ
Vilayəti-fəqihin zəruriliyi
İSLAM PEYĞƏMBƏRİ (S) ÖMRÜNÜN SON GÜNLƏRİ
Vilayət Fəqih, İmam Zamana (əc.) ən yaxşı kömək
İMAMIN XÜSUSİYYƏTLƏRİ
Məhdəviyyət ideyası
Necə edək ki, İmam Zaman ağa (ə.f.) bizdən razı qalsın?
ƏXLAQİ XÜSUSİYYƏTLƏRİ
Quranda kainat barədə nə deyilir?

 
user comment